Kredit Əməliyyatları

kreditlərin verilməsi üzrə əməliyyatlar.
Kredit Dəyəri
Kredit Fondu
OBASTAN VİKİ
Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur: Funksional forma İnstitusional forma. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.
Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Bank əməliyyatları
Bank əməliyyatları - yalnız banklar tərəfindən aparılan bağlı maliyyə əməliyyatları. Bankların əməliyyatları üç yerə ayrılır: 1)passiv əməliyyatlar 2)aktiv əməliyyatlar 3)vasitəçilik əməliyyatları. Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Bu əməliyyatların köməyi ilə banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə qoyuluşu və s. üçün vəsait toplayırlar. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır. Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları almaq olar: 1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək,müddətli və s.) qəbulu,hüquqi şəxslərə hesablaşma,cari və digər hesabların açılması və aparılması;2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər);3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, veksellər vəs.) Aktiv əməliyyatlar mənfəət əldə etmək üçün bankların öz xüsusi vəsaitlərindən və cəlb olunmuş vəsaitlərdən istifadə etməsi deməkdir. Kredit əməliyyatları. Bu əməliyyatlar nəticəsində bankın kredit portfeli formalaşdırılır. Investisiya əməliyyatları.
Birja əməliyyatları
Birja əməliyyatları Birja əməliyyatları dedikdə, birja əmtəəsi (qiymətli kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) ilə birjada edilən müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əmə­liyyatlara birja əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir. Bu mexanizm birja əməliyyatlarının subyektlərinin, obyektlərinin və bilavasitə birja fəaliyyətinin həyata keçirilməsi prosesinin mövcudluğunu nəzərdə tutur. Birja əqdlərinin əsas tipləri Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərinə birja əqdləri deyilir. • əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər; • fərdi əqdlər; • standart fyüçers (müddətli) əqdləri; • opsion əqdləri; • birjadankənar əqdlər – qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və notariat orqanlarının birjadan kənarda qeydə aldığı əməliyyatlardır. Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas tipləri kimi aşağıdakıları müəyyən etmişdir: • Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin bağlanması qaydası birjanın özü tərəfindən müəyyən edilir. Birja əqdləri qaydalarının ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir. • Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, tipi və növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərin məsuliyyəti əks olunur.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. А — Бюро военных комиссаров / [под общ.
Xəndək əməliyyatları
2015-16 Xəndək əməliyyatları — (türk. Hendek operasyonları) 2015-ci ilin 8 avqust tarixindən Türkiyə Silahlı Qüvvələri (TSK və Türk Təhlükəsizlik Ümumi Müdirliyi tərəfindən PKK-ya qarşı birgə başladılan hərbi əməliyyatlardır. Əməliyyatlar Sur, Silvan, Hakkari, Dargeçit, Silopi, Cizrə və Bitlisdə davam etməkdədir.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir. == Bərpaolunan kreditin əsas xüsusiyyətləri == Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər. Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır. Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur. Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Kredit (dəqiqləşdirmə)
Kredit
Kredit ittifaqları
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kredit xətti
1993 Yay əməliyyatları
1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir. 1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir. Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir.
Antiterror əməliyyatları (2022)
Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat. 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb. Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb.
Açıq bazar əməliyyatları
Bankda passiv əməliyyatları
Cari valyuta əməliyyatları
Yay əməliyyatları (1993)
1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir. 1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir. Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir.
Təhlükəsizlik əməliyyatları mərkəzi
Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) — təşkilatı kibertəhlükələrdən qorumaq məsuliyyəti daşıyan mərkəz. SOC analitikləri təşkilatın şəbəkəsinin gecə-gündüz monitorinqini həyata keçirir və potensial təhlükəsizlik insidentlərini araşdırır. Kiberhücum aşkar edilərsə, SOC analitikləri onu aradan qaldırmaq üçün lazım olan bütün addımları atmağa cavabdehdirlər. O, təşkilatın təhlükəsizlik vəziyyətini idarə etmək və artırmaq üçün üç hissədən ibarətdir: insanlar, proseslər və texnologiya. İdarəetmə və uyğunluq bu hissələri birləşdirən bir çərçivə yaradır. Bina və ya obyekt daxilindəki SOC, işçilərin məlumatların emalı texnologiyasından istifadə edərək sayta nəzarət etdiyi mərkəzdir. Tipik olaraq, SOC girişin idarə edilməsi mexanizmi və işıqlandırma, siqnalizasiya və avtomobil maneələrinə nəzarət etmək üçün təchizatla təmin edilmişdir.
Debet və kredit
Debet və kredit — standartlaşdırılmış mühasibat metodik üsulları. İqtisadi və digər proseslərin imkanlarını və istiqamətlərini ortaya qoyurlar və bu imkanlar üçün sərhədləri aşkar edirlər. İki növ hesab mövcuddur: aktiv və passiv. Passiv borc götürülmüş vəsait deməkdir; aktiv — bir şirkətin, müəssisənin və ya bankın ayrılmış vəsaiti. Aktiv hesablar üçün: debet — qəbz, kredit — xərc. Passiv üçün: kredit — gəlir, debet — xərc. Debet — hesabın sol tərəfi. Aktiv və aktiv-passiv hesablar üçün: debetdəki artım, təşkilatın mülkiyyət və ya mülkiyyət dəyərində artım deməkdir. Passiv hesablar üçün: debetdə artım təşkilatın öz fondlarında (mənbələrində) azalma deməkdir, lat. debet — yəni "etməlidir" deməkdir.
Restrukturizasiya olunmuş kredit
Restrukturizasiya olunmuş kredit (ing. Rescheduled loan) - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.