İNHİRAF

is. [ ər. ]
1. klas. Dönmə, sapma, kənara qaçma, başqa tərəfə meyiletmə, qaçma.
Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli.

2. xüs. Bir tərəfə meyil, istiqamətini dəyişmə, meyillənmə. Maqnit əqrəbinin inhirafı. Milin inhirafı. – Ağırlıq mərkəzindən asılmış bir maqnit əqrəbi götürsək, əqrəb bir qədər titrədikdən sonra maqnit meridianı müstəvisində yerləşəcək və eyni zamanda üfüqi səth ilə bucaq təşkil edəcəkdir. Buna maqnit inhirafı və ya sadəcə olaraq inhiraf deyilir. “Ümumi fiziki coğrafiya”.
İNHİLAL
İNHİSAR

Значение слова в других словарях