kombinezonlu
komediyaçı
OBASTAN VİKİ
Komediya
Komediya və ya məzhəkə — dramatik və ədəbi növ, həmçinin kinojanr, məcazi mənada – gülməli əhvalat, hoqqabazlıq, oyunbazlıq və s. İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Komediyada gülüş, yumor və satira xarakteri daşıya bilər. Vodevil, fars (ədəbi janr), musiqili komediya, tragikomediya və s. janrları var. Komediya sənətinin mənşəyi Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən xalq şənliklərindən və tamaşalarından başlanır. Klassik komediyanın ən yaxşı nümunələrini Aristofan, Menandr, Vilyam Şekspir, Lope de Veqa, Jan Batist Molyer, Pyer Bomarşe, K. Qoldoni, Bernard Şou, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov və başqaları yaratmışlar. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun adı ilə bağlı olan komediyanı Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Sabit Rəhman, Mirzə İbrahimov və başqaları inkişaf etdirmişlər.
Ekssentrik komediya
Ekssentrik komediya—Kino komediyanın janrlarından biri. == Ekssentrik komediya haqqında == "Screwball" (Ekssentrik komediya) komediyanin bir alt janrıdır. Ən populyar və uzun müddətli film janrlarından biri olan "screwball" 1934-cü ildə ərsəyə gələn "Bir gecədə" ("It Happened One Night") filmi ilə məşhurlaşdı. Bir çox tənqidçiyə görə, klassik dövrün 1940-cı illərin sonlarında bitməsinə baxmayaraq , əsas hissələri daima saxlanılıb. "Screwball"ın xarakteristik xüsusiyyətlərini müəyyən edən hər hansı bir qayda-qanunların olmamasına baxmayaraq, bu janrla kateqoriya edilmiş filmlər ümumilikdə gülməli səhnələr, şişirdilmiş hərəkətlər və gülünc vəziyyətlərə düşülmə və vəziyyətdən hazırcavablılıqla çıxma, birini sevib sonluqda evlənmə və yaxud təkrarən başqası ilə evlənmə tipli mövzulardan ibarətdir. Kino tənqidçi Endryu Sarris bu janrı "səhnələrdə seks olmayan seks komediyası" kimi adlandırmışdı. "Screwball" teatral komediya ilə yaxından əlaqəlidir, ayrıca bəzi komedik əsərlər də "screwball" olaraq tanınır. Janrın bir çox xüsusiyyətinin əsası Şekspirin "Heç bir şeydən çox söz" ("Much Ado About Nothing"), "Sənin sevdiyin kimi" ("As You Like İt") və "Qızmar yay gecəsinin xəyalı" ("A Midsummer Night's Dream") kimi pyesləri və Oskar Uayldın "Ciddi başlanğıcın mahiyyəti" ("The İmportance of Being") adlı əsərinə qədər gedib dayanır. "Screwball" ilə əlaqəli digər janrlar isə belədir: "slapstick", "sitcom" və "romantik komediya". Xüsusiyyətləri.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Komediya filmi
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Qara komediya
Qara yumor — xəstəlik, fiziki qüsurlar, seksuallıq, cinayət, din, müharibə, zorakılıq kimi ciddi və kütlənin yüksək həssaslıq göstərdiyi mövzuları hədəfə alır və gülüş obyektinə çevirir. Bütün absurdluq, gülüş və yumora baxmayaraq, janr öz ciddiliyini də qoruya bilməlidir. Deyimi ilk dəfə 1935-ci ildə Andre Breton Conatan Sviftin yaradıcılığı haqqında işlədib. Baxmayaraq ki, Breton 1940-cı ildə "Qara yumorun antologiyası" adlı kitab yazmışdı, bu termin yalnız 1960-cı illərdə ümumi işlək hal aldı. Deyim Vladimir Nabokov,Nathanael West,Joseph Heller kimi yazıçıların yaradıcılıq işlərini təsvir etmək üçün işlədilirdi. Hellerin "Catch-22" əsəri buna misal ola bilər. Viktoriya dövründə uşaq ölümlərinin yayğınlaşması, uşaqların ölüm anlayışı ilə erkən tanışlığına səbəb olurdu ki, bu da dövr yazıçılarını ölümü uşaq ədəbiyyatı üçün "qadağan olunmuş mövzu" olmaqdan çıxarmağa ruhlandırırdı. Bu dövr uşaq ədəbiyyatçıları real hadisələri yüngül, qəbul olunan dərəcədə qələmə almağı bacardılar. Bu dövrdə yazılmış iki əsər bu mövzuya toxunur — alman yazıçı Heinrich Hoffmannın "Der Struwwelpeter" kitabı və Karlo Kollodinin "Pinokyonun məcaraları". Hər iki əsər yumor dili ilə yazılsa da, həm də həmin dövr oxuyucularının dəhşət hissinə qapılmasına da səbəb olmuşdular.
Romantik komediya
Romantik komediya filmi əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur. Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir. Romantik komediya filmləri komediya filmləri və romantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər. Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.
Xəsis (komediya)
Xəsis (fr. L'Avare) — məşhur fransız dramaturqu Molyerin komediya janrında yazdığı beş pərdəli əsəridir. İlk dəfə 1668-ci ildə Pale-Royal teatrında səhnələndirilmişdir. Əsərin məzmunu Plavtın "Aulularia" pyesindən ilhamlanaraq alınmışdır. Harpaqon (fr. Harpagon) — Kleant və Elisin atası, Mariana aşiq Kleant (fr. Cléante) — Harpaqonun oğlu və Marianın sevgilisi Elis (fr. Élise) — Harpaqonun qızı və Valerin sevgilisi Valer (fr. Valère) — Anselmin oğlu və Elisin sevgilisi Marian (fr. Mariane) — Kleantın sevgilisi və Harpaqonun sevdiyi Anselm (fr.
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
Faciəvi komediya (janr)
Faciəvi komediya — film janrlarından biri. Belə filmlər adətən izləyicini həm güldürür, həm də düşündürür. Belə filmlərdə komediya ilə yanaşı faciə də yaşanır. həm komediya, həm də faciə əlamətləri olan dramatik bir əsər. Geniş mənada — gülməli və faciəli (kiçik) birləşdirən hər hansı bir ədəbiyyat, səhnə və vizual sənət sahəsi. == Tarixi == Faciəvi komediyanın xüsusiyyətləri Evripiddə mövcud idi; bir janr olaraq, tragikomediya qədim Romada geniş yayılmış, uzun müddət unudulmuş və yalnız İntibah dövrünün sonunda yenidən canlanmışdır. Şair və nəzəriyyəçi Battista Quarini 1601-ci ildə Tragikomik şeir məcmuəsində (it. Compendio clella poesia tragicomico) yazırdı: Faciəvi komediya yazarı, yüksək səviyyəli qəhrəmanların faciəsindən götürür, lakin böyük hadisələri deyil, inandırıcı, lakin tarixi bir hekayə xəttini deyil, hisslərin həyəcanını, lakin onların şokunu, zövqünü (faciəyə xas olan) deyil, qaranlığını deyil, təhlükə, ancaq ölüm olmadan; komediyadan gülür, amma həddindən artıq deyil, təvazökar əyləncə, uydurma komplikasiyalar, xoşbəxt sonluq, amma əsasən komik əhval. Kinonun inkişafı ilə (Çarlz Çaplindən başlayaraq) faciəvi komediya, komediya texnikasını faciəli (dramatik) məzmunla birləşdirən kinematik əsərlər, melanxolik qeydlər kimi başa düşülməyə başladı. Pantomimada, sirk sənətində faciəvi komediya obrazları yaratmağın tanınmış ustaları vardır.
Faciəvi komediya filmi

Komediya (film janrı)
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Musiqili Komediya Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. == Yazılışı və sonrakı taleyi == Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Danabaş kəndinin müəllimi (komediya)
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Faciəvi komediya (film janrı)
Faciəvi komediya — film janrlarından biri. Belə filmlər adətən izləyicini həm güldürür, həm də düşündürür. Belə filmlərdə komediya ilə yanaşı faciə də yaşanır. həm komediya, həm də faciə əlamətləri olan dramatik bir əsər. Geniş mənada — gülməli və faciəli (kiçik) birləşdirən hər hansı bir ədəbiyyat, səhnə və vizual sənət sahəsi. == Tarixi == Faciəvi komediyanın xüsusiyyətləri Evripiddə mövcud idi; bir janr olaraq, tragikomediya qədim Romada geniş yayılmış, uzun müddət unudulmuş və yalnız İntibah dövrünün sonunda yenidən canlanmışdır. Şair və nəzəriyyəçi Battista Quarini 1601-ci ildə Tragikomik şeir məcmuəsində (it. Compendio clella poesia tragicomico) yazırdı: Faciəvi komediya yazarı, yüksək səviyyəli qəhrəmanların faciəsindən götürür, lakin böyük hadisələri deyil, inandırıcı, lakin tarixi bir hekayə xəttini deyil, hisslərin həyəcanını, lakin onların şokunu, zövqünü (faciəyə xas olan) deyil, qaranlığını deyil, təhlükə, ancaq ölüm olmadan; komediyadan gülür, amma həddindən artıq deyil, təvazökar əyləncə, uydurma komplikasiyalar, xoşbəxt sonluq, amma əsasən komik əhval. Kinonun inkişafı ilə (Çarlz Çaplindən başlayaraq) faciəvi komediya, komediya texnikasını faciəli (dramatik) məzmunla birləşdirən kinematik əsərlər, melanxolik qeydlər kimi başa düşülməyə başladı. Pantomimada, sirk sənətində faciəvi komediya obrazları yaratmağın tanınmış ustaları vardır.
Komediya səhnəsi (veriliş, 2009)
== Məzmun == Veriliş kiçik komik səhnəciklərdən ibarətdir. == Veriliş haqqında == Verilişin efir günü : Çərşənbə axşamı == Verilişin heyəti == === Verilişin üzərində işləyənlər === Aparıcı: Əkbər Əlizadə Rejissor: Tural Əzizov (Tural Əzizov kimi) Prodüser: M. Yaşar Asarkaya Redaktor: Pərvanə Kəlbəliyeva Bədii rəhbər Tural Əzizov (Tural Əzizov kimi) Ssenari Tural Əzizov (Tural Əzizov kimi) Proqram rəhbəri: Ahmet Gül === Rollarda === Fərman Şəkili (Fərman Abdullayev kimi) Naibə Allahverdiyeva Xanlar Həşimzadə Natiq Fərzəliyev (Natiq Aslan kimi) Tural Əzizov Ədalət Əbdülsəmədov (Ədalət Abdulsəmədov kimi) Nuriyyə Əhmədova Füzuli Qərənizadə == Sitatlar == Musiqi müəllimi: Mən indi sizin səsinizi yoxlayacam xanım... Bax bu do major qammadı... Sponsor: Ə saxlaa!!! Ə nətəər yəni qanmadı? Sən nə dedin ki, o qanmadı? Ə, sən ağzıvı açdın?
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. == Yaranma tarixi == Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Ər və arvad (musiqili komediya)
Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. "Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir.
Komediyaçı
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.

Значение слова в других словарях