italiyalılar
italyanca
OBASTAN VİKİ
İtalyan
İtalyanlar (it. italiani) — Roman dillərinə məxsus Avropa xalqı, İtaliya cəmiyyətinin əsasını təşkil edir. İtalyanların dilləri dialektlərinə görə bir-birindən fərqlənir. Энциклопедия «Народы и религии мира». — М., 1998. А. Кондрашов. Справочник необходимых знаний.
İtalyan dili
İtalyan dili (lingua italiana) — İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dili. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir. Səs sisteminə görə italyan dili ən çox latın və ispan dillərinə bənzəməklə yanaşı, qrammatikasında görə isə əksər müasir roman dil qrupu dilləri ilə yaxınlığa sahibdir. İtalyanca musiqi terminologiyasında geniş istifadə olunduğuna görə ona "musiqinin dili" deyirlər. Bu terminlər beynəlmiləl hesab olunur. Bundan başqa, incəsənətə aid bir çox terminlər italyancadır. İtalyan əlifbasında 21 hərf var. 1 - Uno 2 - Due 3 - Tre 4 - Quattro 5 - Cinque 6 - Sei 7 - Sette 8 - Otto 9 - Nove 10 - Dieci Simone, Raffaele. Enciclopedia dell'italiano. Treccani.
İtalyan iynəbalığı
Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
İtalyan mətbəxi
İtalyan mətbəxi — Ənənəvi İtalyan mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox pizzavə spagettisi tanınır.Pizzada olan 3 rəng (qırmızı,yaşıl,ağ) İtaliyanın bayrağını təsvir edir. İtaliyanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. İtalyan mətbəxinin formalaşmasına Etrusklar, Qədim Yunanıstan, Qədim Roma, Bizans və Yəhudi mətbəxləri ciddi təsir etmişlər. Qeyd etmək olar ki, İtaliyanın mətbəxi regionlara görə fərglənir, dadların cürbəcürlüg ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Öz rəngbərəngliyi və dad zənginliyinə görə İtaliya mətbəxi dünyada ən ön sıralardadır. Həm İtaliyanın, həm də bütün Aralıq dənizi bölgəsinin mətbəxində tərəvəzlər qeyd-şərtsiz hökmranlıq edir, pomidor isə onların kralıdır. Orada pomidorları bütöv, əzmə və ya pasta şəklində görə bilərik. Onlar həm də hisə verilmiş, qızardılmış, marinada qoyulmuş və qurudulmuş olurlar. İtalyansayağı tərəvəzlər İtaliya kulinariyasında istifadə edilən tərəvəzlər unsuz və susuz hazırlanır.
İtalyan neorealizmi
İtalyan neorealizmi — İkinci dünya müharibəsindən sonra İtaliya kinematoqrafiyasında 1943-1954-cü illəri əhatə edən kinocərəyan. İtalyan neorealizminin əsasını "Roma - açıq şəhər" filmi ilə Roberto Rossellini qoymuşdur. Bu cərəyanın məşhur nümayəndələri arasında Mikelancelo Antonioni və Federiko Fellini də var.
İtalyan İntibahı
İtalyan İntibahı və ya İtalyan renessansı (it. Rinascimento [rinaʃʃiˈmento]) Avropa İntibahın başlanğıcı olmuşdur — XIV əsrdə İtaliyada başlayan və XVI əsrə qədər davam edən böyük bir dəyişiklik və müvəffəqiyyət dövrü, orta əsrlərdən müasir Avropaya keçid. "İntibah, dirçəliş" (it. la rinascita) sözü ilk dəfə 1550-ci ildə İtalyan rəssam və tarixçi Corco Vazari tərəfindən "Ən məşhur rəssamların, heykəltəraşların və memarların tərcümeyi-halları" əsərində istifadə edilmişdir. XVI əsrin əvvəllərindəki İtalyan sənətçilərinin fəaliyyətini "Orta əsrlər və barbarlıq" dövründə illər boyu geriləmədən sonra "dirçəliş" adlandırdı. Terimin Fransız analoqu (renessans) ХІХ əsrin tarixçiləri tərəfindən əvvəl Jül Mişle, sonra Yakob Burkxardt tərəfindən istifadə edilmişdir. İntibah dövrü xalqın klassik antik mədəniyyətə marağına səbəb oldu. Renessans humanistlərindən əvvəlki dövr Qaranlıq Çağlar adlanırdı. İtalyan İntibahının ən məşhur nailiyyətləri sənət və memarlıq əsərləridir. Bu dövrdə sənət növlərinin ayrılması və əsərlərin janr quruluşunun formalaşması prosesi başlayır.
İtalyan ədəbiyyatı
İtaliya ədəbiyyatı (it. letteratura italiana) – İtalyan şair və yazıçıların İtaliya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
İtalyan irredentizmi
İtalyan irredentizmi (it. irredentismo italiano) — XIX əsrin sonları və XX əsrin əvvəllərində müasir İtaliya ərazisində mövcud olmuş millətçilik. Bu millətçiliyin hədəfi yerli əhalinin italyan olduğu və ya italyandilli hesab edildiyi coğrafi əraziləri bir siyasi qurumun rəhbərliyi altında birləşdirmək olmuşdur. Bu ərazilərə italyanların əhəmiyyətli etnik azlığı təşkil etdiyi yerlər də daxil edilmişdir. Başlanğıcda hərəkat yerli əhalinni italyan olmasına baxmayaraq, 1866-cı ildə başladılan III İtalyan İstiqlaliyyət müharibəsindən sonra Avstriya imperiyasının hakimiyyəti altında qalan ərazilərin İtaliyaya birləşdirilməsinə çalışırdı. Buraya Trentino ilə birlikdə, italyanlarla birlikdə bir çox digər dildə danışan etnosların da yaşadığı bölgələr daxil idi. Misal olaraq Cənubi Tirolu, Triesti, İstriyanın bir hissəsini, Qoriziyanı, Qradiskanı və Dalmatiyanın bir hissəsini göstərmək olar. Buraya həmçinin Riyeka (Fiume), Korsika, Malta adası, Nitsa qraflığı və İtalyan İsveçrəsi də daxil idi. Ümumilikdə bu ərazilərdə italyanlardan başqa almanlar, ladinlər, istro-romanlar, xorvatlar, slovenlər də yaşamaqda idi. 1860-cı illərdəki Risorcimento zamanı Sardiniya krallığının baş naziri və Kavur qrafı Kamillo Benso Fransa imperatoru III Napoleonun fikirləri ilə hesablaşmağa məcbur oldu.
İtalyan dəbi
İtaliya Fransa, ABŞ və İngiltərə ilə yanaşı dəb dizaynında lider olan ölkələrdən biridir. Dəb hər zaman ölkənin mədəni həyatının və cəmiyyətinin mühüm bir hissəsi olmuşdur və italiyalılar yaxşı geyimləri ilə diqqəti cəlb etməkdə məşhurdurlar. İtalyan dəbi XI–XVI əsrlərdə İtaliyada bədii inkişafın zirvəsində olduğu dövrdə məşhurlaşdı. Roma, Palermo, Venesiya, Milan, Neapol, Florensiya və Vicenza kimi şəhərlər lüks mallar, şapkalar, kosmetika, zərgərlik və zəngin parçalar istehsal etməyə başladılar. 17-ci əsrdən 20-ci illərin əvvəllərinə qədər italyan dəbi öz əhəmiyyətini və parıltısını itirdi və Avropanın əsas trendi Fransız dəbinin böyük populyarlığı ilə Fransa oldu. Bu, Louis XIV kuryerləri üçün hazırlanmış lüks geyimlər ilə əlaqədardır.Bununla birlikdə, Giovanni Battista Giorgini'nin Florensiyada keçirdiyi 1951–53 dəb günlərindən bəri, "İtalyan məktəbi" Fransa dəbi ilə rəqabət aparmağa başladı və Ferragamo, Gucci kimi etiketlər Chanel və Dior ilə mübahisə etməyə başladı. 2009-cu ildə Qlobal Dil Monitorinqinə görə, İtaliyanın dizayn mərkəzi olan Milan dünyanın ən yaxşı dəb paytaxtı, Roma isə dördüncü yeri tutdu. Milan ümumiyyətlə New York, Paris və London ilə birlikdə "böyük dörd" qlobal dəb paytaxtlarından biri hesab olunur; hərdən "böyük beşlik"ə Roma da daxildir. == İtalyan dəb evləri, dizaynerlər və lüks markalar == Həm kişi geyimlərinə, həm də qadın geyimlərinə, eyni zamanda aksesuarlara yönəlmiş böyük İtalyan dəb evlərinin nümunələri: Giorgio Armani, Byblos, Bottega Veneta , Roberto Cavalli, Kostyum Milli, Brunello Cucinelli, Diesel, Dolce & Gabbana, Etro, Fay , Fendi, Salvatore Ferragamo, Fiorucci, Frankie Morello, Genny, Gucci, Hogan, Iceberg , Kiton, La Perla, Loro Piana, Marni , Antonio Marras, Missoni, Moncler, Moschino , MSGM , № 21 , Prada, Richmond, Ermanno Scervino, Tod's, Trussardi, Valentinovə Versace. Əsasən qadın geyimlərində ixtisaslaşmış əsas dəb markalarına Agnona , Luisa Beccaria, Laura Biagiotti, Blumarine , Chiara Boni la petit xalat, Capucci , Alberta Ferretti, Elisabetta Franchi, Giamba , Krizia, Maks Mara , Miu Miu , Fəlsəfə, Emilio Puççi, Simonetta Ravizza, Mila Schon və əkiz dəstli Milano, yalnız kişilər üçün geyim və aksessuarlara diqqət yetirən ən lüks evlər Brioni, Canali, Caruso, Corneliani, Lardini, millət vəkili Massimo Piombo, Stefano Ricci, Ermenegildo Zegna və Pal Zileridir.
Albaniyada italyan protektoratı
Albaniyada italyan protektoratı — Birinci Dünya müharibəsi zamanı İtaliya krallığı tərəfindən tətbiq edilmiş protektorat. İtaliya rəhbərliyi altında Albaniyanın hüquqi müstəqilliyi təmin olunsun deyə tətbiq edilmişdir. Protektorat 1917-ci il iyunun 23-dən 1920-ci ilin yayına qədər mövcud idi. == Tarixi == İtaliya krallığı 1914-cü ilin dekabrında Vlyora limanını işğal etdi, lakin 1915-ci ilin sonu 1916-cı ilin əvvəlində baş verən Avstriya-Macarıstan müdaxiləsindən sonra və 27 fevral 1916-cı ildə Durres şəhərini itirdikdən sonra, alman qoşunları oranı tərk eləmək məcburiyyətində qaldı. 1916-ci ilin may ayında İtaliyanın general Settimio Pyaçentini komandanlığı altında olan 100 000-lik XVI-cı korpusu qayıtdı və 1916-ci ilin payızında Cənubi Albaniya regionunu zəbt etdi, eyni zamanda fransız ordusu 29 noyabr 1916-cı ildə Korça və onun ətrafını tutmuşdur. Əsasən Balkan cəbhəsinin inkişaf etməsi ilə, İtaliya (Girokastrada) və Fransa qüvvələri (Korçada) Antantanın razılığı ilə 1916-cı ilin payızında keçmiş Şimali Epir Muxtar Respublikasınln (oraya yunan azlığı nəzarət edirdi) ərazisinə daxil oldular. Fransa hakimiyyəti 10 dekabr 1916-cı ildə Korça Muxtar alban respublikasını protokol üzrə elan etdi. Həmin protokola əsasən, Korça, Bilişt, Kolyonya, Opar və Gora ərazilərində muxtar vilayətləri yaranır. 12 dekabr 1916-cı ildə İtaliya öz səfiri vasitəsilə izahat üçün müraciət etdi, çünki Korça Muxtar alban respublikasının yaradılması London müqaviləsinin şərtlərini pozurdu. Avstriya-Macarıstan Fransanın Korça ilə bağlı presedentini Albaniyanın protektorantlıq altında müstəqilliyinin elan edilməsinin əsaslandırılması üçün istifadə etdi, bu hadisə 3 yanvar 1917-ci ildə Şkoderdə baş verdi.
İtalyan görüşü (şahmat)
İtalyan görüşü — Şahmat termini Bu qədim debüt gettin əlyazmalarında və XVI-XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir.
İtalyan mehmanxanası (Valletta)
İtalyan mehmanxanası və ya yerli adı ilə Auberge d'Italie ( malta Berġa tal-Italja, it. Albergo d'Italia) — Malta, Vallettada mehmanxana. 16-cı əsrin sonlarında İtaliyadan gələn Hospitaller ordeni cəngavərlərinin yerləşməsi üçün müxtəlif mərhələlərdə inşa edildi. Binada Girolamo Kassar və bir neçə digər memar tərəfindən yaradılan Manyerist dizaynı var. Bina 17-ci əsr boyunca dəyişdirilməyə davam etdi. Son əsaslı təmir 1680-ci illərdə aparılaraq binaya Barokko xarakteri qazandırdı. Orden 1798-ci ildə Maltadan qovulduqdan sonra mehmanxana bir sıra məqsədlər üçün istifadə edildi, binada hərbi qərargah, muzey, incəsənət məktəbi, ədliyyə, baş poçt və müxtəlif hökumət idarələri quruldu. Binada son vaxtlara qədər Malta Turizm İdarəsi yerləşirdi və orada bərpa işləri aparılırdı. Mehmanxanada hal-hazırda milli kolleksiya (əvvəllər Milli İncəsənət Muzeyində yerləşirdi) yerləşir. 2018-ci ildə ərazi MUŻA adlı yeni Milli İcma İncəsənət Muzeyi oldu ( Malta dilində açılışı: Mużew Nazzjonali tal-Arti ).
İtalyan qadın Əlcəzairdə
İtalyan qadın Əlcəzairdə (it. L'italiana in Algeri) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 22 may 1813-cü ildə Venesiyada, San-Benedetto teatrında səhnələşdirilmişdir. Əvvəlcə operanın librettosuna bəstəkar Luici Moska tərəfindən opera bəstələnmişdir. Onun premyerası Milan teatrı La Skalada 16 avqust 1808-ci ildə səhnələşdirilmişdir. Rossini yeni əsəri üçün həmin librettonu götürərək bəstəkar Getano Rossi ilə bir qədər dəyişdirirlər. Bu opera həm də bir il sonra yazılmış olduğu "Türk İtaliyada" operası ilə analoq təşkil edir. 2 fleyta (ikinci pikolo) *2 qaboy, *2 klarnet, *1 faqot 2 korno *2 trompet bas davul Simli alətlər piano, (Violonçel və kontrabas] zaman: XVIII əsr məkan: Əlcəzair Bəy sarayının zalı. Bəyin arvadı Elvira qulu Zulməyə Musatafanın onu daha sevməməsindən şikayət edir. İçəri daxil olan bəy bərk acıqlıdır.
Korsikada italyan irredentizmi
Korsikada italyan irredentizmi — (italyanca:Irredentismo italiano in Corsica) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Korsikadakı italyan irredentistləri buranı İtaliya krallığına birlöəşdirməyə çalışırdılar. == Formalaşması == İtalyan irredentizminin görkəmli şəxslərindən biri olan Nikkolo Tommaseo tərəfindən italyan irredentizminin banilərindən biri hesab edilir. Bildirilir ki, Pasqal Paoli korsikalı millətçilər tərəfindən "Vətənin Atası" ("Babbu di a Patria") olaraq adlandırılır. O, 1768-ci ildə bunları demişdi: Biz anadan gəlmə və hissiyyat olaraq korsikalıyıq, lakin hər şeydən əvvəl biz dil, kök, adət-ənənə olaraq özümüzü italyan hiss edirik və italyanların hamısı tarix və Allah qarşısında qardaşdırlar və birdirlər...Korsikalılar kimi biz nə qul, nə də “üsyançı” olmaq istəmirik və italyanlar kimi digər italyan qardaşlarla bərabər davranmaq hüququmuz var...Ya biz azad olacağıq, ya da yox olacağıq...Ya biz qalib olacağıq, ya da (fransızlara qarşı) əldə silah öləcəyik...Allahın adının müqəddəs və haqq olduğu kimi Fransaya qarşı müharibədə haqq və müqəddəsdir və burada bizim dağlarımız İtaliya üçün azadlıq günəşi kimi doğacaqdır. — Pasquale Paoli Pasqal Paoli italyan dilinin yaratdığl Korsika Respublikasında rəsmi dil olmasını istəyirdi. 1755-ci ildə qəbul edilmiş ilk Korsika Konstitusiyası italyan dilində yazılmışdı və 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyası üçün model rolunu oynamışdı. Həmçinin, 1765-ci ildə onun tərəfindən yaradılmış və Korsikada ilk olan Korte Universitetində də tədrisin dili italyanca idi. 1768-cı ilə qədər Korsika Genuya Respublikasının bir hissəsi olmuşdu. Bu tarixdə respublika bu bölgəni Fransaya verdi.
Savoyyada italyan irredentizmi
Savoyyada italyan irredentizmi (italyanca:Irredentismo italiano in Savoia) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Savoyyadakı italyan irredentistləri buranı İtaliya krallığına birləşdirməyə çalışırdılar. Savoyyalı italyan irredentistləri İtaliya krallarının mənsubu olduğu Savoyya sülaləsi ilə xüsusi bağları olduğunu düşünməkdə idilər. Savoyya gələcəkdə italyan kralları olacaq sülalənin ilk qaynağı olan Savoyya hersoqluğunun əsas bölgəsi idi. İntibah dövründən etibarən bu bölgədən Piedmont vilayəti idarə edilmiş və paytaxt Şamberi şəhəri olmuşdur. XV əsrdən etibarən bölgənin rəsmi dili fransız dili idi. Bölgə inzibati baxımdan Savoyya Propre, Çablais, Fauciqni, Cenevois, Maurienne və Tarantaise məntəqələrinə bölünmüşdü. 1860-cı ilin yazında Fransadan bölgədə keçirilən referendumdan sonra oranı ilhaq etdi və inzibati sərhədlər dəyişdirildi. Cüzeppe Haribaldi referendumla Savoyya və Nitsa bölgələrinin Fransaya birləşdirilməsinə qarşı çıxırdı. Refendumla bölgələr ilhaq edildikdən sonra hər iki yerdən xeyli sayda insan köç etdi.
İtalyan iqtisadi möcüzəsi
İtalyan iqtisadi möcüzəsi (it. Miracolo economico italiano) — 1950-ci illərin ortaları - 1970-ci illərin ortaları arasında İtaliyada sürətli iqtisadi artım dövrü olub, bu müddət ərzində ölkə iqtisadiyyatı aqrar-sənaye iqtisadiyyatından dünyanın ən sənayeləşmiş və dünya iqtisadiyyatı arasında ən çox inkişaf etmiş iqtisadiyyata çevrilmişdir. == Tarixi == 1950-ci illərin əvvəllərindən İtaliya müstəsna sürətlə sənaye inkişafı dövrünə qədəm qoydu, sənaye istehsalının orta illik artımına görə bütün Avropa ölkələrini geridə qoydu və dünya miqyasında Yaponiyadan sonra ikinci oldu . 1959, 1960, 1961 və 1962-ci illərdə iqtisadi artım ÜDM-in müvafiq olaraq 6,4, 5,8, 6,8 və 6,1 faizinə çatmışdır. 1957-1960-cı illərdə sənaye istehsalının orta illik artımı 31,4% olmuşdur. Aşağıdakı sənayelər daha da təsirli artım göstərdi: avtomobil sənayesi - 89%, dəqiq mühəndislik - 83%, süni liflərin istehsalı - 66,8%. Ümumilikdə 1953-1962-ci illər ərzində İtaliyada sənaye istehsalının həcmi üç dəfə artmışdır. Koreya müharibəsi (1950-1953) və tankların, təyyarələrin istehsalı ilə əlaqədar polad ehtiyacı İtaliyanın sənaye və iqtisadi artımını daha da sürətləndirdi. 1964-cü ildən bəri orta artım illik 8% təşkil etmişdir və Şimalın ən inkişaf etmiş sənaye şəhərlərində (Milan, Genuya, Turin) inkişaf daha da sürətlə davam etmişdir. Əsas məhsullar bunlar idi: dəbli paltar və ayaqqabılar (əsasən Milan), yazı makinaları (Olivetti şirkəti) paltaryuyan maşınlar, avtomobillər (FIAT, Lamborghini, Maserati, Ferrari), avadanlıqlar, benzin.
Seria A ilin italyan futbolçusu
Seriya A-da ilin ən yaxşı italyan futbolçusu adı 1997-ci ildən 2010-cu ilədək "İtaliya Futbolçular Assossasiyası" tərəfindən təşkil edilmiş futbol mükafatıdır (İtalyanca: Migliore calciatore italiano). Mükafat hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində sahibinə təqdim edilirdi.
Seria A-da ilin ən yaxşı italyan futbolçusu
Seriya A-da ilin ən yaxşı italyan futbolçusu adı 1997-ci ildən 2010-cu ilədək "İtaliya Futbolçular Assossasiyası" tərəfindən təşkil edilmiş futbol mükafatıdır (İtalyanca: Migliore calciatore italiano). Mükafat hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində sahibinə təqdim edilirdi.
Seriya A-da ilin ən yaxşı italyan futbolçusu
Seriya A-da ilin ən yaxşı italyan futbolçusu adı 1997-ci ildən 2010-cu ilədək "İtaliya Futbolçular Assossasiyası" tərəfindən təşkil edilmiş futbol mükafatıdır (İtalyanca: Migliore calciatore italiano). Mükafat hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində sahibinə təqdim edilirdi.
Serb Respublikasında italyanlar
Serb Respublikasında italyanlar (serb. Италијани у Републици Српској, it. Gli italiani della Repubblica Serba) — Serb Respublikası əraziaində yaşayan və işləyən italyan əsilli əhali. İtalyan diasporası Serb Respublikasının 12 milli azğlığı siyahısına daxil edilmişdir. Onların maraqlarını və hüquqlarını Serb Respublikasının Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il siyahısına alınmasına görə Serb Respublikasında 248 italyan yaşayır. Hazırkı Serb Respublika italyanlar 1882-ci ildə peyda olmuşlar. İlk yaşayış məntəqələri 1883-cü ilin sentyabrında Banya-Luka, Laktaşi və Ştivor ətrafında salınmışdır. Torpaq sahəsi, heyvan və toxum əldə etdikdən sonra italyanlar üzüm və ağac əkməyə başlamışlar. Bir müddət sonra isə onlar konyan və digər içkilər hazırlayırdılar.
Slovakiya italyanları
Slovakiya italyanları (slovak. Taliani na Slovensku) — milli azlıqlardan biri hesab olunur. 2011-ci il siyahıyaalmasına görə, Slovakiyada rəsmi olaraq "digər" millətlərə (9825 nəfər) daxil olan 687 italyan mənşəli insan yaşayırdı (onlardan 65-i Slovakiyada doğulmuşdur). Siyahıyaalma zamanı 551 nəfər italyan dilini ana dili adlandırmış, 2033 nəfər iş və məktəbdə italyan dilində danışır, daha 1436 nəfər isə evdə italyan dilində danışır. Son orta əsrlərdə Slovakiyanın Macarıstan tərəfindən idarə edildiyi zaman, roman dillərində danışan insanlar arasında italyanlar böyük rol oynamışlar. Tokay-Hedyalya və Srem bölgələrində, Eger şəhərində məskunlaşan Valloniyanın yerli sakinlərindən fərqli olaraq, zaman-zaman italyanlar Macarıstana köçdülər. İtalyan mənşəli Macarıstan padşahları Andras III (Venesiya) və Karl Robert (Neapol) özü ilə bərabər bir çox inşaatçı, elm adamı, sənətkar, tacir və burjua nümayəndələrini gətirir. 14-cü əsrdə Apennin yarımadasından ticarətlə məşğul olan çox sayda mühacir (mədənçilik, duz sənayesi, sikkə) Macarıstanda və Slovakiyada meydana çıxdı. Koşitsedə italyanların görünməsi şaxt və bankların yaradılması ilə əlaqələndirilir. XIV-XV əsrlərin sonunda sənədlərə əsasən şəhərdə "qaliki" roman mənşəli mühacirlərin əksəriyyəti italyanlar idi.
İtalyanca
İtalyan dili (lingua italiana) — İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dili. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir. Səs sisteminə görə italyan dili ən çox latın və ispan dillərinə bənzəməklə yanaşı, qrammatikasında görə isə əksər müasir roman dil qrupu dilləri ilə yaxınlığa sahibdir. İtalyanca musiqi terminologiyasında geniş istifadə olunduğuna görə ona "musiqinin dili" deyirlər. Bu terminlər beynəlmiləl hesab olunur. Bundan başqa, incəsənətə aid bir çox terminlər italyancadır. İtalyan əlifbasında 21 hərf var. 1 - Uno 2 - Due 3 - Tre 4 - Quattro 5 - Cinque 6 - Sei 7 - Sette 8 - Otto 9 - Nove 10 - Dieci Simone, Raffaele. Enciclopedia dell'italiano. Treccani.
İtalyanca Vikipediya
İtalyanca Vikipediya (it. Wikipedia in italiano) — Vikipediyanın italyan dilində olan bölməsidir.
İtalyanlar
İtalyanlar (it. italiani) — Roman dillərinə məxsus Avropa xalqı, İtaliya cəmiyyətinin əsasını təşkil edir. İtalyanların dilləri dialektlərinə görə bir-birindən fərqlənir. Энциклопедия «Народы и религии мира». — М., 1998. А. Кондрашов. Справочник необходимых знаний.
İtalyanların Rusiyada ağlasığmaz macəraları
"İtalyanların Rusiyada ağlasıgmaz macəraları (rus. Невероятные приключения итальянцев в России; it. Una matta, matta, matta corsa in Russia) — rejissor Eldar Ryazanov və Franko Prosperinin filmi. Roma xəstəxanalarından birində 92 yaşlı rus emiqrantı can verir. Bu zaman Olqa adlı nəvəsinə (Antonia Santilli) vəsiyyət edir ki, onun Leninqradda şirin altında inqilab vaxtı gizlətdiyi 9 milyard italyan lirəsi dəyərində xəzinəsi var. Bu vəsiyyəti onun nəvəsi ilə yanaşı həkimlər Antonio və Cüzeppe, Rozario Aqro və başqaları eşidir və Leninqrada xəzinənin ardınca gedirlər. Rusiyada əslinsə milis kapitanı olan Andrey Vasilyev (Andrey Mironov) bələdçi kimi onlara qoşulur. Bundan sonra italyanların Rusiyada ağlasığmaz macəraları başlayır...
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. == Arxa plan == Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.

Значение слова в других словарях