Kipr erməniləri

Kipr erməniləriKipr adasında yaşayan etnik erməni toplumuna verilən ümumi ad. Kipr adasında 2012-ci ilə olan əhalinin siyahıya alınmasına əsasən 3.500 civarında erməni yaşamaqdadır. Ermənilərin böyük əksəriyyəti adanın yunan tərəfindən idarə edilən hissəsində yaşayır. Ermənilərin ada da yaşadıqları əsas yer Nikosiya şəhəridir. Nikosiyanın ardından siyahını LimasolLarnaka şəhərləri izləyir.

Ermənilərin Kipr adası ilə təması Kilikiya erməni çarlığının 1078-ci ildə adanın şimal hissələrini işğal etməsi ilə başlamışdır. Çarlığın varlığına Səlcuqlar tərəfindən son qoyulmasından sonra ada da yaşayan az saylı erməni toplumu qorunmaq üçün Bizans İmperiyasının ada da yerləşən hakimiyyətinə sığınmaq qərarı verir. Kilikiya erməni çarlığı ilə Kipr adasında yaşayan etnik ermənilər arasında münasibətlər Səlib yürüşləri zamanı sürətlə inkişa etməyə başlayır. Erməni çarı II Leo, Kipr Krallığını idarə edən Luziyanlar sülaləsinə məsub bir qadınla evlənməsi münasibətləri daha da dərinləşdirir.

Orta Əsrlərdə Kipr adasında iki erməni dini mərkəzi yerləşirdi. Həmin dini mərkəzlərin NikosiyaFamaqusta şəhərlərində fəaliyyət göstərmələri məlumdur. Nikosiya şəhərində XV-XVI əsrlərdə Surp Kevork kilsəsiSurp Bedros kilsəsi adlı iki kilsəsinin mövcud olmuşdur Surp Kevork kilsəsinin 1567-ci ildə Venesiyalılar tərəfindən bağlanılmışdır.

Kipr erməniləri Qondarma erməni soyqırımı iddialarını beynəlxalq dərəcədə tanınması və Qarabağ münaqişəsinin onların lehinə həll edilməsi ilə bağlı tələb-mitinqi keçirərkən. (1993)

Kipr erməni icması Kipr adasında yaşayan ermənilərin təhsil alması məsələsini hər zaman ölkə gündəmində saxlamağa çalışmışdır.

Kiprdə erməni dilli ilk məktəb din xadimi Vartan Mamiqonyan tərəfindən Nikosiya şəhərində 1870-ci ildə açılmışdır. Uzun müddət fəaliyyət göstərməyən bu məktəbin ardından 1909-cu ildə Larnaka şəhərində, 1927-ci ildə Famaqustada da və 1928-ci ildə Limasol şəhərlərində erməni dilli məktəblər açıldı. Bununla yanaşı Nikosiya şəhərində XIX əsrin sonlarına yaxın erməni yetim uşaqları üçün internat məktəbi də fəaliyyət göstərmişdir.