Kür qəsəbəsi

KürAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə.

Kür
40°55′27″ şm. e. 46°11′36″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 190 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.800 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5700
Xəritəni göstər/gizlə
Kür xəritədə
Kür
Kür

Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür[1].

Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarıYenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kür qəsəbəsində sovet dövründə bir neçə iri zavod fəaliyyət göstərib.Hal hazırda fəaliyyətini dayandırıb.Ceyrançöldə minlərlə hektar ərazidə gedən kənd təsərrüfatı sahəsində işçilərin əksəriyyəti Kür qəsəbəsinin əhalisidir.Burada əhali Kür çayından balıq tutur qəsəbə daxilindəki bazarda satışa çıxarır.

Qəsəbənin əhalisi 7.800 nəfər təşkil edir. Əhalisi tamamilə Azərbaycan Türklərindən təşkil olunub

Tanınmış insanları

[redaktə | mənbəni redaktə et]
  • İsgəndər Aznaurov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
  • Vüsal Alıyev - əsgər, 2016-cı il aprel döyüşləri şəhidi
  • Vüqar Namazov — 4 qat dünya 8 qat Avropa çempionu və Dünya rekordçusu
  • Şahnur Məmmədov- Taekvondo idman növü üzrə baş məşqçi
  • Cavid İmamverdiyev- Futbol üzrə Az Milli komandasının üzvü və "SABAH" FK-nın kapitanı
  • Elnarə Qafarova Taekvondo üzrə İdman ustası , Milli hakim , 2-ci Dan qara kəmər ustası , məşqçi müəllim.
  • İlham Əliyev karate VKC növləri üzrə dünya çempionu.
  • Rəşad Cəfərli - jurnalist, Milli Məclisin orqanı "Azərbaycan" qəzetinin siyasət şöbəsinin müdiri. Prezident İlham Əliyevin 14 sentyabr 2018-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı təltif edilmişdir.
  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.