LAYİQ

sif. [ ər. ]
1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil.
– İgidlik iddiasın edənə layiq deyil yalan. M.P.Vaqif.
Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani.
[Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, … mənim istədiyim odur ki, özümə layiq arvad olsun. Ü.Hacıbəyov.

□ Layiq bilmək (görmək) – münasib bilmək (görmək), yaraşdırmaq.
Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə… Q.Zakir.
[Fəxrəddin] bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. M.S.Ordubadi.

Layiq görülmək – bir şeyə layiq olduğu qəbul edilmək, layiq hesab edilmək. Mükafata layiq görülmək. Tərifə layiq görülmək.
– Çəmbərəkənd böyük bir şəhərin içərisində yoxsullara layiq görülmüş bir kənd idi. S.Rəhman.

// köhn. İzafət birləşmələrinin birinci tərəfi kimi işlənir; məs.: layiqi-təhsin (alqışlanmağa layiq), layiqi-tərif (tərifə layiq) və s.
[Humay:] Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-olsa ancaq layiqi-nifrət ola bilər. H.Cavid.
Sənəti-şeir ilə, Vahid, sən də göstər bir hünər; Layiqi-təhsin deyil kim ki, sənətkar olmasa. Ə.Vahid.

2. Layiqlə şəklində – bax layiqincə.

Синонимы

  • LAYİQ LAYİQ [Urmuz:] Onun sevimli oğlu Cavanşir, indi Girdanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir (M
  • LAYİQ ləyaqətli — dəyərli — qiymətli — hörmətli — ehtiramlı
LAYİHƏLƏŞDİRMƏK
LAYİQİ
OBASTAN VİKİ
Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri
şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, 1950
Bizim Layiqli Ardıcıllarımız (1972)
Bizim layiqli ardıcıllarımız qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1972-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. == Məzmun == Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. Filmin çəkilişləri ət kombinatında, çay fabrikində və məktəbin özündə aparılmışdır. == Mükafat == 1972-ci ildə Bakıda SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Respublika baxışında film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna və Mükafata layiq görülmüşdür.
Bizim layiqli ardıcıllarımız (film, 1972)

Значение слова в других словарях

анше́ф выку́сываться за́мужем плани́роваться стамино́дий га́ерский генера́льный засере́ть ленч непри́быльный проблесну́ть публи́чное право сели́тьба стя́жка коуз chime in close shave jigsaw puzzle non-conformity presumptuous spiral gear Teddy wiredrawing геодезист эмалировка