1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir.
1993 Yay əməliyyatları, 1993-cü ilin Yay hücumları | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
Tarix | iyun–oktyabr 1993 | ||
Yeri | Qarabağ | ||
Nəticəsi | Ermənistanın qəti qələbəsi | ||
Ərazi dəyişikliyi | Azərbaycanın Ağdərə və Ağdam şəhərləri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları Ermənistanın nəzarəti altına keçdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir[2].
Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir. Lakin bir neçə gündən sonra hər iki tərəf üçün də çox tanış bir mənzərə olan bir hadisə baş verdi, yəni atəşkəs yenidən pozuldu və hər iki tərəfdə döyüşlərə qaldıqları yerdən davam etdilər. Avqustun ortalarında ermənilər Azərbaycanın nəzarəti altında olan və DQMV-nin cənubunda yerləşən Füzuli və Cəbrayılı ələ keçirmək üçün qoşun yığmağa başladılar. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrini artıq adları çəkilən rayonların kəndlərini bombalamağa başlamaqda ittiham etmiş, erməni tərəfi isə bunu təkzib edərək, “anklavın cənub sərhədlərini azərbaycanlıların hücumlarından müdafiə etdiklərini” iddia etmişdirlər. Hər iki halda da erməni qüvvələri cənub sərhəddini keçərək cənub istiqamətində İran sərhəddinə doğru, yəni Füzuli rayonu istiqamətində irəliyə doğru hərəkət etmişdir. İran hökumətinin yeni hücumlar ilə bağlı olan bir neçə xəbərdarlığına, eyni zamanda da, yeni sülh danışıqlarının məsuliyyətini yenidən öhdəsinə götürməsini bildirməsinə baxmayaraq, ermənilər ağır zirehli qoşunların dəstəyini alaraq regionu ələ keçirməyə başlamışdılar. Regionda 30-50.000 arasında azərbaycanlı yaşayırdı və onların çoxu sağ qalmaq üçün qaçıb İrana sığınmağa məcbur olmuşdurlar. Bundan sonra Azərbaycan ard-arda olaraq yeni rayonlar itirməyə başladı. İlk növbədə avqustun 23-də Cəbrayıl rayonuna nəzarət itirildi[3]. Onu ardıcıl olaraq 25 avqust 1993-cü ildə Füzuli, 31 avqust 1993-cü ildə Qubadlı və 29 oktyabr 1993-cü ildə Zəngilan rayonlarının itirilməsi izlədi[4]. Nəticə etibarı ilə Dağlıq Qarabağ anklavını əhatə edən və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri formalaşdırıldı.
Bu hərbi əməliyyatlar zamanı “Hizb-e-İslami Gülbəddin”dən olan əfqan mücahidləri Azərbaycan tərəfdən döyüşlərdə iştirak etmişdirlər[1].