İSTİL

I
(Lənkəran, Masallı)
bax isdil I
II
(Füzuli, Qazax, Şərur, Şuşa, Tovuz)
1. b a x isdil (2-ci məna) (Şərur)
2. 400 qramlıq çəki vahidi (Füzuli)
3. b a x isdil (3-cü məna) (Qazax, Tovuz)
4. 800 qramlıq çəki vahidi (Şuşa). – Kişi gediv istil yarım yağ alıf
III
(Lənkəran, Masallı)
çəltik əkilən sahə
İSTİCO
İSTİNCAĞ
OBASTAN VİKİ
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Monqol istilaları
Çinin monqol istilası
Naxçıvan İstilik Elektrik stansiyayası
Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri. == Tarixi == Blokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).
Neft Laylarına İstilik Üsullarının Təsiri (1977)
Neft laylarına istilik üsullarının təsiri (film, 1977)
Norman istilası (1066)
İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi. == Əsas şərtlər == İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı. == Hastinqs döyüşü == İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu.
Normand istilası (1066)
İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi. == Əsas şərtlər == İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı. == Hastinqs döyüşü == İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu.
Orta Asiyanın monqollar tərəfindən istilası
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat. == Tarixi == Monqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı. XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Qlobal istiləşmə
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur. İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır. Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynaya qarşı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Sibirin rus istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Səngəçal istilik elektrik stansiyası
Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya. 2008-ci il 23 dekabr tarixdə istifadəyə verilmişdir. Ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanıb. Tikinti işlərini Finlandiyanın "Vartsila", İsveçrənin "ABB", Birləşmiş Ərəb Əmirliklərinin "Monolit", Azərbaycanın "Azenko", "İnterenerji" və "Qlobus" şirkətləri yerinə yetiriblər. Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. == Ümumi məlumat == Stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür. Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilib qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib.
Xüsusi istilik tutumu
Xüsusi istilik tutumu —Ədədi qiymətcə 1kq kütləli maddəni 1K və ya 1°C qızdırmaq üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyət. Xüsusi istilik tutumu- kiçik "c" hərfi ilə işarə olunur. Xüsusi istilik tutumu- maddənin enerji uddma qabiliyyətini xarakterizə edir. c=Q/mΔt Q=cmΔt Q-istilik miqdarı c-xüsusi istilik miqdarı Δt - (t2-t1) tempratur dəyişməsi m - maddənin kütləsi Burada Q-istilik miqdarı, Δt-temperatur dəyişməsi, m-isə cismin kütləsidir. “c”-nin BS-də vahidi kiloqram kelvində couldur: [c]=[Q]/[m][ΔT] =1C/1kq*1K=1C/kq*K/1m2/K*san2 Xüsusi istilik tutumu yalnız maddənin növündən və aqreqat halından asılıdır. Suyun istilik tutumu 4200 C/kq*K-dir, bu göstərir ki, 1kq suyu qızdırmaq üçün ona 4200 C istilik miqdarı vemək lazımdır. Buzun xüsusi istilik tutumu suyun 2100 C/kq*K-dir. Dəmir maddələrin xüsusi istilik tutumu daha az olduğu üçün onlar daha az istilik miqdarı tələb edir. Məsələn: Mis(400 C), Qızıl (130 C) və s.
Xüsusi ərimə istiliyi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ — xüsusi ərimə istiliyi, Q — istilik miqdarı, m — maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi — bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması, qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Yaponiyada anomal istilər (2018)
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır. == İyul 2018 == İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib. 23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur. Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır. 9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb.
İstili (Sərab)
İstili (fars. اسطلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
İstilik
İstilik — fiziki kəmiyyət olub, materialın halını xarakterizə edir. O kinetik enerjinin köməyi ilə mikroskopik və termodinamikanın köməyi ilə makroskopik təyin edilə bilir. Termodinamikada istilik bir sərhəddən başqasına enerjini nəql etdirir. İstilik temperatur qardiyenti verildikdə proses parametri kimi işlənə bilir. Ümumilikdə istilik çox vaxt istilik enerjisi və ya temperatur ilə dəyişik salınır. İstilik bir sərhəddən başqasına keçdikdə heç də həmişə temperatur dəyişikliyi baş vermir. istiliyin maddəyə daxil olması çox vaxt hal dəyişikliyi ilə müşayət olunur. İstiliyin verilməsi temperaturun qalxmasına təsir edə və bununla hal dəyişiliyini yarad bilər (məsələn, buzun əriməsi) və təzyiqinin dəyişməsinə təsir edə bilər. İstilik və temperatur bir-biri ilə entropiya ilə əlaqələndirilir.
İstilik balansı
== Radiasiya balansı == Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. == İstilik balansı == Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
İstilik dövranı
== Atmosfer prosesləri == Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası == İstilik dövranı == İstilik dövranı məfhümu mürəkkəb prosesi, yəni yer-atmosfer sistemində istilik almağı, verməyi, daşımağı və istiliyi itirməyi təsvir edir. Günəşdən Yerə gələn günəş radiasiyası axını, qismən atmosfer fəzaya əks etdirir. Bu enerji Yer kürəsi üçün itmiş sayılır. Digər qismi atmosferi keçir və onun bir hisssəsini atmosfer udub istiliyə çevirir. Digər hissəsi səpələnir və spektral tərkibi dəyişir. Düz günəş radiasiyası və səpələnən radiasiya yer səthinə düşür, qismən əks olunur, ancaq böyük bir hissəsini udaraq istiliyə çevrilərək torpağı və sututarların üst qatını qızdırır. Yer səthinin özü infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini atmosfer udaraq qızır. Atmosfer de öz növbəsində infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini yer səthi udur. İstilik dövranında vacib proseslərdən birihava axını ilə istiliyin bir yerdən digər yerə aparılmasıdır.
İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. == Təsnifatı == === Axının tənzimlənməsinə görə === İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik dəyişdiricisi
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. == Təsnifatı == === Axının tənzimlənməsinə görə === İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik elektrik stansiyası
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. == İstilik elektrik stansiyaların tipləri == İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. === Buraxılan enerjiyə görə === Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. === İES-lərdə qoyulan turbinlərin tiplərinə görə === Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
İstilik enerjisi
İstilik enerjisi (İE) - kömür, odun, neft, təbii qaz kimi yanacaqların yandırılmasıyla istilik enerjisi ortaya çıxmaqdadır. Əldə edilən istilik enerjisi əvvəlcə turbinlər köməyiylə mexaniki enerjiyə, daha sonra da generatorlar köməyiylə elektrik enerjisinə çevrilmək xüsusiyyəti vardır. İnsanlar gündəlik həyatlarında evlərdə, qışda istilənmək zamanı, mətbəxdə və ya yemək bişirmək üçün istilik enerjisindən tez-tez istifadə edirlər.
İstilik miqdarı
Cisimlər arasında istilik vermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. İstilik miqdarı - istilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerjidir. İstilik miqdarı "Q" hərfi ilə işarə olunur.

Значение слова в других словарях