LƏNGİTMƏK

f.
1. Gecikdirmək, yubatmaq, ləngiməsinə səbəb olmaq.
Mən bir il də Zahidi ləngitdim. Mir Cəlal.
Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq, yarpaqların xışıldayıb quşları oyatmasına imkan vermək istəmirdi. İ.Şıxlı.

2. məc. Bir səbəbə görə bir şeyi vaxtında görüb qurtarmamaq, yaxud qəsdən vaxtını uzatmaq, təxirə salmaq. İşi ləngitmək. Sənədləri ləngitmək. Məktubu ləngitmək.
[Qoçəlinin] döyüş xasiyyətnaməsi olmadığından ərizəsini ləngitmək istəyirdilər. Ə.Vəliyev.

Синонимы

  • LƏNGİTMƏK ləngitmək bax gecikdirmək
LƏNGİTMƏ
LƏNGLİK

Значение слова в других словарях