Kirs (Qafan)
Kirs (erm. Քիրս; hal-hazırkı adı: Kitsk erm. Կիցք) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.
1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayı) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir.
== Ümumi məlumat ==
1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər.
1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi.
Kənddəki qədim dövrə aid olan qəbiristanlıq
, qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir.
== Əhalisi ==
Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.