KİRLİ

sif. Kir tutmuş, çirk basmış; çirkli. Kirli yun. Kirli əl. Kirli paltar.
– Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı).
Bu sulu, palçıqlı, kirli dünyada; Səməndər quşunu salırsan yada! Şəhriyar.

Синонимы

  • KİRLİ çirkli — pinti — natəmiz
  • KİRLİ kirli bax çirkli

Антонимы

  • KİRLİ KİRLİ – TƏMİZ İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı (Mir Cəlal); Sütuna vurduğu mıxdan tiftikli təmiz məhrəba asmışdı (
KİRLƏTMƏK
KİRLİK
OBASTAN VİKİ
Kirli Əhməd Paşa
Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.
Kirlian
Semyon Davidoviç Kirlian (rus. Семён Давидович Кирлиан; 20 fevral 1898, Krasnodar – 4 aprel 1978, Krasnodar) — rusiyalı ixtiraçı-mühəndis. Kirlian effekti ilə bağlı tədqiqatlar aparmışdır.
Kirlian effekti
Kirlian effekti — dəyişən yüksək tezlikli (10 - 100 kHz) elektrik sahəsinə yerləşdirilmiş canlı və ya cansız obyektlərin səthində elektrik boşalması nəticəsində müşahidə olunan 5-30 kV-luq şüalanma. Metod, bu effekti tədqiq etmiş rus mühəndisi Semyon Davidoviç Kirlianın (1898-1978) şərəfinə adlandırılmışdır. Lakin bənzər təcrübələr XIX əsrin sonlarında Y.O.Narkeviç-Yodko və Nikola Tesla tərəfindən də aparılmışdır. == Həyat enerjisi == Canlı orqanizmlər üçün şüalanmanın intensivliyi və quruluşu orqanizmin elektrik keçiriciliyindən, psixo-emosional vəziyyətindən, ürək-damar sisteminin fəaliyyətindən asılıdır. Bu xüsusiyyət Kirlian tərəfindən canlı və ya cansız bütün hər şeyin "həyat enerjisi"nə, "aura"ya sahib olmasının bir sübutu kimi irəli sürülürdü. Bu iddianı təsdiq edən fakt kimi bitki yarpağının bir hissəsi kəsilsə də, kirlian fotoşəkillərində yarpağın sanki kəsilməmiş kimi, bütöv halda şüalanmasını davam etdirməsi göstərilirdi. Bu da S.Kirlianın fikrincə, "şüalanmaların obyektlərin məlum olan fiziki xüsusiyyətlərindən irəli gəlmədiyini isbat edən bir dəlil kimi qəbul edilməlidir". Lakin fotoqrafiyanın nəticələri dəyişkəndir və təkrarlanan eksperimentin tezliyi artırıldıqda şüalanma daha tutqun, parlaq və intensiv olur ki, bu da alınan fotoşəkillərin tam aydın anlaşılmasına imkan vermir. == Kəşfin tarixi == Kəşf Semyon Kirlian tərəfindən 1939-cu ildə edilsə də, onu təsdiq edən müəlliflik şəhadətnaməsini 1949-cu ildə almışdır. Bu kəşf əvvəllər "elektroqrafiya", "elektrofotoqrafiya" adlarıyla məlum olan texnikanın yenidən tanınmasını təmin etdi.
Kirlian fotoqrafiyası

Semyon Kirlian
Semyon Davidoviç Kirlian (rus. Семён Давидович Кирлиан; 20 fevral 1898, Krasnodar – 4 aprel 1978, Krasnodar) — rusiyalı ixtiraçı-mühəndis. Kirlian effekti ilə bağlı tədqiqatlar aparmışdır.

Значение слова в других словарях