İRƏLİDƏKİ

zərf
1. Qabaqda olan, öndə olan; qabaqdakı, öndəki. İrəlidəki yol. İrəlidəki ev. İrəlidəki adam.
– Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı… S.Hüseyn.

2. Sonra gələcək, növbəti.
İrəlidəki dayanacaqda sərnişinlərdən çoxu düşdü. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRƏLİDƏKİ qabaqdakı — öndəki
İRƏLİCƏDƏN
İRƏLİDƏN

Digər lüğətlərdə