KƏMTƏRİN sif. [ fars. ] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli. İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda. M.P.Vaqif. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm. Ə.Haqverdiyev.