İSİTMƏK

f.
1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək.
– Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov.
Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu… M.Hüseyn.

// İstilik vermək, öz hərarətini vermək, qızdırmaq.
[Günəş] şüaları insana xoş gəlir, canını isidirdi. M.İbrahimov.
İlıq may günəşi … tarlaları isitmişdi. Ə.Vəliyev.

// Məc. mənada.
[Qızın] atəşli gözləri məni yenidən isitdi. Çəmənzəminli.
Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət. M.Rahim.
İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır. N.Rəfibəyli.

2. Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm.
// dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir.
3. məc. Möhkəmlətmək mənasında.
Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Mir Cəlal.

Синонимы

  • İSİTMƏK isitmək bax qızdırmaq
  • İSİTMƏK qızdırmaq — üşütmək — əsmək
İSİTMƏ
İSİTMƏLİ

Значение слова в других словарях

бога́рный вплавь напита́ть петрологи́ческий поздне́йший си́дор амора́лка искажённо несно́сный одуре́ть оканто́вывать продо́лжить бубетенить aneath bel coaptation oversophisticate perjure quadruplicate thermos violin-maker восемьсот диво застить подвергать