KARNİZ
KARSALA
OBASTAN VİKİ
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Riçard Menninq Karp
Riçard Menninq Karp (ing. Richard Manning Karp; 3 yanvar 1935, Boston) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. 3 yanvar 1935-ci ildə anadan olmuşdur. Karp 1985-ci ildə şəbəkə axınları üçün effektiv alqoritmlərin işlənib hazırlanması, alqoritmlər nəzəriyyəsi və NP-tamlıq nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Georgi Karpov
Georgi İvanoviç Karpov (9 dekabr, 1890–31 mart, 1947)— tarixçi, etnoqraf, Türkmənistan SSR-nin ictimai-siyasi xadimi. == Həyatı == Georgi İvanoviç Karpov 9 dekabr 1890-cı ildə Rusiyanın Saratov quberniyasının Karavainka kəndində anadan olmuşdu. Georgi Karpov türkmənlər, Türkmənistan haqqında bir çox əsərlərin müəllifidir. Georgi Karpov 31 mart 1947-ci ildə Türkmənistanda vəfat edib. == Əsərləri == Карпов Г. И. Восстание тедженских туркмен в 1916 году : (К изучению истории крестьянск. восстаний в бывшей царск. колонии). — Ашхабад: Туркменгосиздат, 1935. — 72 с. Карпов Г. И. Гражданская война в Туркмении (1918–1920) : (Попул.
Jil Karpöntiye
Jil Karpöntiye (fr. Gilles Carpentier)- 14 iyun 1950-ci ildə Parisdə anadan olmuş bir fransız yazıçı və redaktordur. == İşləri == 1984 : Marmotun əlyazmaları, Söy nəşrləri 1988 : Hamısı yalan, Söy nəşrləri 1992 : Ossmann mən yata bilmirəm, Söy nəşrləri 1994 : Qalmaqalı tunc.
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923, Babadağ – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Karpantra (rayon)
Karpantra (fr. Carpentras) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Voklüz. Suprefektura — Karpantra. Rayon əhalisi 2006-cı ildə 122 706 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 97 nəf / km². Rayon sahəsi — 1266 km².
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Karpaz yarımadası
Karpaz (yun. Καρπασία, türk. Karpaz) — Kipr adasının şimalında yerləşən yarımada. Yarımada de-fakto Şimali Kipr Türk Respublikasınin ərazisində yerləşir. Yarımada dar və uzun quru parçası olaraq Liquriya dənizinin içərilərinə doğru şimal-şərq istiqamətdə uzanır. Yarımadanın sonunda Həvvari Andrey burnu yerləşir. Yarımadada Kireniya sıra dağları yerləşirki, oda yarmadaya pereoentukulyar istiqamətdə yerləşir. Ən hündür nöqtəsi — 364 metrdir. Yarımadanın cənub və şimal sahillərində gözəl çimərliklər vardır. 2000-ci illərdən Barfa şəhəri yaxınlığında kotejlərlə zəngin olan qəsəbə salınmışdır.
Karpaçço
Karpaçço ( it. Carpaccio) - zeytun yağı və limon əsaslı sousla mövsümlənən və nazik dilimlənmiş çiy mal əti filesi ilə bişirilən yemək. Ənənəvi olaraq, masaya soyuq yemək və ya məzə kimi verilir. == Tarix == Yemək, 1950-ci ildə Venesiyada yerləşən ikonik "Harrinin barı" restoranın sahibi Cüzeppe Çipriani (Həmçinin "Bellini" kokteylinin ixtirası ilə də tanınır) tərəfindən "kəşf edilmişdi". Yemək, rəsmləri hər cür parıldayan qırmızı və ağ rəng çalarları ilə bol olan Renessans rəssamı Vittore Karpaççonun şərəfinə adlandırılıb. Həmin il Venesiyada rəssamın möhtəşəm sərgisi keçirilirdi. Çipirani də bu resepti həkimlərin istilik emalına məruz qalmış ət yeməsini qadağan etdiyi qrafinya Amaliya Nani Moçeniqo üçün xüsusən hazırlamışdı.:16—17 == Resept == Ənənəvi karpaçço, iti bıçaq və ya xüsusi mətbəx aparatı (sleyser) vasitəsi ilə nazik doğranmış mal əti filesindən hazırlanır. Ətin daha yaxşı kəsilməsi üçün ət əvvəlcədən dondurucu kameraya qoyulur və ya yandırılır. Karpaççonun masaya verilməsinin ən məşhur üsulları arasında onun parmezan pendiri, rukkola salatı və ya çerri pomidorları ilə təqdim olunması var. Bu inqredientlər yeməyə daha nəcib dad verirlər.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Karpenko adına Martınov diyarşünaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46 == Tarixi və təsviri == Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd). 2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.
Karpentariya körfəzi
Karpentariya körfəzi (ing. Gulf of Carpentaria) — Avstraliya materikinin şimal-şərq hissəsində, Arnhem torpağı ilə Keyp York yarımadası arasında yerləşən körfəz. O, Arafur dənzinin Avstraliya materikinin iç hissəsinə düzbucaqlı uzanmış dayaz davamıdır. Əsrlərdir istifadəsiz olan körfəz XX əsrin sonu XXI əsrin əvvəllərində boksit, manqan və böyük dəniz xərçəngləri ehtiyatlarının istismar edilməsi ilə əlaqədar olaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başladı. Körfəzin ümumi sahəsi 310,000 km², ən dərin yeri isə 70 m-dir. . Lakin, bəzi mənbələrdə körfəzin ən dərin yerinin 82 metrdən artıq olmadığı, sahəsinin isə 300,000 km² olduğu vurğulanır. Karpentariya körfəzi müasir dövrün ən nadir epikontinental (materikin üst tərəfində yerləşən dayaz dəniz) körfəzlərdəndir. Belə körfəzlər Yerin geoloji tarixinin erkən dövrlərində geniş yayılmışdır. == Tədqiqi == Avropalıların buranı tədqiq etməsi 1606-cı ildə hollandiyalı Villiam Yansonun səyahəti ilə başlamışdır. V.Yansonun 1623-cü ildə buraya gəlmiş həmyerlisi Yan Karstenszoon körfəzi o dövrdə İst-Hind-in general-qubernatoru olmuş Piter de Karpentierin şərəfinə adlandırdı.
Karpezium
Karpezium (lat. Carpesium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karpi FK
Karpi FK (it. Carpi Football Club 1909 ) - İtaliyanın Karpi şəhərini təmsil edən futbol klubu. Klub 1909-cu ildə təmsil ediyi şəhərin tələbəsi Adolfo Fankoni tərəfindən yaradılmışdır. İlkin adı Jucunditas olan klubunun adı sonralar Associazione Calcio Carpi formasında dəyişdirilmişdir. İtaliya B Seriyasında çıxış edən Karpi 2014–15-ci il mövzsümündə I yeri tutaraq İtaliya A Seriyasına vəsiqə qazanmışdır. İlk dəfə 1919-1920-ci illərdə İtaliya A Seriyasında çıxış edən Karpsi 93 ildən sonra əsas liqaya qayıdan ilk komanda hesab olunur.
Karpinsk
Karpinsk — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Karpofaq
Karpofaq — meyvə ilə qidalanan heyvan. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Karpostalaqma viridis
Karpovka (Bakalı)
Karpovka (başq. Карповка, rus. Карповка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kuştirək kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (96 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Vasily Mikhailoviç Varfolomeev (1923-1988) - Böyük Vətən Müharibəsi iştirakçısı.
Karpoş burnu
Karpoş burnu (bolq. нос Карпош, ‘Nos Karposh’ \'nos 'kar-posh\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimalda yerləşən buzlaqlardan azad olan burundur. Morton boğazından 500 m qərbdə yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun Bolqarıstanın AD lideri olan Karpoşun adını daşıyır. == Yerləşməsi == Prezident burnundan 2.3 km şimal-şərqdə, Qostun burnundan 2.5 km cənub-şərqdə, Timblon burnundan 4.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Karpoş üsyanı
Karpoş üsyanı — 1689-cu ilin oktyabrında Mərkəzi Balkanlarda Osmanlı dövlətinin əleyhinə baş vermiş xristian üsyanı. Güman olunur ki, üsyanın lideri Karpoş o zamanlar Osmanlı dövlətinin tərkibinə daxil olan Makedoniyanın Voyniça kəndində Peter adı altında anadan olub. O, gənc yaşlarında Valaxiyada mədənçi olaraq işləmiş, daha sonra Rodop dağlarına gedərək Bolqarıstan ərazisindəki Dospat şəhərində məskunlaşmışdır. O, nüfuzlu oğru idi. Müqəddəs Roma İmperiyasının ordusu Balkanlarlarda üstünlük əldə etdikdən sonra Karpoş müasir Bolqarıstan və Serbiyanın sərhədində yerləşən Znepola gələrək Osmanlılar əleyhinə müqavimət hərəkatının təşkilatçısı olur. == Üsyana hazırlıq == 1683-cü ildə Avstriya, Polşa, Venesiya və Rusiya (sonralar) tərəfindən yaradılan Müqəddəs İttifaq Vyana döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğradır. Bu hadisədən sonra Osmanlı dövləti Mərkəzi Avropadan sürətlə geri çəkilmək məcburiyyətində qalır. Məğlubiyyət və xaotik vəziyyət Mərkəzi Balkanlarda, xüsusilə də Karpoş üsyanının başlandığı Skopye və Nis ərazisində Osmanlı dövlətinin nüfuzunu zəiflədir. 1689-cu ilin oktyabrında Skopye ərazisinə gələn Avstriya ordusunun komandanı general Pikkolomini yerli kəndlilər tərəfindən sevinclə qarşılanır. Elə həmin gün Pikkolomini rəhbərlik etdiyi ordunu geri çəkir və oktyabrın 26-sı şəhəri yandırır.
Karpyeyənlər
Karpyeyənlər və ya quyruqqəlsəməlilər lat. Branchiura dəstəsinin nümayəndələri iri xərçənglərdir. == Quruluşu == Karpyeyənlər - 3–15 mm uzunluğunda iri xərçənglərdir. Yastı bədəni ön və arxa şöbələrdən ibarətdir. Ön, baş-döş şöbəsi üstdən enli baş-döş qalxanla ör¬tülmüşdür. Bel səthində bir cüt faset göz, onların arasında isə üç sadə nauplial gözcük yerləşir. Bir cüt ikişaxəli üzgəc ayaqları ilə təchiz edilmiş dörd döş seqmenti də qalxanla örtülmüşdür. Bədən qarın şöbəsi ilə qurtarır, bunun sonunda isə furkal şaxələr vardır. Ön şöbənin çıxıntıları sahibin bədəninə yapışmağa, arxa şöbəninkilər isə üzməyə xidmət edir. Hər iki cüt antenalar çox qısadır.
Moldova Karpat dağları
Moldova Karpat dağları — Şərqi Karpat dağlarının bir hissəsi. Rumıniya ərazisindədir. Paralel silsilələrdən ibarətdir. Hündürlüyü 1956 metrə qədər (Çukaş dağı) yüksəlir.. Çökmə və ox zonalarında kristallik süxurlardan təşkil olunmuşdur. Palıd fıstıq və iynəyarpaqlı meşələrlə, zirvələrə yaxın hissələr dağ çəmənləri ilə örtülmüşdür. Neft, qonur kömür, daşduz yataqları var.
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.

Значение слова в других словарях