Leyla Neyzi
Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq
== Həyatı ==
Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür.
== Yaradıcılığı ==
Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir.
== Mükafatları ==
Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992.
Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.