KƏNDİRBAZ

is.
1. İp üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam; canbaz. Kəndirbazların çıxışı.
– Qız uşağını özbaşına buraxsan, … kəndirbaza ərə getmək istər. M.S.Ordubadi.
[Rəqslərin] ahəngi altında oynayana və atılıb-düşənə rüstümbaz və ya kəndirbaz deyərlər. H.Sarabski.

// Bu cür ip üstündə nömrələr göstərən sirk artisti; akrobat.
2. məc. Hoqqabaz, oyunbaz.
[Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov.
[İsmayıl:] …Əntərzadə bir maarif işçisi deyil, xaliscə bir kəndirbazdır. Mir Cəlal.

Синонимы

  • KƏNDİRBAZ kəndirbaz bax canbaz
KƏNDİR
KƏNDİRBAZLIQ

Значение слова в других словарях