KAPELMÉYSTER

[ alm. ] Keçmişdə dirijora verilən ad.
// Hərbi orkestr dirijoru.
KAPELLA
KAPELMEYSTERLİK
OBASTAN VİKİ
Kapelmeyster
Kapelmeyster (alm. Kapellmeister‎) — orkestrvə ya xor kapellasına rəhbərlik edən şəxs, bu termin alman dilindən götürülüb. == İstifadə tarixi == Təxminən 1500-1800-cü illəri ərzində almandilli ölkələrdə kapelmeyster monarx və ya zadəgan üçün musiqi yazana deyirdilər. Kapelmeyster vəzifəsi vacib sayılırdı, və onun vəzifələrindən biri digər musiqiçilərə nəzarət etmək idi. İohann Sebastyan Bax 1717-ci ildən 1723-cü ilə kimi şahzadə Leopoldun kapelmeysteri kimi çalışmışdır. Yozef Haydn uzun illər ərzində Avstriya İmperiyasının yüksək mövqe tutan zadəgan ailəsi Esterhazilərin kapelmeysteri olmuşdur. Kapelmeyster həmçinin kilsə üçün musiqi yazana da deyilirdi. Kapelmeyster vəzifəsini ələ keçirmək o vaxtki musiqiçilər üçün müvəffəqiyyətə nail olmaq kimi idi. Məsələn, Yozef Haydn bir dəfə söyləmişdi ki, onun atası ölmədən oğlunun kapelmeyster vəzifəsində gördüyü üçün çox şaddı. Bu termin həmçinin əhəmiyyətli musiqi ustalığına malik olmaq mənasını verirdi.

Значение слова в других словарях