KİLİDLƏNMƏ

Kilidlənmək”dən f.is.
KİLİDLƏMƏK
KİLİDLƏNMƏK
OBASTAN VİKİ
On iki raund 3: Kilidlənmə
12 Raund 3: Kilidlənmə, 2015 -ci ildə ABŞ -da çəkilmiş olan bir filmdir. Baş rollarda WWE güləşçisi Dean Ambrose və Roger Cross oynamışdır.
Orbit kilidlənməsi
Orbit kilidlənməsi (Qravitasiya kilidlənməsi və ya sinxron fırlanma) — bir cismin öz ətrafında fırlanma sürəti ilə, peyki olduğu planet və ya ulduzun orbitində fırlanma surətinin bərabər olma vəziyyəti. Bu vəziyyətdə cisim, ətrafında fırlandığı "daha böyük kütləli" cismə həmişə eyni üzü baxacaq formada fırlanır. Bu elmə sinxron fırlanma olaraq da məlumdur: nizamlı şəkildə kilidlənmiş cisim, öz oxu ətrafında peyki olduğu planet və ya ulduzun orbitində fırlanmaq üçün kifayət qədər vaxt alır. Məsələn, Ayın eyni tərəfi həmişə Yerə baxır, baxmayaraq ki, Ayın orbiti mükəmməl dairəvi olmadığı üçün bir sıra dəyişkənliyi var. Bu halda peyk, özündən daha böyük cisimə kilidlənir. Bununla birlikdə, iki cisim arasındakı kütlə fərqi və aralarındakı məsafə nisbətən azdırsa, hər biri digərinə səliqəli kilidlənə bilər; bu, Pluton və onun peyki Xaron üçün də belədir. İki cisim arasında təsir, hər iki cisimin cazibə qüvvələrinin qarşılıqlı şəkildə fırlanaraq yavaşca kilidlənənə qədər yaranır. Zamanla, milyonlarla il ərzində, təsir gücü, enerji mübadiləsi və istilik yayılması nəticəsində hər iki cisimin öz orbitlərində fırlanma nisbətləri dəyişir. Cisimlərdən biri orbit ərzində fırlanma sürətindən artıq bir dəyişikliyin olmadığı bir vəziyyətə çatdıqda bu zaman kilidlənmə baş verir. Cisim ayrılarkən bu halda yerində qalmağa meyilli olur çünki onun sistemə geri enerji ötürməsi lazımdır.
Kilidlənməyə qarşı əyləc sistemi
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtomobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.

Значение слова в других словарях