KARBON-SULFİD

сущ. хим. сероуглерод (соединение серы с углеродом)
KARBON
KARBONAR
OBASTAN VİKİ
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S. Natrium sulfid-oksigensiz duzdur. == Alınması == Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır. Na2SO4+4H2→Na2S+4H2O Na2SO4+4C→Na2S+4CO Na2SO4+4CO→ Na2S+4CO2 == Fiziki xassələri == Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir.
Karbon (Vayominq)
Karbon Rayonu (ing. Carbon County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 15 639 nəfər olmuşdur. Rayonun paytaxtı Roulins şəhəridir.
Karbon disulfid
Karbon disulfid — CS2 formullu rəngsiz uçucu mayedir. "Efirə bənzər" bir qoxusu var, lakin sənaye nümunələri ümu-miyyətlə pis qoxulu saf olmayan birləşmələrdir. [7] == Alınması, xassələri == Vulkan püskürmələri zamanı və bataqlıqlarda az miqdarda sərbəst karbon disulfid ayrılır. Əvvəllər CS2 yüksək temperaturda karbon (və ya koks) və kükürdün reaksiyası ilə istehsal edilmişdir: C + 2S → CS2 Daha sonra təbii qazdan silikogel və ya alüminium katalizatorlarının iştirakı ilə CS2 birləşməsinin alınması ilə karbon mənbəyi kimi istifadə edildi: [7] 2 CH4 + S8 → 2 CS2 + 4 H2S Reaksiya metanın yanmasına bənzəyir. Karbon disülfid istehlakı təxminən bir milyon tondur; Çin 49%, Hindistan isə 13% istehlak edir. [8] 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında istehsal 56.000 ton idi. [9] === Həlledici === Karbon disülfid fosfor, kükürd, selenium, brom, yod, yağlar, qatranlar, kauçuk və asfalt üçün həlledicidir. [10] Təkdivarlı karbon nanotüplərinin təmizlənməsində istifadə edilmişdir. [11] Reaksiyalar: CS2 olduqca yanıcı maddədir. Yanması zamanı kükürd dioksid və karbon qazı alınır: CS2 + 3 O2 → CO2 + 2 SO2 == Nükleofillərlə == İzoelektronik karbon dioksidlə müqayisədə CS2 daha zəif elektrofildir.
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. == Ümumi məlumat == Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir. Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi.
Karbon kağızı
Karbon kağızı — Bir tərəfi qurudulmuş mürəkkəb və ya piqment ilə örtülmüş kağızdır. Mətn və ya dizaynı orijinal versiya ilə eyni vaxtda surətini çıxarmaq üçün karbonlardan istifadə olunur. Surətin rəngi, karbon kağızının rənginə asılıdır. == Mənbə == Wissinger, R. R. (1950). Carbon Papers and Other Duplicating Papers. In Mosher, R. H. (ed), Specialty Papers, Their Properties and Applications (pp. 335–367). Brooklyn, N. Y.: Remsen Press.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Karbon nanoboruları
Karbon nanoboruları === Xassələri === Karbon nanoboruları, diametri 1:n.10 (n=1,2,....9) nanometr, uzunluğu isə bir neçə mikrona qədər olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli yeni xassələr büruzə olunur. Məhz onların bu xassələrindən gələcəkdə yeni nanomaterialların və nanoqurğuların yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox prespektivli hesab olunur. === Alınması === Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq mümkündür Karbon nanoboruları (KNB) kovalent rabitəyə malik karbon atomlarından ibarət,özü təşkil olunmuş,boru şəkilli nanoquruluşlardır.Onlar əsasən iki formada – birdivarlı və çoxdivarlı karbon nanoboruları,həmçinin çoxtəbəqəli paketləşdirilmiş konusvarı nanoboru şəklində olur.Birdivarlı karbon nanoborusu təbii (özü-özünə)boru şəklində bükülmüş qrafit monoatom qalınlıqlı təbəqədən ibarətdir. Belə təbəqə şəklində qrafit qrafen adlandırılır. Monotəbəqənin bükülməsi istıqamətindən asılı olaraq, qrafen metal və ya yarımkecirici xassələrə malik olur. Coxdivarlı karbon nanoboruları konsentrik yerləşmiş bir neçə birdivarlı nanoborudan ibarətdir, onların diametri 10-40- nm təşkil edir === Tətbiq sahələri === Karbon nanoborularının bir çox maraqlı xassələri var.Məsələn,onlar metal və ya yarımkecirici xassələrə malik ola bilər;misə nəzərən daha yaxşı elektrik cərəyanını keçirdirlər;almaza nisbətən daha yaxşı istilikkeçirmə xassəsinə malikdir. Karbon nanoborularını lazerlə buxarlandırma,karbon elektrodlarının qövs boşalmasında buxarlandırılması və qaz fazadan kimyəvi çökdürülmə texnologiyaları ilə almaq olar.Birlaylı nanoboru yaratmaq üçün katalizator kimi müsbət elektrodun mərkəzinə az miqdarda Co, Ni və ya Fe yerləşdirilir. Katalizatordan istifadə edilmədikdə çoxlaylı quruluşa malik nanoborular alınır.
Karbon nanolifləri
Karbon nanolifləri Karbon nanolifləri (KNL) çoxlu sayda qrafen laylarından ıbarət sapvari hissəciklərdən ibarətdir. Liflərin diametri böyük diapazonda dəyişir (bəzi hallarda 200 nm). Qrafen laylarının forması müxtəlif - konusa,fincana və s.bənzəyən formada olur.Qrafen səthlərinin arasında məsafə 0,34 nm və ya bir qədər çox olur. C atomları sp2 hibrid halındadır. Karbon zəncirindəki axırıncı C atomları hidrogenlə doymuş oldugundan sonuncular sp3 hibrid halında olur.
Karbon planeti
Karbon planeti — Yer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır. Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna rəğmən aşağıda, səthdə yanmaqda olan təbəqə var. Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir. Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. == Tarixi == Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Karbon monoksid
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. == Strukturu, əsas xüsusiyyətləri == Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.
Polimer karbon nitrid
=== Ümumi məlumat === Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir. === Qrafitəbənzər karbon nitridin xassələri === Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.
Dəyişdirilmiş karbon (teleserial)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Darıdağ Karbon Qazı Zavodu
Darıdağ Karbon Qazı Zavodu — Culfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir. == Haqqında == Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Dəmir-karbon hal diaqramı
Dəmir-karbon hal diaqramı — dəmir tərkibli ərintilərdə faza çevrilmələri ilə müəyən olunan halın qrafiki təsviridir (şəkil). Texniki baxımdan dəmir-karbon kimyəvi birləşməsinin stabil halı olan sementit böyük əhəmiyyət kəsb edir. Diaqramda göstərilmiş A nöqtəsi saf dəmirin böhran nöqtəsidir. Ərinti halında olan dəmir soyuduqda bu nöqtə kristallaşma, qızdırdıqda isə ərimə temperaturunu göstərir (1539 °C). D sementitin aqreqat halını göstərən nöqtədir. ABCD xəttindən yuxarıda maye bir fazalı maye halındadır. Bu xəttə likvidius xətti deyilir. Maye soyuduqda bu xətt üzrə karbonun miqdarndan asılı olaraq kristallar yaranmağa başlayır. AB xətti üzrə Fe bərk məhlulun kristalları alınır. BC xətti boyunca maye ərintidən austenit, CD üzrə isə birinci sementit ayrılır.
Dəyişdirilmiş karbon (teleserial, 2018)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. === Hazırlanması === Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.