Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qərdaya
Qərdaya (ərəb. غرداية‎) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayət və rayonun inzibati mərkəzi. 2005-ci ilin məlumatına görə, əhalisi 120 min nəfərdir. Şəhər Böyük Səhranın şimal kənarında, Mzab vəhasında yerləşir. Kəskin kontinental iqlimə görə, Qərdaya gecə 0 ° C-dən gündüz +46 ° C-ə qədər temperaturun düşməsi ilə xarakterizə olunur. Qum fırtınaları martdan may ayına qədər müşahidə olunur. Bununla belə, bəzən məsələn, 2008-ci ilin oktyabrında uzun sürən yağışlar nəticəsində daşqınlar baş verir. Mzab vahəsində yerləşən Qərdaya 1048-ci ildə Uarqladan, sünnilərin dini təqiblərindən qaçan ibadi qaçqınları tərəfindən qurulmuşdur. Orta əsrlərdə burada ağ və qırmızı kərpic ilə tikilmiş tikililər mövcuddur. Onların bir çoxundan bu gün də yaşayış binası kimi istifadə olunur.
Çəhrayı
Çəhrayı — rəng çalarlarından biridir. Hex dəyəri "#FFC0CB", RGB dəyəri "255, 192, 203"ve CMYK dəyəri "0, 25, 20, 0" dır. Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.
Çarqaya dağı
Çarqaya dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Arpadərəçay-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 2 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili sinklinalın nüvgə hissəsində yerləşir.
Çəhrayı alma
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Çəhrayı birəotu
Çəhrayı dovşanalması
Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır. Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır. Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil.
Çəhrayı film
Çəhrayı film (yap. ピンク映画, Pinku eiga or Pink eiga, ing. Pink film) — Yapon Yumşaq pornoqrafiya janrlı teatr filmidir. Bu janrda çəkilən filmlər ilk dəfə 1960-cı illərdən başlayaraq çəkilmişdir. Xüsusilə, Yaponiyada bu janrın köməyi ilə "Çəhrayı film"lər çəkilməyə başlanmışdı. 1971-1982-ci illərdə Yaponiyada ikinci bir yeni dalğa Nikkatsu Roman pornoqrafiya filmləri çəkilmişdir. Bu janrdan hal-hazırda istifadə edilir. Bu janrın təsiri altında Nikkatsu Roman pornoqrafiya, Qızılgül filmi, Çəhrayı zorakı film, Güclü zorakı film kimi janrlar yaranmışdır.
Çəhrayı göl
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Çəhrayı göllər
Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir.
Çəhrayı gülxətmi
Çəhrayı gülxətmi (lat. Alcea rosea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. Çəhrayı bəlğəmotunun hündürlüyü 2-2,5 metrə qədər çata bilir. Ağ, çəhrayı, bənövşəyi, sarı, qırmızı çiçəkləri ola bilər. Çiçəkləri xətli ya da ləkəli ola bilir. Geniş və yumru yarpaqları ürək formasındadır. Günəşli, küləksiz yerlərdə yaxşı inkişaf edir. Gilli və qida maddələrin tərəfindən zəngin, yaxşı gübrələnilmiş torpaqları sevir. ilıq iqlimlərdə, iyun-avqust sonuna qədər çiçəkli qalır. Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.
Çəhrayı qağayı
Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şimal yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi Sibir və Qrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
Çəhrayı qıfotu
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Çəhrayı rəng
Çəhrayı — rəng çalarlarından biridir. Hex dəyəri "#FFC0CB", RGB dəyəri "255, 192, 203"ve CMYK dəyəri "0, 25, 20, 0" dır. Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.
Çəhrayı sovka
Çəhrayı soğan
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Çəhrayı susüpürən
Çəhrayı susüpürən (lat. Sterna dougallii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Çəhrayı həyat
Çəhrayı həyat (fr. La Vie en rose) – Fransada "La Môme" adıyla satışa çıxarılmış (La Môme ifadəsi fransızca "Balaca quşcığaz" anlamına gəlir ki, bu da Edit Piafın ilk dövrlərdə tanındığı ad olmuşdur.) Kanada – Fransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən, ssenari müəllifi və rejissoru Olivier Dahan olan bioqrafik film. Filmin adı Edit Piafın vaxtilə daşıdığı ləqəbdən götürülmüşdür. Filmdə Edit Piaf rolunu, bu roldan sonra məşhurlaşmış Marion Kotillard canlandırmışdır. Film Ən Yaxşı Aktrisa nominasiyası da daxil olmaqla beş nominasiyada Sezar mükafatı əldə etmişdir. Eyni zamanda Kotillard oynadığı rola görə Oskar mükafatı əldə edərək ilk dəfə Oskar mükafatının fransız dilli rola görə verilməsinə səbəb olmuşdur. O, eyni zamanda, ilk fransız aktrisası olmuşdur ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə etmişdir. Film eyni zamanda birdən çox Oskar mükafatı qazanan ilk fransız filmi olmuşdur. Film məşhur müğənni Edit Piafın həyatından bəhs edir. Filmin ilk səhnələrində Piaf səhnədə oxuyan vəziyyətdə təsvir edilir.
Çəhrayı Ermənistan
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir. "Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.
Çəhrayı katarantus
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Cerdana
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Ceruana
Ceruana (lat. Ceruana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceruana pratensis Forssk.
Mərhaba həyat (teleserial)
Mərhaba həyat — Türkiyənin Fox (Türkiye) telekanalında nəşr olunmuş teleserial. 13 fevral 2013 tarixində sona çatmışdır. Həkim Dənizin Ankaradakı müvəffəqiyyətli karierinə son verərək İstanbuldakı bir doğum klinikasında işə başlayır. Yaşadığı bir hadisə Dənizin çalışdığı xəstəxana ilə ipləri kopartmasına və universitetdən yaxın yoldaşının İstanbuldakı klinikasında işi qəbul etməsinə səbəb olar. Dənizin indi doğulub böyüdüyü İstanbula, evim dediyi şəhərə geri dönməsi, klinikteki yeni iş yoldaşlarıyla birlikdə işi öyrənməsi, hər gün yeni xəstələrə həyat verməyə çalışması lazım olacaq. Həyatla mübarizəsi gənc yaşda başlayan bu cəsur qadının, özünə uzadılan kömək əlini itələmə tutmağı öyrənməsi asan olmayacaq. Ölümlə həyatın, dostluqla aşan bir-birinin içinə keçəcəyi bu yeni səfərdə Dənizin kompası həmişə həyatı gösterecekken, gün gələcək dostluqla eşq arasında bir seçki etməsi lazım olacaq. Bu seçkilərdən sonra heç bir şey nə Deniz nə Kliniği işçiləri nə də ən yaxınları üçün köhnəsi kimi olmayacaq.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.
Çəhrayı Panter (personaj)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Çəhrayı Panter (xarakter)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Ceraia
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Merhaba Həyat