İnəkdağı

İnəkdağıGöyçə mahalının Basarkeçər rayonunda kənd.

Kənd
İnəkdağı
40°14′ şm. e. 45°51′ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.150 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 174 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
İnəkdağı xəritədə
İnəkdağı
İnəkdağı

İrəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi aldığımız mənbələrə görə XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır. Kəndin ilk adı İnəkdağı sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerləşən İnək formasında olan dağın adı ilə bağlıdır. Deyilənlərə görə dağın ətrafındakı meşəlikdə vaxtilə maral sürüləri yaşayırmış. Marallardan biri kəndin Dərişdilər tayfasından Aişə nənənin qapısına gələrək sağılardı. Kəndin ilk adı 1976-cı ilə qədər İnəkdağı, ikinci adı isə erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində dəyişdirilərək Yenikənd qoyulmuşdur. Həmin ad 1988-ci ilin dekabrına qədər olmuşdur.19 аprеl 1991-ci ildə isə kəndin adı Tretuk qoyulmuşdur.

13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, Inəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuvasından didərgin salmışlar. Söyüdlü aşırımından Kəlbəcər tərəfə aşmağa can atan 400 ailə qara, çovğuna düşərək Sümüktökülən dərədə kütləvi şəkildə donvurmadan məhv olmuşlar[2].

Kənd rayon mərkəzindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd üç tərəfdən dağlardan, ətəyi isə geniş düzənliklərdən ibarətdir. Kənd cənub tərəfdən 9 km Böyük Məzrə kəndi ilə, kimal tərəfdən 25 km Azərbaycan respublikasının Kəlbəcər rayonu ilə, qərb tərəfdən 3 km Zod kəndi ilə, şərq tərəfdən isə, 3 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin eni 1 km, uzunluğu isə 2 km-dir. Kəndin 3600 hektar torpağı olmuşdur. Ondan 860 hektarı əkənək, 2470 hektarı otaraq, 70 hektarı isə biçənək sahələridir. Kəndin ərazisində adları Türk toponimlərində ibarət olan çox mənzərəli və gəxməli yerlər vardır. Kənddən 1 km şimal hissədə yerləşən "Alma ağacı" və "İkdağı" adlanan pirlər dini abidələrdir. Həmin pirlərə kənd əhalisi ilə birlikdə qonşu kəndlərində əhalisi niyyət edər, nəzir dilər və qurban kəsərdilər. Ortasında ulu tanrıdan bəxş edilən kiçik sandıqça şəklində dörd ədəd alma ağacının birləşməsindən əmələ gələn Almaağacı adlanan həmin pir çınqıllıq olan bir dərədə yerləşmişdir. Həmin ağacdan 100–150 m aralıqda bir bulaq sızaraq ağacı suvarardı. Kəndin ərazisindəki bəzi yurd yerləri aşağıdakılardır. Qurban bulağı, Ağbulaq, Soyuq bulaq, Şuşəli bulaq, Xacca qarının yeri, Qurban biçən yer, Pörnək biçən yer, Boşçala biçənəyi, Calaçuxur biçənəyi, At tutulan dərəsi və biçənəyi, Bayramqulu dərəsi, Göydöş örqşü, Caldağ əkənəyi və başqa yerlər. Kəndin ərazisində 3 su ilə işləyən dəyirman olmuşdur. Bunlar Həmidlilər tayfasından Bəşirin, Daşdəmirlilər tayfasından Xamoyun və Məşədilər tayfasından Əsgərxanın un dəyirmanlarıdır.

1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evində keçirilərdi. 1930–1932-ci illərdən 1945-ci ilə qədər intidai(I–IV), 1945-ci ildən 1984-cü ilə qədər orta (X) məktəb olmuşdur. Kənddə 300 şargirdin təhsil alması üçün yeni orta məktəb binasının tikilməsinin ilk təşəbbüskarı 1972-ci ildən 1984-cü ildə olmuşdur.

1988-ci ilə qədər azərbaycanlılar.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

1941/45-də həlak olanlar

[redaktə | mənbəni redaktə et]
  • Yusifov Umud İsa oğlu

1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisinin bir hissəsi dağlarda gizlənmiş, bir hissəsi də doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. kənd əhlisi Goranboy, Şəmkir və başqa yerlədə məskunlaşmışdır. Əhali 1907-ci ilin yazında yenidən doğma kəndinə qayıtmışdır. Az bir hissəsi isə həmin yerlərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 60–70 evi, 250–300 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Daşkəsən, Goranboy, Samux və başqa yerlərdə məskunlaşmıdır. Qaçqınlıq zamanı kənd əhalisindən həlak olanlar olmuşdur. Kənd əhalisi 1921-ci ilin yazından 1930-cu ilə qədər öz kəndinə qayıtmış, az bir hissəsi isə həmin yerlərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin 100 evi, 450–500 nəfərə yaxın əhalisi olmuşdur. Elə ona görə də kəndə mahalda olan kəndlilər tərəfindən 100 evlik İnəkdağı deyirdilər.1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma kəndində qalmışdır. Qaçqınlıq zamanı kəndin 120 evi, 480–530 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Samux, Şəmkir, Goranboy, Gədəbəy və başqa yerlərdə məskunlaşmışdılar. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayırlar. Qaçqınlıq zamanı kəndin 150–160 evi, 850–900 nəfərə yaxın əhalisi olmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.

Qəşəm məhərrəmov — Başı dumanlı Göyçə