Kipr mətbəxi
Kipr mətbəxi - kipr mətbəxi Türkiyə və Yunanıstan mətbəxlərinə çox yaxındır. Bu mətbəxə Fransa, İtaliya, Andorra və s. ölkələrin mətbəxinə oxşayır.
== Yeməklərin hazırlanması ==
Yeməklər adətən təzə tərəvəzlərdən - kabaçki, yaşıl bibər, yerkökü, pomidor, xiyar, kələm, üzüm yarpağı, lobya və s.dən hazırlanır. Həmçinin limon, armud, alma, üzüm, portağal, naringi, şaftalı, qara qaragilə, çiyələk, gilas, yemiş, qarpız, avakoda, badam və s. meyvə və quru meyvələrdən istifadə edilir.
Bu mətbəx ədviyyatlarla da zəngindir. İstiot, əkin indausu, iyli kərəviz, adi qaraqınıq, darçın və s. yeməklərə xüsusi dad verir.
Kipr mətbəxinin əsas ədviyyatı isə nanədir.