koryuşka
kos-kos
OBASTAN VİKİ
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Kos-e-Dyej
Kos-e-Dyej (fr. Causse-et-Diège, oks. Causse e Diège) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12257. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 422 nəfərdən (15-64 yaş) 314 nəfəri iqtisadi cəhətdən fəal, 108 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 66.5%) idi.
Azərbaycan-Kosovo futbol matçlarının siyahısı
07.09.2018 Bakı AMK Azərbaycan – Kosovo 0:0
Azərbaycanda kosmetika
Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər. Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir. Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi.
Azərbaycanın kosmik proqramı
Azərbaycanın kosmik proqramı — Azərbaycan hökumətinin Azərbaycanın kosmik qabiliyyətlərini inkişaf etdirmək işi. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilib. 2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb. Azərbaycanda kosmos səyahətinə elmi maraq, hələ İkinci Dünya müharibəsindən var idi. 1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycan SSR-də astronomik ekspedisiyaların aparılması məsələsi qərara alınmışdır. Bu məqsədlə 1930-cu ilin iyul-avqust aylarında həmin institutun əməkdaşları A. V. Markov və V. B. Nikonov, Azərbaycan elm cəmiyyətinin əməkdaşı İ. A. Benaşvili ilə birlikdə Xankəndi, Şuşa və Laçın rayonları ərazisində astroiqlimi öyrənmiş, lakin buludsuz gecələrin sayının kifayət qədər olmaması onları bu fikirdən daşındırmışdır. Nəticədə, astronomik müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycanın digər dağlıq rayonlarında müşahidələr davam etdirimə qərarı verilmişdir. Lakin yerli kadrların olmaması uzunmüddətli müşahidə işini təşkil etməyə imkan vermədi. 1938-ci ildə Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirən Həbibulla Məmmədbəylinin Bakı Dövlət Universitetində astronomiyanın ana dilində tədrisi, bu sahədə dərsliklərin hazırlanması, astronomiyanın geniş təbliği və 1946–1949-cu illərdə onun rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarında (Kəlbəcər, Xızı, Daşkəsən, Şamaxı və s. ərazilərdə) apardığı ekspedisiyalar respublikada gələcək rəsədxananın yerinin seçilməsinə və astronomiya sahəsində mütəxəssislərin formalaşmasına kömək etmişdir.
Azərbaycan–Kosovo münasibətləri
Azərbaycan–Kosovo münasibətləri — Azərbaycan Respublikası ilə Kosovo Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Kosovonun müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil. 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan etmiş və bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanımışdır. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanmışdır. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü təmsil etdiyi dövlətin mövqeyini belə açıqlamışdır: "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur". Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərmişdir. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarı ilə geri çağırılmışdır. Aprelin 15-də taqım Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının 20 oktyabr 1999-cu il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu Görev Küvvəti tərkibində Kosovoya gedəcək Azərbaycan taqımının fəaliyyətinə dair 1999-cu il iyulun 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilmişdir.
Azərbaycan–Kosta-Rika münasibətləri
Azərbaycan–Kosta-Rika münasibətləri — Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Kosta-Rika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin yanvar ayının 15-də qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kosta-Rika Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kosta-Rika Respublikasına da akkreditə olunmuşdur. Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır. Həmin sənəd iki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanmış "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumudur.
Açıq kosmosa çıxış
Açıq kosmosa çıxış (AKÇ) — astronavtın Yerin nəzərəçarpacaq atmosferindən kənarda kosmik gəmidən kənarda etdiyi hər hansı fəaliyyət. Normalda bu termin Yer ətrafında fırlanan gəmidən (Beynəlxalq Kosmik Stansiya kimi) kənarda kosmos gəzintisinə aiddir. Bununla belə, AKÇ 1969–1972-ci illərdə Apollon proqramında altı cüt amerikalı astronavt tərəfindən yerinə yetirildiyi kimi Ay səthinin tədqiqinə (ümumiyyətlə ayda gəzinti kimi tanınır) aiddir. Natamam AKÇ (NAKÇ) astronavtın kosmik gəmini tam tərk etmədiyi vəziyyətə aiddir. Bu ad adətən kosmosa çıxan astronavtı qeyd etmək və ya ona kömək etmək üçün açıq lyukda "ayaqda duran" astronavtdan irəli gəlir. Sovet İttifaqı/Rusiya, ABŞ, Kanada, Avropa Kosmik Agentliyi və Çin AKÇ-ları həyata keçirib. 18 mart 1965-ci ildə Aleksey Leonov Vosxod 2 missiyası zamanı 12 dəqiqə 9 saniyə ərzində kapsuldan çıxaraq kosmosa çıxan ilk insan oldu. 20 iyul 1969-cu ildə Neil Armstronq Apollon 11 -də Ayın eniş aparatının xaricində 2 saat 31 dəqiqə ərzində ay gəzintisini həyata keçirən ilk insan oldu. Son üç Ay missiyasında astronavtlar Yerə qayıdarkən kosmik gəminin kənarından film qablarını çıxarmaq üçün AKÇ-ları da həyata keçirdilər. Amerikalı astronavtlar Pit Konrad, Cozef Kervin və Pol Veyts də 1973-cü ildə ABŞ-nin ilk kosmik stansiyası olan Skylab-da uçuş zamanı baş verən zədələri aradan qaldırmaq üçün AKÇ-dan istifadə etdilər.
Ağır planetlərarası kosmik gəmi
Ağır planetlərarası kosmik gəmi (abr. APKG; rus. Тяжелый Межпланетный Корабль, translit. Tyajelıy Mejplanetnıy Korabl, abr. TMK) — Sovet Sosialist Respublikaları İttifaqında 1960-cı illərdə hazırlanmış kosmik gəmi layihəsi. Hansı ki, əsas hədəfi çox illik kosmik ekspedisiyaların və kosmonavtların Günəş sistemi daxil olan yaxın planetlərə enişinin təşkili (Mars və gələcəkdə Venera) olmuşdur. Gəminin Marsa buraxılışı 8 iyun 1971-ci ilə, qayıdışı isə 10 iyul 1974-cü ilə planlaşdırılırdı. OKB-1 bölməsində Mixail Klavdieviç Tixonravovun rəhbərliyində Marsa uçuş üçün gəmilərin müxtəlif variantları nəzərdən keçirildi. Araşdırmalar başda Qleb Maksimov və Konstantin Feoktistov olmaqla iki dizayner qrupu tərəfindən paralel olaraq icra edildi. Qkeb Maksimovun hazırladığı layihə o vaxt mövcud olan vasitələrlə proqramın nisbətən tez həyata keçirilməsinə yönəlmişdi.
Aşağı Kosalar (Qoşaçay)
Aşağı Kosalar (fars. كوسه لرسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 501 nəfər yaşayır (125 ailə).
Aşıq Aslan Kosalı
Aşıq Aslan Kosalı (15 avqust 1929, Kosalı, Qarayazı rayonu – 4 dekabr 2014, Kosalı, Kvemo-Kartli) — Gürcüstanın ustad aşığı. Aşıq Aslan Kosalı (Mirzəyev) 1927-ci il avqustun 15-də Qardabani rayonu (Qarayazı mahalı) Kosalı kəndində (Dəmiçi Hasanlı) Tağarlı (Taharlılar) nəsli Mirzə Musa oğlunun ailəsində dünyaya göz acıb. 1935-ci ildə atasını itirən Aslan qardaşları Aydın və Zakirlə yetimlik həyatının acılarını yaşamışdır. 4 dekabr 2014-cü ildə vəfat etmişdir. Borçalı İctimayi Cəmiyyətinin rəsmi veb saytı: Aşıq Aslanın 80 illik yubiley tədbiri Kosalı kəndi – Fotoreportaj Azərbaycan Aşıqlar Birliyi: Aşıq Aslan Kosalı Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Vahid Ömərli, "Aşıq Aslan Kosalının Ozan Dünyası", Bakı- "AVROPA" nəşriyyatı, 2009, 185 s.
Baykonur kosmodromu
Baykonur kosmodromu — SSRİ-nin, indi isə Rusiya Federasiyasının kosmodromu. Qazaxıstan Respublikasının Karaqanda vilayətindədir. Kosmik tədqiqatlar proqramını həyata keçirmək üçün Baykonurda start kompleksləri, ölçmə məntəqələri və s. var. 1955-ci ildə açılmışdır. Yerin ilk süni peyki Baykonurdan buraxılmış (1957), ilk kosmonavt Yuri Qaqarin (1961) kosmosa buradan uçmuşdur. Baykonur kosmodromu Qazaxıstan tərəfindən Rusiyaya 1994-cü ildə icarəyə verilib. Tərəflər arasında bağlanılmış icarənin müddəti 2050-ci ilə qədər hesablanıb. Hazırda Baykonur Rusiyanın tabeliyindədir və federal əhəmiyyətli statusu daşıyır. Rusiya Qazaxıstanın Baykonur kosmodromunun illik icarə haqqına görə 115 milyon dollar ödəyir.
Beynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
Beynəlxalq Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Beynəlxalq insanın kosmosa uçuşu günü
Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü (ing. International Day of Human Space Flight) — BMT-ın sülh hədəflərində kosmik sahədən istifadədə Beynəlxalq əməkdaşlıq Baş məclisinin 65-ci sessiyasının qərarı üzrə 12 apreldə Kosmosa İnsanın Uçuşunun Beynəlxalq Günü elan edilmişdir və hər il beynəlxalq səviyyədə qeyd edilir. Bu günün keçirilməsi tarixi 12 aprel 1961-ci ildə Yuri Qaqarinin "Vostok-1" gəmisində kosmosa ilk uçuşuna görədir.
Beynəlxalq kosmik hüquq
Beynəlxalq kosmik hüquq — insanların kosmosla əlaqədar olan fəaliyyətlərini tənzimləyən bütün hüquqi institutlardır. Kosmik hüquq, ümumi beynəlxalq hüquq kimi, müxtəlif beynəlxalq müqavilələrdən, konvensiyalardan, BMT-nin GKO qətnamələrindən və beynəlxalq təşkilatların qaydaları və qanunlarından ibarətdir. “Kosmos Qanunu” termini, BMT-nin fəaliyyətləri nəticəsində qanuni qüvvəyə minmiş beş ayrı beynəlxalq müqaviləni və bu müqavilələrin müəyyən etdiyi bütün qayda və qanunları əhatə edir. Bundan əlavə, bir çox dövlət kosmik qanunla əlaqəli fəaliyyətlərini tənzimləyən “Milli Kosmik Qanunları”nıda tətbiq etmişdir. Kosmik hüquq çərçivəsində nəzərdən keçirilən bəzi vacib məsələlər arasında; Yer üzündə və kosmosda ətraf mühitin mühafizəsi, kosmik obyektlərin vurduğu ziyana görə məsuliyyət, mübahisələrin həlli, astronavtların xilası ilə bağlı fəaliyyətlər, kosmosdakı potensial təhlükələr barədə məlumat mübadiləsi, kosmik texnologiyaların istifadəsi və beynəlxalq əməkdaşlıq qaydalarını nümunə göstərmək mümkündür. Bu sahə həm də kosmosla əlaqəli fəaliyyətlərin əsas prinsiplərini müəyyənləşdirmişdir. Bu prinsiplər arasında kosmosun bütün bəşəriyyətin xidmətində olan bir ərazi kimi tərifi, dövlətlər arasında ayrı-seçkilik qoyulmadan kosmosun kəşfi və istifadəsi, həmçinin kosmik məkanın suverenliyi kimi əsas prinsiplər mövcuddur. Kosmosun kəşfi və hökumətlər tərəfindən istifadəsi 1957-ci ildə ilk süni peykin kosmosa buraxılması ilə başlamışdır. Kosmik yarış adlanan bu dövrün başlanğıcı ilə, digər ölkələr kosmosun dinc məqsədlər üçün istifadə olunduğundan əmin olmaq üçün mübahisələrə başladılar. Bu müzakirələr ABŞ və SSRİ-nin bu məsələnin müzakirə və qərar qəbul edilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatına təqdim etməsi ilə nəticələndi.
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Birinci Kosovo döyüşü
Birinci Kosova döyüşü (serb. Косовска битка və ya serb. бој на Косову; türk. Kosova Meydan Muharebesi) — 1389-cu ildə baş verən, Osmanlı imperiyası ən böyük quru döyüşlərindən biri. Döyüş Kosovo çölü ərazisində, müasir Priştina şəhərinin 5 kilometrliyində baş vermişdir. Çirmən döyüşündən sonra osmanlılar öz vassal dairələrini genişləndirdilər, Egey dənizi sahillərində olan şəhərlərə və əhəmiyyətli nəqliyyat marşrutlarına itaət etdilər. 1383-cü ildə onlar Serons və ətraf əraziləri tutaraq Salonikiyə yaxınlaşdılar. Bundan sonra da, əşyalarını təhdid edərkən və monastırlarını məhv etməyə çalışdıqları Athos monastırlarından keşişlər yaxınlaşdılar. Gelibolu yarımadası vasitəsilə Osmanlılar Kiçik Asiya ilə təmas qurdular və Venesiya və Genuya ilə əlaqələr qurdular. Onlar bir zamanlar güclü Bizans imperiyasının qalıqları üzərində bir-birinə qarşı düşmənçilikdə olublar.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur. COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu (ing. United Nations Office for Outer Space Affairs (UNOOSA)), kosmosun dinc məqsədlərlə istifadəsi üçün beynəlxalq əməkdaşlıqdan məsul olan Birləşmiş Millətlər Təşkilatının bürosudur. Bu şöbə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinin beynəlxalq kosmik hüquqa dair öhdəliklərini yerinə yetirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda xüsusi maraq göstərən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) katibliyi vəzifəsini də yerinə yetirir. Mərkəzi, Avstriyanın Vyana şəhərindəki Birləşmiş Millətlər Təşkilatının binasında yerləşir. UNOOSA, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platformasını (UN-SPIDER) idarə edir.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Ceyms Kosmo
Ceyms Kosmo (ing. James Cosmo; 24 may 1948, Şotlandiya) — Şotlandiya aktyoru.
Columbia Kosmik Gəmisi
Columbia Kosmik Gəmisi kosmosa çıxan ilk kosmik gəmidir. İlk tapşırığında gəmidə yalnız 2 nəfər astronavt idi. Bu iki astronavtın adları John W. Yanq və Robert L. Ciripendi. İlk uçuş (STS-1) tapşırığında 2 astronavt kosmik yürüyüş etmişdir. İlk uçuş tarixi 12 aprel 1981 -ci ildir. Nasazlıq səbəbəindən geri dönuş zamanı (1 fevral 2003) partlayış baş vermişdir.
Dejö Kostolanyi
Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885[…], Subotiça – 3 noyabr 1936[…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı. Kostolanyi 1885-ci ildə Serbiyanın Voevodina vilayətinin Suboçita şəhərində anadan olmuşdur. Suboçita şəhəri Kostolanyinin "Skylark" və "Qızıl çarpələng" novellarında yer alan Sersiq şəhərinin modeli idi. Fizika və kimya professoru və məktəb müdiri olan Arpad Kostolanyi (1859–1926) və fransız mənşəli olan Eulalia Brennerin övladı idi. Orta məktəbə Subotiça şəhərində başlamışdı, lakin sonra müəllimi ilə münaqişə etdiyinə görəməktəbdən qovuldu və Seqed şəhərində xüsusi şəraitdə təhsilini başa vurdu. 1903-cü ildə Budapeştə köçdü və Budapeşt Universitetində təhsil almağa başladı və o, burada Mihay Babiç və Dyula Yuhas ilə tanış oldu. 1908-ci ildə Kostolanyi Parisə köçən Endre Adini əvəz edərək Budapeştdə bir qəzet mətbəəsində müxbir kimi işləməyə başladı. 1910-cu ildə "Balaca yazıq uşağın şikayətləri" (The Complaints of a Poor Little Child) adlı ilk poemalar kitabı ona böyük bir müvəffəqiyyət gətirdi. Kitabın nəşri yaradıcılığında məhsuldar bir dövrün başlanğıcı hesab edilirdi.
Denilson da Kosta
Dünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.

Значение слова в других словарях