LAQQIRTI

is. Söhbət, danışıq, laf (çox vaxt mənasız, boş, qeyri-ciddi söhbət mənasında).
[Nurcahan xala] dəstələrdən birinə yanaşaraq laqqırtıya başlardı. H.Sarabski.
Beş-altı nəfər könüllü gələn cavan şarbafın həyətdən laqqırtısı eşidilirdi. Ə.Əbülhəsən.
[Hüseyn] çox gülməyi, boş-boşuna danışmağı, laqqırtını sevməzdi. S.Rəhman.

□ Laqqırtı vurmaq – söhbət etmək (adətən uzunuzadı, boş və mənasız söhbətlə məşğul olmaq).
…Bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Ə.Haqverdiyev.
…Məhəllədən xeyli aralı oturub laqqırtı vuran dəliqanlılar gözlərini Sadıq kişiyə zilləyib söhbət edirdilər. M.Hüseyn.

Синонимы

  • LAQQIRTI LAQQIRTI [Paşa:] Hansı xülya və boş laqqırtı (S.Rəhimov); LAF Şeyx Sənan: Başqa laf istəməm, xayır .
LAQQILTI
LAL

Значение слова в других словарях