KODEİN

[ yun. ] əcz. Toz şəklində öskürək dərmanı.
KODAL
KODEKS
OBASTAN VİKİ
Kodein
Kodein (metilmorfin) — tiryəkin əsas alkaloidlərindən biri olub, tibbdə analgetik, öskürəkkəsici və ishal əlehinə vasitə kimi istifadə edilir. Tiryəkin tərkibində 0,2–2% kodein vardır. Hind tiryəkinin ayrı-ayrı çeşidlərində kodeinin miqdarı 6%-ə çatır. Kodein çox güclü əsasdır, suda, etil spirtində, xloroformda, dietil efirində və duru turşu məhlullarında yaxşı həll olur, qələvi məhlullarda isə həll olmur. == Tarixçəsi == Kodein qədim yunan mənşəli söz olub κώδεια (kṓdeia) "xaşxaş başı" mənasını verir. İlk dəfə 1832-ci ildə Fransız kimyaçı Pierre-Jean Robiquet tərəfindən tiryəkdən ekstraksiya edilərək alınmışdır. == Alınması == Kodein təbii mənbəyi olan tiryəkdən ekstraksiya yolu ilə alınsa da əsasən morfinin o-metilləşəməsi prosesi ilə sintez edilir. Kodeinin morfindən sintezi ilk dəfə 20-ci əsrin sonlarında Robert C.Corcoran və Junning Ma tərəfindən tamamlanmışdır. == İstifadəsi və təsirləri == Kodein tibbdə daha çox əsas, fosfat və sulfat duzu şəklində işlənir. Orqanizmə göstərdiyi təsirə görə morfinə bənzəyir.

Значение слова в других словарях