KİÇİKLİK

is.
1. Həcmcə, ölçücə balacalıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçikliyi.
2. Kəmiyyətcə, sayca, miqdarca, cüzilik, azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.
3. Yaşı az olma; azyaşlılıq, balacalıq. Kiçikliyinə baxma, çox zirəkdir.
// Kiçiklikdən şəklində – balacalıqdan, uşaqlıqdan.
[Əzim dayının] uca bir budaqdan digər bir budağa sürətlə elə atılışı var idi ki, bu cürət və çevikliyi ancaq ta kiçiklikdən idman görmüş … uşaqlarda görmək olur. A.Şaiq.

4. məc. Əhəmiyyətsizlik, cüzilik, yüngülvarilik. Məsələnin kiçikliyi.
5. Vəzifəcə, rütbəcə aşağı olma. Vəzifənin kiçikliyi.
◊ Kiçiklik etmək – özünü aşağı tutmaq, böyüyə hörmət etmək, ehtiram göstərmək.
Kiçikliyində qalmaq – bax kiçiklik etmək.
[Nəsir] …öz kiçikliyində (qalır), ehtiramını yenə əvvəlki kimi saxlayırdı. S.Hüseyn.

Синонимы

  • KİÇİKLİK gödəklik — qısalıq
  • KİÇİKLİK balacalıq

Антонимы

  • KİÇİKLİK KİÇİKLİK – BÖYÜKLÜK Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq (C.Cabbarlı); Başın böyüklüyü yiyəsinə donuz güldürər (Ata
KİÇİKLİ-BÖYÜKLÜ
KİÇİKRAQ

Значение слова в других словарях

аспира́тор гносеологи́ческий жило́е обма́тываться постесни́ть рассверли́ть ука́лывание что́ ты бре́кчия иска́лывать конфликтоло́гия ма́ксимум посо́бнический пребыва́ние рекультиви́ровать штамм бурнус спаржа haemoglobin half-niece holm oak map out жало приставочный пятеро