LYUDMİLA

lyudi mila; səmimi adam, mehriban insan.
LÜTVİYYƏ
MACƏRA
OBASTAN VİKİ
Lyudmila
Lyudmila — ad. Lyudmila Duxovnaya — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). Lyudmila Mirzəyeva — Azərbaycan alimi Lyudmila Alekseyeva — Rusiya tarixçisi Lyudmila Xristeseva — Belarus mənşəli İsveç Lyudmila Azarova — SSRİ və Rusiya keramika rəssamı, SSRİ xalq rəssamı (1991). Digər Ruslan və Lyudmila — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Ruslan və Lyudmila (film, 1972) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi.
Lyudmila Alekseyeva
Lyudmila Mixaylovna Alekseyeva (rus. Людмила Михайловна Алексеева; 20 iyul 1927[…], Evpatoriya, Krım MSSR – 8 dekabr 2018, Moskva) — Rusiya tarixçisi, insan haqqları fəalı və müasir Rusiyada sonuncu Sovet dissidentlərdən biridir.
Lyudmila Azarova
Lyudmila Pavlovna Azarova (rus. Людмила Павловна Аза́рова; 24 oktyabr 1919 – 8 mart 2010) — SSRİ və Rusiya keramika rəssamı, SSRİ xalq rəssamı (1991). Qjel keramika ənənəsinə əsaslanaraq, lakonik formada, kiçik plastikdən, ağ fonda zəngin mavi rəng çalarları olan dekorativ qablar hazırlamışdır. == Mükafatlar == RSFSR əməkdar artisti (1970) RSFSR xalq artisti (1981) SSRİ xalq artisti (1991) İ. E. Repin adına RSFSR Dövlət Mükafatı (1978) "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı (1945) Zaqrebdə (Yuqoslaviya) Beynəlxalq Sərgidə qızıl medal (1978) == İstinadlar == == Əlavə ədəbiyyat == Якимчук Н. Искусство Гжели. — М. : Советская Россия, 1985. — С. 35–38. Григорьева Н. Художественная керамика Гжели и Скопина. — Л.: Искусство, 1987. — С. 46–48. Дулькина Т., Григорьева Н., Астраханцева Т. Гжель.
Lyudmila Davıdova
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Lyudmila Duxovnaya
Duxovnaya Lyudmila Semyonovna (23 oktyabr 1944, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir. Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir. 1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == O qızı tapın (film, 1970) Qızıl qaz (film, 1972) Boş yer (film, 1989) Ləqəbi "İKA"dır Nigarançılıq (film, 1998) Bir anın həqiqəti (film, 2003) Vəkil hanı?
Lyudmila Mirzəyeva
Lyudmila Mirzəyeva (tam adı: Lyudmila Musa qızı Mirzəyeva) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun texnika elmləri doktoru, dosent. == Həyatı == Lyudmila Musa qızı Mirzəyeva 1953-cü il may ayının 16-da Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Xaçmaz rayonu Muxtadır qəsəbəsində orta məktəbi bitirdikdən sonra, həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra 1975-ci ildə təyinatla AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutuna göndərilmiş və Krekinq və piroliz laboratoriyasında mühəndis vəzifəsində işə başlamışdır. 1982-ci ildə «Avtomobil benzinləri və onlara yüksəkoktanlı əlavələr» laboratoriyasında mühəndis vəzifəsində işləmişdir. 1984-cü ildə «Effektli emulqatorlardan istifadə etməklə karbohidrogenli yanacaq kompozisiyaların yaradılması və onların alınması texnologiyasının işlənib hazırlanması» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-cı ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1995-ci ildə baş elmi işçi elmi adını almışdır. 2002-ci ildən aparıcı elmi işçi vəzifəsini icra etmişdir. 2004-cü ildən “Avtomobil benzinləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
Lyudmila Qurçenko
Lüdmila Markovna Qurçenko (rus. Людмила Марковна Гурченко; 12 noyabr 1935, Xarkov — 30 mart 2011, Moskva) — əsl soyadı Qurçenkova sovet-rus teatr və kino aktrisası, estrada müğənnisi. SSRİ xalq artisti (1983). == Həyatı == Lüdmila Qurçenko 1935-ci il noyabrın 12-də Ukraynanın Xarkov şəhərində anadan olub. Atası “Amerikanın köpək balığı” filminə baxandan sonra filmin qəhrəmanının şərəfinə qızının adını Lüdmila qoyub. 1943-cü ildə Lüdmila orta məktəbdə birinci sinifə gedir, eyni zamanda musiqi məktəbində təhsil almağa başlayır. 1953-cü ildə orta məktəbi bitirir, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır. İnstitutda həm yaxşı oxuduğuna, həm də yaxşı səsi olduğuna görə müəllimlərin sevimlisinə çevrilir. Üçüncü kursda F. Şillerin “Qaçaqlar”ında ilk rolunu oynayır. 1956-cı ildə Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynadığı Lena Krılova rolu ona şöhrət gətirir.
Lyudmila Suxostat
Lyudmila Xristeseva
Lyudmila Xristeseva (belar. Людміла Хрысцесева, bədii təxəllüsü L. Xristeseva/ L. Christeseva/ Л. Христесева/; 1978, Mogilyov) — Belarus mənşəli İsveç rəssamı. 2001-ci ildə Belarusun Vitebsk Dövlət Texnologiya Universitetində incəsənət və tekstil dizaynı üzrə magistr dərəcəsi aldıqdan sonra Xristeseva İsveçə köçdü və İsveç dizayneri Lars Vallinin yaradıcı heyətinə qatıldı. Belarus və İsveç mədəniyyətinin sintezi Xristesevanı gender, şəxsiyyət və fərqli mədəniyyətlərdə qadınların təmsilçiliyi mövzularını öyrənməyə ilham verdi. Xristeseva İsveçdə və xaricdə müxtəlif sənət layihələrində və sərgilərdə fəal iştirak edir. Artten adlı ona məxsus studiyası Stokholmun mərkəzində yerləşir və gənc sənətçilər üçün sərgi sahəsi kimi fəaliyyət göstərir. Xristeseva Stokholm Universitetində moda tarixi və nəzəriyyəsi üzrə magistr dərəcəsini qazanmışdır. Onun dissertasiya mövsusu Pussy Riot olmuşdur, elmi işində o, dəbli aksesuar balaklavanı müxalif fikirlərin kommunikasiyası vasitəsi kimi istifadə etmişdir. O, həmçinin "Konstfack" Ali İncəsənət Məktəbində təhsil almışdır. Fərqli mədəniyyətlərdə qadınlıq mövzusundakı "Sustainidentuty" sərgisi Qazaxıstanda (2015) və Belarusda (2016) yerli diplomatik korpusun dəstəyi ilə təqdim edilmişdir.
Lyudmila Şevçenko
Lüdmila Şevçenko (d. 4 fevral 1970) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Şevçenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Lyudmila Şlyaxtur
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Lyudmila Luzan
Lyudmila Vladimirovna Luzan (ukr. Людмила Володимирівна Лузан;27 mart 1997, İvano-Frankovsk) — Ukraynalı kanoeçi. 2020-ci il Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dəfələrlə Avropa çempionatı mükafatçısı. == Karyerası == Lyudmila Luzan, 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında iştirak edib və burada Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda 5-ci yeri tutub. 2021-ci ildə Poznanda keçirilən Avropa Çempionatında o, dörd medal qazanaraq karyerasında ən yüksək nəticəsini əldə edib. Təklərin yarışlarında o, 500 metr məsafəyə qaçışda qalib gəlib, 200 metr məsafəyə qaçışda da ikinci olub. Anastasiya Çetverikova ilə birlikdə 500 metr məsafədə çempion, həmçinin 200 metr məsafədə isə bürünc medal mükafatçı olub. 5 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında o, 200 metr məsafəyə kanoevə avarçəkmə yarışında tək bürünc medal qazandı. Luzan birinci yerdən finala yüksəldi, burada o, yalnız son metrlərdə Ukrayna mükafatını aldı. 7 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda gümüş medal sahibi olub.
Lyudmila Yefimenko
Lyudmila Filipovna Yefimenko (ukr. Людмила Пилипівна Єфименко;25 sentyabr 1951 və ya 25 oktyabr 1951, Kiyev, SSRİ) — Ukrayna kino aktrisası və rejissoru. O, Ukraynanın əməkdar artisti, Ukraynanın xalq artisti və Şahzadə Olqa ordeni mükafatlarının laureatıdır. == Həyatı == Lyudmila Yefimenko 25 sentyabr 1951-ci ildə Kiyevdə Pilip və Hanna Yefimenkonun ailəsində anadan olub. 1972-ci ildə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. 1972-ci ildən A. Dovjenko adına kinostudiyanın aktrisasıdır. Karpenko-Kari adına Kiyev Dövlət Teatr İncəsənəti Universitetinin Kino və Televiziya fakültəsinin kino rejissorluğu və dram kafedrasının dosentidir. === Şəxsi həyatı === Yefimenko həmkarı rejissor Yuri İlenko ilə evlidir və onların: kino aktyor Andrey İlenko (1987-ci il təvəllüdlü) və prodüseri və siyasətçi olan Pilip İlenko (30 sentyabr 1977-ci il təvəllüdlü) adlı iki oğulları vardır. 2012-ci ildə Ukrayna parlament seçkiləri zamanı Pilip səs çoxluğunu qazanıb. 122 saylı "Svoboda"nın seçki siyahısında Andrey 215 saylı birmandatlı seçki dairəsi üzrə eyni partiyanın namizədi seçilib.
Lyudmila Rublevskaya
Lyudmila İvanovna Rublevskaya (belar. Людміла Іванаўна Рублеўская; 5 iyul 1965, Minsk) — Sovet və Belarus şairəsi, publisist, ədəbiyyat tənqidçisi, Belarus Yazıçılar İttifaqının üzvü. == Həyatı == Lyudmila Rublevskaya ilk şeirini 1983-cü ildə Belarusun "Gənclik bayrağı" qəzetində dərc etdirib. 1984-cü ildə o, Minsk Memarlıq və İnşaat Kollecini bitirmişdir. "Gorizont" proqram təminatının dizayn bürosunda memarlıq üzrə texnik kimi çalışıb. Lyudmila Rublevskaya 1986-1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Sonra 1994-cü ildə bitirdiyi Belarus Dövlət Universitetinin Filologiya fakültəsinin Belarus şöbəsində təhsili davam etdirib. Lyudmila Rublevskaya “Bizim söz”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Pershatsvet” jurnalında çalışıb. “Ədəbiyyat və incəsənət” (belarusca: “Literature i Mastatstva”) qəzetində tənqid şöbəsinin redaktoru vəzifəsində çalışıb. 2003-cü ildən 2020-ci ilə qədər - "Belarus Today" qəzetinin mədəniyyət şöbəsinin ədəbi köşə yazarı olub.
Ruslan və Lyudmila
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq "Ruslan və Lyudmila" poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan "Üç bacı" nağılı və məşhur "Dobrinya Nikitiç" bılinasına çox yaxın idi. Çoşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi, lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassisizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. "Ruslan və Lyudmila"ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu, lakin əsərin son dərəcə qüvvətli cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir.
Ruslan və Lyudmila (film, 1972)
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi. Filmin baş qəhrəmanı uzun saqqallı sehrbaz Çernomor tərəfindən qaçırılmış nişanlısı Lyudmilanı tapmaq üçün yola çıxan pəhləvan Ruslandır. Bu yolda onu təhlükəli macəralar gözləyir... Film böyük rus yazıçısı Aleksandr Puşkinin 1820-ci ildə yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Kinokritiklərin fikrincə, film rejissorun yaradıcılığının zirvəsini təşkil edir. Film SSRİ xalq artisti rejissor Aleksandr Ptuşkonun kinoda son işidir. Filmdə Lyudmilanın sehrbaz Çernomorun sarayında olarkən səslənən musiqilərin bir hissəsi görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev tərəfindən ifa olunmuşdur. «Руслан и Людмила» — Internet Movie Database saytında.

Значение слова в других словарях