KÖMÜRÇÜ

is.
1. Kömür hazırlayıb satan adam. Kömürçünün üzüqaralıqdan nə arı? ( Ata. sözü ).
[Xortdan:] Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını … dindirirsən, deyir: – Mənim familiyam Kəkilbəyovdur. Ə.Haqverdiyev.
[Ağsaqqal kişi:] O da kömürçüdür, a kirvə! Bir yük kömür satmağa getmişdi. Mir Cəlal.

2. Kömür satılan yer, dükan. Kömürçü dükanı.
3. Daş kömür sənayesi işçisi; şaxtaçı. Kömürçülər mükafat aldılar.
KÖMÜRÇIXARAN
KÖMÜRÇÜLÜK

Значение слова в других словарях