əsli fransızcadan
1. İri daş balkon (sarayda, qəsrdə və s.-də).
2. Talvar.
Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu büküb Tahirin yolunu gözləyir. (“Tahir və Zöhrə”)
*
Külafirəngidə əyləşən gözəl,
Apardı ağlımı qara qaşların.
Gözlərin cəlladtək giribdi qəsdə,
Eyləməz dərdimə çara qaşların.
(“Şahzadə Bəhrəm”)