KONSPÉKT

[ lat. conspectus – xülasə] Bir mühazirənin, məruzənin, nitqin, əsərin məzmununun qısaca xülasəsi, qeydi. Konspekt tutmaq. Mühazirələrin konspekti. Konspektdən istifadə etmək.
– Mədəd oxuduğunun konspektini çıxartdı. Ə.Vəliyev.

KONSÓRT
KONSPİRÁSİYA

Значение слова в других словарях