LAYİHƏLƏNDİRMƏ

I
сущ. от глаг. layihələndirmək , проектирование, проектировка:
1. разработка, составление проектов. Layihələndirmə norması строит. норма проектирования
2. планирование
II
прил.
1. проектировочный (относящийся к проектировке). Layihələndirmə ekspedisiyası проектировочная экспедиция, layihələndirmə işləri проектировочные работы
2. проектный (занимающийся проектированием чего-л. ). Layihələndirmə (layihə) şöbəsi проектный отдел
LAYİHƏLƏNDİRİLMƏK
LAYİHƏLƏNDİRMƏK
OBASTAN VİKİ
Avtomatlaşdırılmış layihələndirmə
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Avtomatik layihələndirmə sistemləri
Kompüter texnikasının meydana gəldiyi vaxtdan onlar layihələndirmə işlərinədə tətbiq edilmişlər. İlk zamanlar əsasən hesablama işlərinin yerinə yetirilməsində, sonralar isə həm hesablama işlərində, həm də layihə sənədlərinin alınmasında istifadə edilir. Layihələndirmənin avtomatlaşdırılması həm layihələndirmə prosesinin sürətləndirilməsinə, həm də alınan layihənin keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Layihənin keyfiyyətinin yüksəldilməsi əsasən aparılan hesabatların dəqiqliyinin yüksəldilməsi və çoxvariantlı layihələrdən ən yaxşısının seçilməsi hesabına əldə olunur. Əl ilə layihələndirmə zamanı yalnız bir layihə variantı hazırlanır və təbbi ki, yeganə variant optimal ola bilməz. == Təsnifatı == ALS müxtəlif əlamətlərə görə təsnifata bölünür: Layihələndirmə obyektinin tipinə görə ALS-lər 9 növ olur: Maşınqayırma məmulatları ALS-i; Cihazqayırma məmulatları ALS-i; Maşınqayırma və cihazqayırma texnoloji proseslərininin ALS-i; Tikinti məmulatları ALS-i; Tikinti məmulatları texnoloji proseslərinin ALS-i; Proqram məmulatları ALS-i; Təşkilatı işlərin ALS-i; 8 və 9. Deyilən qruplara aid olmayan obyektlər ücün ehtiyat saxlanılmışdır. == Layihələndirmənin mərhələləri == Layihələndirmə prosesi ideyadan başlayaraq, həmin ideyanın praktikada həyata keçirilməsinə qədər bir neçə mərhələlərdən ibarət yaradıcı prosesdir. Bu mərhələlər aşağıdakılardır: texniki tapşırığın hazırlanması; ilkin layihələndirmə; eskiz layihələndirmə; texniki — işçi layihələndirilmə; seriyalı istehsal; sənaye istismarı. === Texniki tapşırıq === Texniki tapşırıq (TT) layihələndirilən obyektin bütün xüsusiyyətlərini, layihələndirmə xərclərini və s.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə – proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə