KOMBAYNÇI is. Kombayn işlədən fəhlə, kombayn sürən. Kombaynçı ixtisası. Kombaynçıların yarışı. – Kombaynçı mat-məəttəl kolxoz sədrinə və qaya kimi lal-kar duran kombayna baxırdı. Ə.Əbülhəsən. [Sevinc Sonaya:] …Taxılbiçən bir kombaynçı … biçin yerini öyrənməmiş işə başlamır. Z.Xəlil.