İNZİVA

is. [ ər. ] klas. Xəlvət bir yerə çəkilib adamlardan uzaqlaşma, xarici aləmlə əlaqəsini kəsmə. □ İnzivaya çəkilmək – bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəsmək. [Süleyman] deyərdi ki, rəvayətə görə, … onun övladından biri başını götürüb qaçmış… Bu Abşeronda, sahildə, qayalıqlarda inzivaya çəkilmiş.
Hər kəsdən uzaq həyat sürmüş və ölmüşdür. Ə.Məmmədxanlı.
Onun sonsuz dərdləri yetişmədi davaya; O qayıdıb evinə çəkildi inzivaya. B.Vahabzadə.

İNZİBATİ
İÓN

Значение слова в других словарях