KİFT

is. [ fars. ] köhn. Sifilis.
Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kift azarına mübtəla olubmuş. N.Nərimanov.

KİFSİNMƏK
KİLƏ
OBASTAN VİKİ
Kift müharibəsi
Kift müharibəsi, həmçinin Vappinger müharibəsi — 1643-1645-ci illərdə Yeni Niderlandın yaranmaqda olan koloniyasının mühacirləri ilə Nyu-Yorka çevriləcək ərazidə Lenape (delavarlar) hindiləri arasında münaqişə. Münaqişə məsləhət şurasının razılığı olmadan və kolonistlərin istəklərinə zidd olaraq hindlilərə hücum təşkil edən general-qubernator Villem Kiftin şərəfinə adlandırılmışdır. Hollandiya əsgərləri Lenape düşərgələrinə hücum edərək yerli insanları öldürmüş, bu da yerli alqonkin tayfalarının hollandlara qarşı birləşməsinə və qarşılıqlı nifrətin artmasına kömək etmişdir. Bu, yerli amerikalılar və avropalı köçkünlər arasında ən erkən münaqişələrdən biri idi. Kieftdən narazı qalan Niderland Vest-Hind şirkəti qubernatoru Avropaya geri çağırsa da, o, yolda gəmi qəzasında həlak olmuşdur.

Значение слова в других словарях