Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tacəddin Abbasov
Tacəddin Abışov
Tacəddin Mehdiyev
Tacəddin Mehdiyev — General-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri. Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən: Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir. 17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir. 2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.
Tacəddin Vahidov
Tacəddin İsmayılzadə
Tacəddin Şahdağlı
Məmmədov Tacəddin Abdulla oğlu — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Tacəddin Abdulla oğlu Məmmədov (Şahdağlı) 29 mart 1928-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dülgər ailəsində anadan olmuşdur. Şair 9 aprel 2019-cu ildə Qəbələ şəhərində vəfat etmişdir. Şairin bir oğlu, beş qızı, 14 nəvəsi, 15 nəticəsi var. İbtidai təhsilini Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndindəki ibtidai məktəbdə (1935 – 1939), orta təhsilini isə rayonun Bum kənd orta məktəbində (1939 - 1945) almışdır. O, Ağdaş Pedaqoji texnikumunda (1945 – 1948), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat (1953 – 1957) və Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsində (1969 – 1975) təhsil almışdır. 1950-1952-ci illərdə orduda xidmət edərək, kiçik leytenant rütbəsində ehtiyata buraxılmışdır. Qəbələ rayonunun müxtəlif məktəblərində və Xaldan rayon məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Qəbələdə vaxtilə çıxan "Qalibiyyət" qəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri və redaktor vəzifəsində çalışmışdır. Şair Azərbaycan Yazıçlar və Jurnalistlər Birliklərinin üzvü idi.
Tacəddin Əzizli
Seyid Tacəddin (Xoy)
Seyid Tacəddin (fars. سيدتاج الدين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Tacəddin Həsən noyon
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1335-1356) Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1335-ci ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Tacəddin Məhəmməd Urməvi
Tacəddin Məhəmməd Həsən oğlu Urməvi (1177-1255) — Azərbaycan filosofu, hüquqşünas və ilahiyyatçı. Tacəddin Məhəmməd Urməvi Bağdadda yaşamış, Şərəfiyyə mədrəsəsində dərs dеmişdir. Zəkəriya Qəzvini və Əbdürrəşid Bakuvi onun öz zəmanəsində dinin əsaslarını, hüququ, hikməti və ədəbiyyatı misilsiz şəkildə bildiyini göstərmişlər. Tacəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov mütəfəkkirin 1255-ci (hicri 653-cü) ildə 80 yaşında vəfat etdiyini yazmışdır. Azərbaycan aliminin yaradıcılığında miladi 1218-ci, yaxud 1219-cu (hicri 614-cü) ildə tamamladığı "Məhsuldan hasil еdilən kitab" daha məşhurdur. Fəхrəddin Razinin əsəri əsasında yazılmış bu хülasənin 1295-ci ildə köçürülmüş bir nüsхəsi Qahirədə Хidiviyyə kitabхanasının əlyazmasıdır. Tacəddin Urməvi tərcüməçilik ilə də məşğul olmuş, 1228-ci ildə Dəməşqdə müəllimi və dostu Fəxrəddin Razi'nin məntiqə və fəlsəfəyə dair "İlahi həqiqətlər haqqında Kəmaləddin traktatı" əsərini farscadan ərəb dilinə çеvirmişdir.
Tacəddinabad (Üşnəviyyə)
Tacəddinabad (fars. تاج الدين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 873 nəfər yaşayır (173 ailə).
Tacəddinoğulları bəyliyi
Tacəddinoğulları bəyliyi — 1308–1425-ci illər arasında mərkəzi Niksar olmaq üzrə Bafra, Ordu, Kəlkit hövzəsi, Çarşamba və Canik bölgələrində hökm sürən Anadolu türkman bəyliyi. Əmir Tacəddin bəy tərəfindən qurulmuşdur. Təqribən 12.000 km²-lik bir sahəyə yayılan bəylik 1335-ci ilədək Elxanilər dövlətinə, sonra Ərətna bəyliyinə və Qazi Bürhanəddin bəyliyinə tabe oldu. 1393-cü ildən sonra isə Osmanlı İmperiyasına bağlandı və 1425-ci ildə tamamən Osmanlı torpaqlarına ilhaq edildi.
Tacədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir. Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
Tacuddin Mustafin
Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının ilk Müftisi. Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.
Tacuddin Əhməd
Tacuddin Əhməd (benq. তাজউদ্দীন আহমদ; 23 iyul 1925 – 3 noyabr 1975, Dəkkə) — Banqladeş dövlət xadimi və azadlıq döyüşçüsü idi. Banqladeşin ilk Baş naziri vəzifəsini icra etdi və 1971-ci ildə Banqladeş Qurtuluş Döyüşü zamanı müvəqqəti hökumətinə rəhbərlik etdi. Əhməd, benqal millətçiliyinin müxtəlif siyasi, hərbi və mədəni qüvvələrini birləşdirdiyi müvəqqəti hökumətin rəhbərliyi sayəsində, Banqladeşin azadlığınınən nüfuzlu və vəsilə simalarından biri hesab olunur. Mucibur Rəhmanın yaxın bir işçisi olan Əhməd 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Avami Liqasının baş katibi idi. O, Liqanın bir hökumət qurmaq üçün tarixi parlament çoxluğunu qazandığı 1970 Pakistan ümumi seçki üçün Liqanın seçki kampaniyasını əlaqələndirdi. Əhməd, Mücib və Doktor Kamal Hüseyn ilə birlikdə prezident Yəhya Xan və Zülfiqar Əli Bhutto ilə hakimiyyətin seçilmiş Milli Məclisə təhvil verilməsi üçün danışıqlara rəhbərlik etdi. Əhməd 23 iyul 1925-ci ildə Qazipurda Kapasiada Maulavi Məhəmməd Yasin Xan və Meherunnesa Xanamda anadan olub Müqəddəs Qriqori Liseyinə getdi. 1944-cü ildə matrisasiya imtahanında 12-ci yerdə idi. 1948-ci ildə Ali Orta Sertifikat İmtahanında 4-cü yerə çıxdı.
Təcədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir. Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
Saləddin Allahverdiyev
Saləddin Xosrov oğlu Allahverdiyev (Gəncə) — Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi Allahverdiyev Saləddin Xosrov oğlu 1951-ci il fevralın 11-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olub. 1969-cu ildə orta məktəbi bitirb. Ali təhsillidir, 1973-cü ildə "Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu"nun tarix fakültəsini bitirb. 1976–1993-cü illərdə Pioner Evinin müdirü və "Lənkəran Ziyalılar Evi"nin direktoru vəzifələrində işləyib. 1993-cü ildən hüquq müdafiəçisi, 2000-ci ildən "Azərbaycan Xalqlarının Assambleyası"- ın prezidentidir. 1994–2014-cü illərdə ASDP-nin üzvü kimi fəaliyyət göstərib. Bu illər ərzində ASDP sədrinin müavini, ASDP MK üzvü seçilib, müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin hüquq məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.
Saməddin Fərziyev
Saməddin Qəfərov
Saməddin Əmrahov
Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor. Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır. Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var. Teatr tamaşaları şəkilləri 25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır Ə. Nesin "İntihar" — Müştaq bəy Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş Süleyman Rüstəm "Durna" - Murad Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab Fikrət Qoca "Məhkumlar" - Babək Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis Moris Meterlinq "Korlar" II kor Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi Georgi Xuqayev "Andro ve Sandro" - Dudar Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev Qoqol "Müfəttiş" -- Osip Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi Şiller _ Qaçaqlar -- Şveytser S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin H. Abbaszadə "General" — Həzi Aslanov H. İbsen "Kuklalar" — Doktor Rank L. Korsunski "Fırıldaqçı" — Ata N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy Anar "Şəhərin yay günləri" — Namiq C. Cabbarlı "Sevil" — Balaş N. Nərimanov "Nadir şah" — Şah Təhmas Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad S. Vurğun "Vaqif" — Əli bəy E. L. Voyniç "Ovod" — Ovod H. Mirələmov "Vicdanın hökmü" — Rəhim H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu H. Mirələmov "Ləyaqət" — Kolya X. Murad "Ucalıq" — Mayor İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah H. Allahyarov "Bir ovuc torpaq" — Azad Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin Sofokl "Şah Edip" — Edip Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim M. Xubai "Şeytanın oyunları" — Britannik və sair. Qriqori Qorin "Herostratı unudun" — Herostrat Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan Visnevski "Nikbin faciə" — Odessalı Beyzai "İlan sultan" — salnaməçi K. Abdulla "Casus" — Qazan xan M. Əliyev "Prokuror" — Səlimxan Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.
Səlahəddin Bahəddin
Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين‎; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir. Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır. Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur.
Xaləddin Alıyev
Xaləddin Cəlilov
Saməddin Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır. 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib. 2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.
Bahəddin Şakir
Bahəddin Şakir (türk. Bahaddin Şakir; 1874, Konstantinopol – 17 aprel 1922, Berlin) — Türkiyə həkimi, türk millətçisi siyasətçisi və erməni soyqırımının memarlarından biri. Hökumətdə nazir və ya millət vəkili olmamasına baxmayaraq, "İttihat və Tərəqqi" Mərkəzi Komitəsində güclü nüfuz sahibi idi və partiyanı dəstəkləyən "Şura-yı Ümmət" jurnalının müdiri idi. O, "İttihat və Tərəqqi"də "Həkimlər Qrupu"nun üç mühüm adından biri idi (digər ikisi Doktor Nazım və Doktor Rüsuhi Dikmən olmuşdur). O, "İttihat və Tərəqqi"nin pantürkist və turançı qanadının bir hissəsi idi. Şakir Birinci Dünya müharibəsi zamanı "Təşkilati Məxsusə"nin liderliyində idi. O, əmin müharibənin sonunda "İttihat və Tərəqqi"nin digər üzvləri ilə birlikdə əvvəlcə yerli Osmanlı hərbi tribunalı, sonra isə Britaniya hökuməti tərəfindən həbs edilmişdir. Şakir bəşəriyyətə qarşı cinayətlərə görə hərbi mühakimə olunana qədər Maltaya sürgün edilmiş və daha sonra Britaniya tərəfindən türk millətçi qüvvələrinin saxladığı girovlarla mübadilə edilmişdir. 17 aprel 1922-ci ildə Berlində Camal Əzmi ilə birlikdə sui-qəsd nəticəsində öldürülmüşdür. == Erkən həyatı == Bahəddin Şakir Osmanlı imperiyasının Sliven şəhərində (indiki Bolqarıstanın bir hissəsi) anadan olmuşdur.
Xaləddin Sofiyev
Xaləddin Sofiyev (tam adı: Sofiyev Xaləddin Əli oğlu; 15 yanvar 1952, Qaracalar, Qardabani rayonu) — kulturologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-siyasi elmlər kafedrasının müdiri, Əməkdar müəllim.Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı laureatı. == Həyatı və təhsili == Xaləddin Sofiyev 1952-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. 1978–1980-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki iki illik fars dili kursunda təhsil alıb. == Fəaliyyəti == Xaləddin Sofiyev 1982–1984-cü illərdə SSR-nin Məhdudlaşdırılmış Beynəlmiləl Qoşunun tərkibində Əfqanıstanda hərbi tərcüməçi kimi qulluq edib. 1984–2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində lobarant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. "Azərbaycan tarixi" fənninin tədrisi ilə məşğul olub. 1993–1994-cü ildə ADMİU-nun "Bədii yaradıcılıq" fakültəsinin dekanı, 2006–2011-ci illərdə "Rejissor sənəti" fakültəsinin dekan müavini, 2011–2013-cü illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiridir.