Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ.
== Haqqında ==
Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs.
Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır.
Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir.
Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir.
Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir.
Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir.
Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir.
Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.