1. Qabaqda olan, öndə olan; qabaqdakı, öndəki. İrəlidəki yol. İrəlidəki ev. İrəlidəki adam.
– Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı…
2. Sonra gələcək, növbəti.
İrəlidəki dayanacaqda sərnişinlərdən çoxu düşdü.