KONSENTRİK

[ lat. con – birgə və centrum – mərkəz] riyaz. Ümumi mərkəzli, ümumi mərkəzi olan.
KÓNSENTRAT
KONSENTRİKLİK
OBASTAN VİKİ
Konsentrik günəş elektrik stansiyası
Konsentrik günəş elektrik stansiyası, qısaca KGES, (eng. Concentrated Solar Power) günəş şüaların linzalar ya da güzgülərin köməyi ilə konsentrasiyasi zamanı yaranan istilik enerjisindən buxarı yaradaraq turbinləri fırlatmaq nəticəsində elektrik enerjini istehsal edən bir Günəş Elektrik Stansiyasının (GES) növüdür. Bu stansiyaların əsas fərqlənmə xüsusiyyətləri ondan ibarətdir ki, geniş sahəyə düşən günəş şuaları güzgü və ya linzaların vasitəsi ilə bir obyektə yönəldərək istilik enerjisini daha sonra elektrik enerjisinə çevirir. 2017-ci ilin məlumatına görə, konsentrik günəş elektrik stansiyaların toplam quraşdırılmış gücü ümumdünyaa günəş elektrik stansiyaların gücündün 2% dan az təşkil edir. Elektrik enerjisinin istehsalında bu tipli texnologiya adi fotovoltaik günəş panellərdən daha az effektivdir. Buna səbəb KGES-lərin buludlu havada işləməməsi, günəş şüaların düşmə bucaqın dərəcəsindən (90° dərəcə ən optimal sayılaraq) aslılıq, və səthdə tutduğu böyük sahə (alçaq güc sıxlığı) kimi mənfi cəhətləri yada salmaq olar. Lakin, fotovoltaik panellər həm də diffuziv radiasiyasından enerji əldə edə bilərlər. Hal-hazırda KGES texnologiyası üzrə cəmi quraşdırılmış gücə görə İspaniya liderliyi tutur. == Texnologiyası == Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.

Значение слова в других словарях