künstlich
Kürbis
OBASTAN VİKİ
Dəli Kür
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir. Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. Əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Bala Kür
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Kür (1963)
Kür (Bostanabad)
Kür (fars. كر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.367 nəfər yaşayır (554 ailə).
Kür (dəqiqləşdirmə)
Kür — Qafqazda çay. Uzunluğu 1515 km. Kür (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində qəsəbə. Kür (film, 1963) — Azərbaycan filmi.
Kür (Şəmkir)
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür Dili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir.
Kür Qarabucaq
Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir-birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır. Kənd Kür çayı sahilində yerləşir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Kür kələmosu
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.
Kür kərtənkələsi
Kür kərtənkələsi (lat. Darevskia portschinskii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur. Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı.
Kür qumlaqçısı
Kür qumlaqçısı (lat. Romanogobio persus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Az saylıdır. Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Kür qəsəbəsi
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür çayı
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Kür çılpaqçası
Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Kür şəmayısı
Kür şəmayısı (lat. Alburnus chalcoides) — Çəkikimilər dəstəsinin nümayəndəsidir. Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur. Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir.
Pınar Kür
Pınar Kür (15 aprel 1943 və ya 15 aprel 1945, Bursa) — yazıçı. Pınar Kür 15 aprel 1943-cü ildə Bursada dünyaya gəlib. Yazıçı Həvva Pınar Kür əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.
Əlisəmid Kür
Əlisəmid Kür — Azərbaycan şairi. Əlisəmid Kür 2 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
Kür döyüşü
Kür döyüşü (1405)
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Dəli Kür (film, 1969)
Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi. Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir. Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir. Film Elçin Şıxlının kinoda ilk işidir. Cahandar ağa İsmayıl Şıxlının babası olub. Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır. Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir.
Ermənistan kürdləri
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir. Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır. Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur.
Ernst (Köln kürfürstü)
Bavariyalı Ernst (alm. Ernst von Bayern‎; 17 dekabr 1554, Münxen – 17 fevral 1612) — 1583–1612-ci illərdə qovulmuş Qebhard fon Valdburqun xələfi kimi Köln arxiyepiskopluğunun kürfürst-arxiyepiskopu idi. O, həmçinin Münster, Hildeshaym, Frayzinq və Lyej yepiskopu idi. Ernest 17 dekabr 1554-cü ildə Bavariya hersoqu V Albert və Avstriyalı Annanın ailəsində, Münhendə anadan olub. Albert üçüncü oğlu Ernest üçün kilsə karyerasını məqsəd qoymuşdu. Ona gəncliyində yezuitlər tərəfindən təhsil və təlim keçilmişdi. 1565-ci ildə Zalsburqda, daha sonra isə Köln, Trir və Vürzburqda dini xidmətdə oldu; 1565-ci ilin payızında, hələ on iki yaşında o, Frayzinq yepiskopu seçildi. Albertin istəkləri qonşu Zalsburq arxiyeparxiyasına hədəflənmişdi. 1569-cu ildə İzenburq-Qrenzau qrafı VII Salentin istefa vermək barədə düşünürdü, Albert isə oğlu Ernsti yeni arxiyepiskop kimi görürdü. Lakin Salentin tezliklə bu fikirdən daşındı.
Ferdinand Mariya (Bavariya kürfürstü)
Ferdinand Mariya (alm. Ferdinand Maria von Bayern‎) (31 oktyabr 1636, Münxen, Bavariya kürfürstlüyü – 26 may 1679) — Bavariya kürfürstü. Atası ilk Bavariya kürfürstü Maksimilyan, anası isə Müqəddəs Roma imperatoru II Ferdinandın qızı Avstriyalı Mariya Annadır. Dieter Albrecht: Maximilian I. von Bayern 1573–1651, München (Munich) 1998, ISBN 3-486-56334-3 Marek, Miroslav.
Filipp (Pfals kürfürstü)
Şux Filipp (alm. Philipp der Aufrichtige‎, 14 iyul 1448, Heydelberq – 28 fevral 1508) və ya Əsilzadə Filipp (alm. Philipp der Edelmütige‎) 1476–1508-ci illərdə Vittelsbax sülaləsindən olan Pfals kürfürstü idi. Filipp 14 iyul 1448-ci ildə Heydelberqdə Pfals kürfürstü IV Lüdviq və Savoyyalı Marqaretin ailəsində doğulmuşdu. Onlar uzun müddət uşaqsız olduqları üçün 1447-ci ildə Vormsdan qərbdə yerləşən Müqəddəs Filippin qəbrini ziyarət etmişdilər. 1448-ci ildə taxt-tacın həsrətlə gözlənilən varisi dünyaya gələndə ona müqəddəsin şərəfinə Filipp adını verdilər. Şahzadənin anadan olması ilə Müqəddəs Filipp ümummilli şöhrət qazandı və uşaqsızlıq və ya uşaq sahibi olmaq arzusunda olanların hamisinə çevrildi, lakin elə bir yaşında yetim qalan Filipp əmisi kürfürst I Fridrixin himayəsi altına keçdi və 3 il kürfürstlükdən sonra onun tərəfindən övladlığa götürüldü. Onu övladlığa götürdüyü üçün kürfürstlüyə haqqı çatdığını elan edən Fridrix onu hakimiyyətdən kənarlaşdırdı. 17 aprel 1474-cü ildə Filipp Amberqdə Bavariya-Landsxut hersoqu IX Lüdviqin qızı Bavariyalı Marqaret (1456–1501) ilə evləndi. Möhtəşəm şənlik salnamələrə "Amberq toyu" kimi düşdü.
Filipp Vilhelm (Pfals kürfürstü)
Filipp Vilhelm (alm. Philipp Wilhelm von der Pfalz‎, 24 noyabr 1615, Noyburq an der Donau — 12 sentyabr 1690, Vyana) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1685–1690) və Pfals-Noyburq hersoqu (1653–1690), Yulix və Berq hersoqu (1653–1690) idi. Onun dövründə kürfürstlüyün hakimiyyətinə Pfals-Noyburq qolu gəldi. 1615-ci ildə Volfqanq Vilhelm (1578–1653) və Bavariyalı Maqdalenanın (Bavariya hersoqu V Vilhelmin qızı) ailəsində doğulmuşdu. Gəncliyində atasının tapşırığı ilə yezuit təhsili almışdı. Buna baxmayaraq gənc şahzadə camaat arasında döyülür və alçaldılırdı. O, bundan əlavə odunçuluq sənətini öyrənirdi. Uşaqlığını və gəncliyini növbə ilə Noyburq və Düsseldorfda keçirdi. 1630-cu illərin sonundan o, həyat yoldaşı axtarmağa başladı. Axtarışlara imperator, onun qohumları (Bavariya və Köln kürfürstləri), papa və başqa hökmdarlar da cəlb olunmuşdu.
Frederik Jolio-Küri
Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[…], Parisin 16-cı dairəsi[d] – 14 avqust 1958[…]) — fransız fizik, Nobel mükafatı laureatı. Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi. O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə II Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur. Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər. Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər.
Frederik Jolio- Küri
Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[…], Parisin 16-cı dairəsi[d] – 14 avqust 1958[…]) — fransız fizik, Nobel mükafatı laureatı. Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi. O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə II Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur. Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər. Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacı Mövlamverdi Kürdmahmudlu
III Fridrix (Pfals kürfürstü)
Mömin Fridrix (alm. Friedrich III. von der Pfalz, der Fromme‎, 14 fevral 1515, Zimmern – 26 oktyabr 1576, Heydelberq) — Vittelsbax sülaləsinin Pfals-Zimmern qolundan ilk Pfals kürfürstü. Pfalsı 1559-cu ildə uşaqsız kürfürst Otto-Henridən miras almışdı. O, qatı kalvinist olmuş və Heydelberq katexizmini irəli çəkərək təlimi öz dövlətinin rəsmi dini elan etmişdi. Onun kalvinizmi dəstəkləməsi Alman Reformasiya hərəkatını Müqəddəs Roma İmperiyası daxilində möhkəmlətdi. 1515-ci ildə Zimmerndə doğulmuşdu. Valideynləri Zimmern hakimi II İohann (1492-1557) və Badenli Beatris (1492-1535) idi. Fridrix atasının və V Karlın sarayında, daha sonra 1528-ci ildə qardaşları Georq və Reyxardla (1521–1598) birlikdə Köln Universitetində qatı katolik təhsili almışdı. Fridrix atasının sarayında və Kölndə ciddi şəkildə katolik inancında təhsil almışdı, lakin 1537-ci ildə evləndiyi arvadı, Brandenburq-Kulmbax markqrafı Kazimirin qızı Mariyadan (1519-1567) təsirlənərək, Reformasiyanı izlədi və 1546-cı ildə rəsmi şəkildə imanını dəyişdirdiyini elan etdi. O, 18 may 1557-ci ildə atası II İohannın yerinə II Fridrix adı ilə Zimmern hersoqu oldu və 12 fevral 1559-cu ildə Otto Henrinin ölümü ilə kürfürstlüyə yüksəldi.
III Karl Filipp (Pfals kürfürstü)
III Karl Filipp (4 noyabr 1661 - 31 dekabr 1742) Pfals kürfürstü və Pfals-Noyburq hakimi, 1716-1742-ci illərdə Yuliç və Berq hersoqu idi. 1728-ci ilə qədər o, həm də Megen qrafı idi. 1661-ci ildə Noyburq an der Donau şəhərində anadan olan Karl Filipp Pfals kürfürstü Filipp Vilhelm və Hessen-Darmştadlı Elizabet Amaliyanın 17 övladından yeddincisi idi. Bacısı Düsseldorflu Eleonora Maqdalena Müqəddəs Roma imperatriçası olub VI Karl və I Jozefin anası idi. Qardaşların kiçiyi kimi onun üçün ənəvi olaraq dini kariera nəzərdə tutulmuşdu. Karl Filipp on dörd yaşında Kölndə, 1677-ci ildə Zalsburqda və yenidən 1679-cu ildə Maynsda din xadimi və Malta Cəngavəri olsa da, təqdis olunmadı, buna görə də əks istiqamətdə gedərək 1684-cü ildə hərbi karyeraya başladı. Daha sonra Osmanlı-Habsburq müharibələrində iştirak etdi və imperiya feldmarşallığına yüksəldi və 1604-cü ildə Qızıl Yun ordeninə daxil oldu. 1705-ci ildə bacısıoğlu Jozef İnsbrukda onu 1690-cı ildən bəri boş qalmış Yuxarı və Aşağı Avstriyanın qubernatoru təyin etmişdi. Jozefin dayısını bu posta təyin etməsi həm də İspaniya mirası uğrunda müharibə vaxtı ölkəni müdafiəsiz qoymamaq üçün idi. Karl Filipp 1716-cı ildəki ölümündən sonra qardaşı Pfals kürfürstü İohann Vilhelmin yerinə keçdi.
III Lüdviq (Pfals kürfürstü)
Saqqallı Lüdviq (alm. Ludwig der Bärtige‎, 23 yanvar 1378, Pfals kürfürstlüyü – 30 dekabr 1436, Heydelberq) və ya Təqvalı Lüdviq (alm. Ludwig der Gottesfromme‎), həmçinin Keşiştəsəllisi Lüdviq (alm. Ludwig der Pfaffentrost‎) — Vittelsbax sülaləsindən 1410-cu ildən 1436-cı ilə Pfals kürfürstü. 1378-ci ildə doğulmuşdu. Onun valideynləri Almanların kralı III Rupert və Nürnberqli Elizabet idi. Onun böyük qardaşları Rupert, Pipan və Fridrix 1397 və 1401-ci illərdə vəfat etdilər, beləliklə Lüdviq onun yerinə atasının titullarına varis oldu. O gəncliyində, atasının kürfürst və kral olduğu dövrdə də dövlət işlərində iştirak edirdi. 1401–1402-ci illərdə atası İtaliyaya gedərkən o, İmperiya naibi idi. Lüdviq atasının IV Vatslava qarşı üsyan qaldırdığı vaxt onu dəstəkləməyə getmiş, lakin ilk uğurlarından sonra o, yalnız 2 iyun 1401-ci ildə Praqadan kənarda atəşkəs bağlaya bilmişdi.
III Maksimilyan Jozef (Bavariya kürfürstü)
III Maksimilyan Jozef (alm. Maximilian III. Joseph von Bayern‎) (28 mart 1727[…], Münxen, Bavariya kürfürstlüyü – 30 dekabr 1777[…], Münxen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü və Müqəddəs Roma imperatoru VII Karl, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Avstriyalı Mariya Amaliyadır. Paul Bernard. Joseph II and Bavaria: Two Eighteenth Century Attempts at German Unification. Hague: Martin Nijoff, 1965, p.
II Fridrix (Pfals kürfürstü)
Müdrik Fridrix (alm. Friedrich II., der Weise‎; 9 dekabr 1482 və ya 1482 – 26 fevral 1556 və ya 1556) — Vittelsbaxlar sülaləsindən Pfals kürfürstü (1544–1556). Fridrix 1482-ci ildə Noyştadt yaxınlığındakı Vinzingen qalasında doğulmuşdu. Onun valideynləri Filipp və Bavariya-Landsxut hersoqu IX Lüdviqin qızı Bavariyalı Marqaret (1456–1501) idi. O, 1529 və 1532-ci illərdə Osmanlıya qarşı ekspedisiyalara rəhbərlik edən və 1530-cu ildə Auqsburq məclisində rəhbərlik edən Müqəddəs Roma İmperatoru V Karlın müşaviri və sərkərdəsi kimi xidmət etmişdir. O, Pfals-Noyburqun gənc hersoqları Otto Henri və Filippin himayəçisi idi və daha sonra Habsburqlu I Ferdinandın generalı kimi xidmət etmişdi. Fridrix bir müddət Danimarka-Norveçdə çevriliş planlarında iştirak edib. Onun həyat yoldaşı Dorotea 1523-cü ildə Danimarka zadəgan üsyanından sonra taxtdan salınmış Danimarka və Norveçin keçmiş kralı II Xristianın qızı idi. Norveçin Katolik arxiyepiskopu və Krallıq Şurasının rəhbəri Olav Enqelbrektsson 1529-cu ildə, Norveç taxtını protestant dost I Fridrixdən geri almaq barədə əməkdaşlıq haqda imperatorla əlaqə saxladı. II Xristian protestant idi, amma həm də İmperator Karlın qaynı idi və buna görə də Norveçdəki katolik mübarizəsinə kömək edəcəyinə söz verdi.
II Karl (Pfals kürfürstü)
II Karl (31 mart 1651, Heydelberq – 26 may 1685, Heydelberq) — Vittelsbax sülaləsindən 1680–1685-ci illərdə Pfals kürfürstü. Karl kürfürst I Karl Lüdviq (1617–1680) və Hessen landqrafı V Vilhelmin qızı Şarlotta (1627–1686) ilə evliliyindən doğulmuş böyük oğlu idi. Karlın kiçik bacısı daha sonra Orlean hersoqinası olan Pfalslı Lizelotta idi. Valideynlər pozulmuş nikahdan sonra ayrıldılar və Karlın anası yenidən Kasselə köçdü. Nəticədə Karl avtoritar atasının müşaiyəti altında anasız böyüdü. Atası ikinci evliliyini kasıblamış bir baron olan Kristof fon Deqenfeldin qızı Luiza ilə etdiyi üçün ondan olan övladları Pfals taxtına rəsmi varis kimi tanınmadılar. Şahzadənin təhsilinə alimlər Samuel von Pufendorf və Ezekiel Spanheim cəlb olunmuşdu. Karl 1670-ci ildə İsveçrə və Fransaya səyahətə çıxdı. İsveçrədə Karl üzünü əbədi olaraq eybəcərləşdirən çiçək xəstəliyinə tutuldu. Karl çox dindar idi və 1672-ci ildə Symbola Christiana adlı bir kitabı "Philotheus" psevdonimi ilə nəşr etdirmişdi.
II Maksimilyan Emanuel (Bavariya kürfürstü)
II Maksimilyan Emanuel (alm. Maximilian II. Emanuel von Bayern‎) (11 iyul 1662[…], Münxen, Bavariya kürfürstlüyü – 26 fevral 1726[…], Münxen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690-1720. Cambridge University Press. ISBN 0521551463 Spencer, Charles (2005). Blenheim: Battle for Europe. Phoenix. ISBN 0-304-36704-4 Ludwig Hüttl: Max Emanuel.
II Ruprext (Pfals kürfürstü)
Sərt Ruprext (alm. Ruprecht II der Harte‎) və ya Ciddi Ruprext (alm. Ruprecht II der Ernste‎; 12 may 1325, Amberq, Yuxarı Pfalts – 6 yanvar 1398, Amberq, Yuxarı Pfalts) — Vittelsbax sülaləsindən 1390–1398-ci illərdə hakimiyyətdə olmuş Pfals kürfürstü. Ruprext 1325-ci ildə, Amberqdə doğulmuşdu. Valideynləri Dürüst Adolf və Irmenqard fon Ettinqen idi. Ruprextin atası Adolf 1327-ci ildə öz mirasına görə uğursuzcasına mübarizə apararaq vəfat etmişdi. Həmin onun əmisi İmperator Lüdviq Reyn Pfaltsını işğal etmişdi. Gənc şahzadə buna görə də avstriyapərəst əmisi Nassau-Veylburq qrafı I İohannın himayəsi altında böyüdü. 1329-cu ildə Pavia müqaviləsində Bavariyalı Lüdviq Pfalsı Adolfun qardaşları Rudolf və Ruprextə qaytardı. Dörd yaşlı II Ruprext vəfat etmiş atası Adolfun yerinə mirasa daxil edildi.
II Ruprext (Pfals kürfüstü)
Sərt Ruprext (alm. Ruprecht II der Harte‎) və ya Ciddi Ruprext (alm. Ruprecht II der Ernste‎; 12 may 1325, Amberq, Yuxarı Pfalts – 6 yanvar 1398, Amberq, Yuxarı Pfalts) — Vittelsbax sülaləsindən 1390–1398-ci illərdə hakimiyyətdə olmuş Pfals kürfürstü. Ruprext 1325-ci ildə, Amberqdə doğulmuşdu. Valideynləri Dürüst Adolf və Irmenqard fon Ettinqen idi. Ruprextin atası Adolf 1327-ci ildə öz mirasına görə uğursuzcasına mübarizə apararaq vəfat etmişdi. Həmin onun əmisi İmperator Lüdviq Reyn Pfaltsını işğal etmişdi. Gənc şahzadə buna görə də avstriyapərəst əmisi Nassau-Veylburq qrafı I İohannın himayəsi altında böyüdü. 1329-cu ildə Pavia müqaviləsində Bavariyalı Lüdviq Pfalsı Adolfun qardaşları Rudolf və Ruprextə qaytardı. Dörd yaşlı II Ruprext vəfat etmiş atası Adolfun yerinə mirasa daxil edildi.
IV Fridrix (Pfals kürfürstü)
Səmimi Fridrix (alm. Friedrich Der Aufrichtige‎; 5 mart 1574[…] və ya 1574, Amberq, Yuxarı Pfalts – 19 sentyabr 1610, 9 sentyabr 1610 və ya 1610, Heydelberq) — Vittelsbax sülaləsindən Pfals kürfürstü. 1574-cü ildə, Amberqdə doğulmuşdu. Onun valideynləri Pfals kürfürstü VI Lüdviq və Hessenli landqraf I Filippin qızı Elizabet idi. 1583-cü ildə taxta çıxanda Fridrixin cəmi doqquz yaşı var idi. Bu səbəbdən onun əmisi, Lautern hakimi İohann Kazimir 1592-ci ilə qədər Pfals kürfürstlüyündə qəyyumluq vəzifəsini ələ keçirdi. Deyilənə görə, IV Fridrix lüteran kimi tərbiyə olunduğu üçün əvvəlcə İohann Kasimiri qəyyum kimi tanımaqdan imtina etmişdi. Sonradan Pfals üzərində qohumlarından biri olan Reyxardla (1521–1598) uğurlu mübarizə apardı. Bu mübahisənin həlli və həmçinin IV Fridrixin hakimiyyətinin əsas hissəsi Vetterau Qraflar Assosiasiyasında təmsil edilən zadəgan ailələri ilə sıx bağlı olan protestant məmurların qərarlarının təsirindən asılı idi. 1606/7-ci illərdə IV Fridrix Mannhaymda Fridrixsburq qalasını tikdirdi.
IV Lüdviq (Pfals kürfürstü)
IV Lüdviq (1 yanvar 1424, Heydelberq – 13 avqust 1449, Vorms) — Vittelsbax sülaləsindən 1436–1449-cu illərdə hökm sürmüş Pfals kürfürstü. 1424-cü ildə III Lüdviq (1378–1436) və Savoyyalı Matildanın (1390–1438) birinci oğlu olaraq doğulub. 1436-cı ildə atası vəfat etdikdən sonra yetkinlik yaşına çatana qədər əmisi I Otto qəyyumluğu öz üzərinə götürdü. Onun hakimiyyəti dövründə 1441-ci ildə Lövenştayn qraflığı ələ keçirildi. 1442-ci ildə yetkinlik yaşına çatan Lüdviq Yüzillik müharibədə iştirak etdi. 1443-cü ildə qardaşı Fridrixə kürfürstlükdə bir-sıra vəzifələr verərək sülalə hakimiyyətini gücləndirdi. 1444-cü ildə İmperiya valisi kimi Armanyakların hücumlarını dəf etdi. Lakin o əsasən, Şvabiya liqası ilə bağladığı ittifaqlar vasitəsilə Pfalsın neytrallığını qorumağa çalışdı. Həmin il Danimarka, İsveç və Norveç kralı, həmçinin Pfals-Noymarkt nəslindən olan Bavariyalı Xristofor, Bavariya-Münhen hersoqu III Albert və Regensburq yepiskopu Fridrix ilə birlikdə imzaladığı müqavilədə Yuxarı Pfalsdakı haqlarının tanınmasına nail oldu. O, həmçinin Mayns şəhəri ilə onun arxiyepiskopu arasındakı mübahisəni həll etməyə çalışdı və 1449-cu ildə cəngavərlərlə İsveçrə vətəndaşları arasında vasitəçilik etdi.

Значение слова в других словарях