LÜTFİYYƏ
LYUDMİLA
OBASTAN VİKİ
Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası. == Həyatı == Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Lütviyyə Əsgərzadə
Əsgərzadə Lütviyyə (17 fevral 1960, Naxçıvan) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (2018), dosent (2012), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər Birliyi (2002) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). == Həyatı == Lütviyyə Süleyman qızı Əsgərzadə 17 fevral 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub Naxçıvan şəhər Eynəli bəy Sultanov adına 7No-li orta məktəbini müvəffəqiyyətlə bitirib. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra(1985) Naxçıvan şəhər 5 No-li kitabxanasında zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışıb. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər "Xanım qızlar" pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1999-cu ildə Naxçıvan şəhər Heydər Əliyev muzeyinə ekskursovood, 2000-ci ildə muzeyə direktor təyin edilib. 2006-cı ilədək Heydər Əliyev muzeyinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının II qurultayına (2001) və Azərbaycan qadınlarının II qurultayına (2003) nümayəndə seçilib. == Fəaliyyəti == 2005-ci ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə "Hüseyn Cavid və Şərq" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə "Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda doktrluq müdafiə edib 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür.
Əsgərzadə Lütviyyə