KƏNƏK
KƏNİ
OBASTAN VİKİ
Kəngər körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Kəngər İttifaqı
Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti. Etnik adı olan Kəngər adı, indi qazax, özbək və qaraqalpaq xalqlarının bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlar və kimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990). Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir. Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi. Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.
Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
Bala Kəngərli
Bala Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Bala Kəngərli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Bala Kəngərli (Kürdəmir)
Bala Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Bala Kəngərli oyk., mür. Tərtər r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır; Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Keçmiş adı Çılpaq Kəngərli (Çılpaq adlanan yerdə salındığı üçün) olmuşdur. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 274 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bala Kəngərli (Tərtər)
Bala Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Balakəngərli kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur[2]. "Xan arxı" adlanan məşhur arx Balakəngərli kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Balakəngərli kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür. Kənddə tarixi qəbirlər, əşyalar və s. aşkar edilmişdir. Kəndin yuxarısı ilə çəkilmiş "böyük kanal"ın əkinçilikdə böyük rolu var.
Böyük Kəngərli
Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Böyük Kəngərli oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Böyük Kəngərli bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyükdüz (Kəngərli)
Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m.
Bəhruz Kəngərli
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı. Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib. Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır.
Bəhruz Kəngərli (Şərur)
Bəhruz Kəngərli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Bəhruz Kəngərli kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir.
Bəhruz Kəngərli muzeyi
Bəhruz Kəngərli muzeyi — Azərbaycan rəssamı, boyakar və qrafik Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzey. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində, Atatürk və İstiqlal küçələrinin kəsişməsində yerləşir. Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2002-ci il 18 iyun tarixində bu muzeyin açılışında iştirak etmiş və nitq söyləmişdir. 2013-cü il iyunun 24-də Bəhruz Kəngərli muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Binası tarixi-memarlıq abidəsidir. 1897-ci ildə Naxçıvan qızlar məktəbi üçün tikilmişdir. Ümumi sahəsi 560 m²-dir. Şərq və qərb memarlıq elementlərinin sintezindən tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Hər iki mərtəbədəki otaqlara giriş dəhlizlərdəndir.
Bəhruz Kəngərlinin rəsm əsərləri
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur:
Ehsan Xan Kəngərli
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.
Gülməmməd bəy Kəngərli
Gülşən Əliyeva-Kəngərli
Gülşən Əliyeva-Kəngərli (16 may 1970, Naxçıvan) — filologiya elmləri doktoru, professor, füzulişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə Prorektoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yeni Azərbaycan Partiyasının üzvü. Gülşən Teymur qızı Əliyeva — Kəngərli 1970-ci ildə Naxçıvanda anadan olub. 1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 2000-ci ildə "Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri" mövzusunda namizədlik, 2009-cu ildə "Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri" adlı doktorluq dissertasiyası müdafiə edib. 1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyində, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində elmi işçi vəzifəsində işləyib. G. Əliyeva 2005–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müdiri, 2012-ci ildən "Tərbiyə işləri üzrə" prorektor, 2015-ci ildən "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektor vəzifəsində çalışır. Bu müddət ərzində o müxtəlif dövlətlərlə: Türkiyə, İran, Rusiya, Polşa, Orta Asiya türk dövlətləri ilə mədəni əlaqələrin qurulması, saziş və müqavilələr bağlanılması sahəsində əhəmiyyətli işlər görüb, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək məqsədilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.
Hacı xan Kəngərli
Hacı xan Kəngərli — Naxçıvan xanı. Heydərqulu xan Kəngərlinin ölümündən (1763–64) sonra taxta çıxmışdır. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığı zəifləmişdir. Azərbaycan hökmdarı Kərim xan Zənddən (1760–1779) asılılığı qəbul etmişdir. Kərim xan onu Şiraza dəvət edib kiçik günah üstündə əsir almış, yerinə Heydərqulu xanın oğlu Rəhim xan Kəngərliyə keçmişdir. Naxçıvan xanlığı məqaləsinin ədəbiyyatına Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 174.
Heydərqulu xan Kəngərli
Heydərqulu xan Kəngərli ( ? - 1763) — Naxçıvan xanı. Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.
Hüseyn sultan Kəngərlinski
Hüseyn sultan Kəngərlinski (1836-1896) — Ordubad bəyi, maarifpərvər. M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, "Əxtər" məktəbini, "Məktəbitərbiyə"ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, "o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan "Nasiri", Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi "Tərcüman", İstanbulda çıxan "Əxtər" qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. "Tərcüman" qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman "Tərcüman" qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış… "Tərcüman" qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər" Məmməd Səid Ordubadi yazır: "Üsuli-cədid" deyilən təzə üsullu məktəb açılmasına başlamışdı.
Hüseynabad-i Kəngəre (Qürvə)
Hüseynabad-i Kəngəre (fars. حسين آباد كنگره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kəlbəli Xan Kəngərli
Kəlbəli xan Kəngərli (Naxçıvan – 1820, Naxçıvan) — Naxçıvan xanı. Ən qüdrətli Naxçıvan xanı olmuş Kəlbəli xan fasilələrlə dövləti təxminən 25 il idarə etmişdir. Ehsan xanın (Böyük Xan) ailəsində dünyaya göz açan Kəlbəli xan usta sərkərdə, mahir diplomat, bir sıra memarlıq abidələrinin tikdirən (Naxçıvan xan sarayı (1760) Surb Qevorq kilsəsi (1990-cı illərdə Naxçıvan xalqı tərəfindən partladımışdır) (1804–1805) və.s.), ən əsası Naxçıvan xalqının sevdiyi hörmət etdiyi və Naxçıvan xalqını sevən uzaqgörən bir şəxsiyyət olmuşdur. Belə ki hər zaman onunla mübarizə aparan əmisi oğlu Abbasqulu xan digər dövlətlərə arxalanıb 1781–1783 II İrakli, 1787-İbrahimxəlil xan, 1797–1801 Fətəli şah, 1804 Kəlbəli xanın Tehrana getməsindən istifadə edərək, 1808–1812 Abbas Mirzə Abbasqulu xanı Naxçıvan taxtına gətirmişdir) xanlıq etsə də Kəlbəli xan gücünü xalqdan almışdır. (Kəlbəli xan çox qüdrətli olduğu üçün Naxçıvan camaatı arasında lovğalanan birinə belə deyilir — Buna bax elə bil Kəlbəli xanın oğludur (ya da qızı). 1787–1796-cı illərdə xanlığı tam müstəqil idarə etmişdir. Digər zamanlarda İran vassallığında olsa da hər zaman öz müstəqil fikirlərini həyata keçirməyə çalışmış, çox zaman isə şahın sözünə əməl etməmişdir və buna görə 1807–1812-ci illərdə Tehranda dustaq saxlanılmışdır. Qeyd edək bu xanın ikinci Tehran dustaqlığı idi. Vaxtilə Ağa Məhəmməd şah Qacar da 1796–1797-ci illərdə xanın gözlərini çıxardaraq dustaq etmişdi. Çünki Qacar Azərbaycan xanlarına məktub yazıb qardaşlarından birini girov olaraq tələb etmişdir.

Значение слова в других словарях