lau

adj. 1.ilıq; 2. (desinteressiert) etinasız, laqeyd; 3. (mäßig) orta; mülayim
Latz
Laub
OBASTAN VİKİ
Dino De Laurentis
Dino De Laurentis (8 avqust 1919[…], Torre-Annunsiata[d], Kampaniya – 10 noyabr 2010, Los-Anceles, Kaliforniya) — İtalyan əsilli məşhur amerikalı prodüser Dino De Laurentis İtaliyada yaşadığı müddətdə "Yol", "Cadugər", "Ağılsız Pyero", "Vaterloo", "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmlərinin prodüseri olub. Prodüser 1970-ci illərdə Amerikaya gəlib. O, ABŞ-də Barbar Konan, Hellovin 3: İfritələrin vaxtı, Konan Dağıdıcı, Qaranlığın ordusu və bir çox məşhur filmlərə prodüserlik etmişdir. O, 1996-cı ildə İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Xaç Ordeni" ilə təltif olunub. 2001-ci ildə "Oskar" mükafatı alıb. 2010-cu ilin noyabr ayının 10-da 91 yaşlı prodüser Los-Ancelesdə vəfat edir.
Dolichostylis laurifolia
Eugenia laurae
Eugenia laurae (lat. Eugenia laurae) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Ficus lauretana
Ficus lauretana (lat. Ficus lauretana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Mükafat Stokholmda 10 dekabr - Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar. 2023-ci ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir. Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il).
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Fulcaldea laurifolia
Funny Girl (Laura Rizzotto mahnısı)
Funny Girl (azərb. Məzəli qız‎) — Latviyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Laura Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Grevillea laurifolia
Grevillea laurifolia (lat. Grevillea laurifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea laurifolia (Sieber ex Spreng.) Christenh. & Byng Grevillea laurifolia subsp. caleyana Olde Grevillea laurifolia subsp.
Gənclər üçün Prezident mükafatı laureatlarının siyahısı
Əsgərov Timur Vaqif oğlu — 01.02.2014
Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı
Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir. Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr - Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür. Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökümətləri icazə vermədi.
Laudakia
Laudakia (lat. Laudakia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinə aid heyvan cinsi. Əvvəllər bu cins Afrika cinsləri olan Acanthocerus və Stellio daxil edilirdi.
Lauinqen
Lauinqen (svabca : Lauinga, alm. Lauingen‎) — Almaniyanın Bavariya əyalətinin Dillingen rayonunda şəhər. Dunay çayının sol sahilində, Dillingendən 5 km qərbdə və Ulmdan 37 km şimal-şərqdə yerləşir.
Launaea
Launaea (lat. Launaea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Launaea acanthodes (Boiss.) Kuntze Launaea acanthodes subsp. tomentella (Rech.f.) N.Kilian Launaea acaulis (Roxb.) Babc. ex Kerr Launaea almahrahensis N.Kilian Launaea amal-aminiae N.Kilian Launaea angolensis N.Kilian Launaea angustifolia (Desf.) Kuntze Launaea angustifolia subsp. arabica (Boiss.) N.Kilian Launaea arborescens (Batt.) Murb. Launaea aspleniifolia (Willd.) Hook.f. Launaea benadirensis Chiov. Launaea bornmuelleri (Hausskn. ex Bornm.) Bornm.
Launqanes
Launqanes (isl. Langanes) — İslandiyanın şimal-şərqində yerləşən yarımada. İslandcadan tərcümədə Uzun burun mənasını verir. Yarımada cənub-qərbdən şimal-şərqə 40 km uzanır. Sonucu ensizləşir və Fontur (isl. Fontur) adlanır. Şimal-qərbdən Tistil-fiord, cənub-şərqdən isə Bakkafloui körfəzləri ilə əhatələnir. Yarımadanın hündürlüyü 200–400 m arasında dəyişir. Ən hümdür zirvəsi olan Qunnoulvsvikurfyadl (isl. Gunnólfsvíkurfjall) şimal-qərbdə yerləşir.
Laura
Laura — ad Laura Qruseneken — Belçikalı müğənni və bəstəkar. Laura Pauzini Laura Pıldvere — Estoniya müğənnisi. Laura Rizzotto — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Laura Ester — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez — İspaniyanı təmsil edən su poloçusu.
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Laura Bassi
Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[…], Boloniya, Papa dövləti – 20 fevral 1778[…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi. Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi. Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi. Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur. 1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır. Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir.
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Laura Nurmsalu
Laura Nurmsalu (6 iyun 1994) — Estoniyalı oxatan. Laura Nurmsalu Estoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Laura Nurmsalu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Veronika Marçeko ilə üz-üzə gəldi. Həmin görüşdə Laura Nurmsalu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Laura Pausini
Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.