LEYLƏTÜTTƏVİL
LEYLİCƏMAL
OBASTAN VİKİ
Leyli
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar. == Nizaminin "Leyli və Məcnun"unda == Nizami Leyli obrazında gözəlliyə məhəbbəti tərənnüm etmişdir. Bu gözəlliyin məzmuu və mündəricəsi olduqca genişdir. O, şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir. Nizami əsərdə Leylini canlı sənət nümunəsi kimi təsvir edir: Nizaminin təsvirinə görə Leylinin saçından bənövşə qıvrım verərdi.
Leyli Erol
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. == Həyatı və karyerası == Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986–1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Leyli Vəliyeva
Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Seyidlər, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır. Aktyor Nofəl Vəliyev ilə evlidir. Aktisa Güşvər Şərifovanın bacısıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 24 dekabr 2002 Prezident mükafatı — 6 may 2016, 1 may 2017, 6 may 2023, 9 may 2024 == Əsas rolları == Şölə, Ziba – ("Sərgüzəşti-vəziri-xani Lənkəran", M. F. Axundov) Zalxa – ("Hekayəti-xırsi-quldurbasan", M. F. Axundov) Xumar – ("Şeyx Sənan", H. Cavid) Nastenka – ("Ağ gecələr", F. Dostoyevski) Ranevskaya – ("Albalı bağı", A. P. Çexov) Dezdemona – ("Otello", V. Şekspir) Kleya – ("Ezop", Q. Fiqeyredo) Luiza – ("Məkr və məhəbbət", F. Şiller) Qedda – ("Qedda Qabler", H. İbsen) Fru Alvinq – ("Kabuslar", H.İbsen) Başeva – ("Mavi yuxular", Ş. Aleyxem) İokasta – ("Şah Edip", Sofokl) Zeynəb ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə) Nabat xala ("İfritin kələyi" Y.Şvarts) İnsan ("Axırıncı qatar, yaxud itlər" İ.Fəhmi, O Kazımi) Missis Mann ("Oliver Tvistin macəraları" Ç.Dikkens) Sabah müəllimə ("Mən səni sevirəm" Ə.Əmirli) Ledi Kapuletti — ("Romeo və Cülyetta" U.Şekspir) Şəhrəbanu,Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Pəricahan xanım – ("Qaraca qız" S.S.Axundov) Knyaginya – ("İtalyansayağı xoşbəxtlik" D.Fo, p.Filippo) Nazlı – ("Danışan gəlincik" A.Şaiq) Yelizaveta, Kraliça - (“III Riçard”, U.Şekspir) Ana ördək - (“Çirkin ördək balası” H.X.Andersen) Mirandolina - mehmanxana sahibəsi - (“Mehmanxana sahibəsi” K.Qoldoni) Fərmanın anası - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev) Leylinin anası - (“Leyli və Məcnun”, M.Füzuli) Səriyyə - (“Ünvansız qatar”, Ə.Əmirli) Ana - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim) Matilda Fon Tsand - (“Dəlixanada qətl”, Fridrix Düremat) 2385 Ceyran Bayramova - “Kod adı V.X.A” (M.Ələkbərzadə) == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) — Leyli Həyat varsa-Sevda Səndən sonra-Nəzakət 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Mirvari) İkinci güllə (film, 2017) Lal yuxu (teleserial, 2017) Mən burdayam, İlahi!
Leyli köçən
Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Leyli məktəbləri
Leyli məktəbləri — Azərbaycanda qız pansionları. İlk Leyli məktəbini 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və xərci ilə Bakıda (indiki AMEA Əlyazmalar İnstitutunun binasında) açmışdı. Bu məktəbə H. Z. Tağıyevin qız məktəbi də deyilirdi.
Leyli Erol (İsrafilova)
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. == Həyatı və karyerası == Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986–1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Leyli və Məcnun
Leyli və Məcnun (ərəb. مجنون و ليلى‎, fars. لیلی و مجنون‎, özb. Layli va Majnun) — Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış dastan-rəvayətdir. Tarixi hadisələrə əsaslanan rəvayət VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşamış Qeys ibn Muləvvəh adlı gəncin həyatı və Leyli adlı qıza olan nakam sevgisindən bəhs edir. Leyli və Məcnunun faciəvi hekayəsi Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. 1186-cı ildə Nizami Gəncəvi həmin rəvayət əsasında ilk dəfə poema yazmışdır. Leyli və Məcnun mövzusu Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyni adlı operasında öz əksini tapmışdır. Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzuli də 1536-cı ildə Leyli və Məcnun mövzusunda Azərbaycan dilində poema yazmışdır. 2023-cü ildə XXI əsrin ədəbi hadisəsi olan Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı çap olundu.
Leyli və Məcnun (1961)
"Leyli və Məcnun" və ya "Məhəbbət əfsanəsi" (rus. Сказание о любви) — Lətif Səfərovun filmi. == Məzmun == Film-dastan iki sevən gəncin ülvi məhəbbəti, onların faciəli taleyi haqqında, bütün Şərq poeziyasında yüz illərlə yaşayan, qədim rəvayət barədə zəmanəmizin poetik hekayətidir. == Film haqqında == Film Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında çəkilmişdir. Burada Nizami Gəncəvinin eyniadlı poemasından Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Məhəmməd Füzuli, Nizami Gəncəvi Ssenari müəllifi : Ənvər Məmmədxanlı Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Geyim rəssamı : Bədurə Əfqanlı, Cəbrayıl Əzimov Bəstəkar : Qara Qarayev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Rəşid Atamalıbəyov, Məmməd Əlili Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev, Leonid Koretski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Qrim rəssamı : İ. Antimonov Montaj edən : Y. Bajenova Rejissor assistenti : A. Vəkilov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : B. Vlasov, Fəraməz Məmmədov, V. Şaptalo, İ. Qafarov, Eldar Abbasbəyli Montaj üzrə assistent : Y. Fomina Rəssam assistenti : Q. Abdullazadə Çalır : Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor : Q. Hamburq Filmin direktoru : Bəşir Quliyev === Rollarda === Nodar Şaşıqoğlu-Qeys Kima Məmmədova-Leyli Gündüz Abbasov-Zeyd Rafiq Tağıyev-Nofəl Qriqori Tonuns-İbn Səlam Əli Zeynalov-Şeyx Haşimi Ələsgər Ələkbərov-Şeyx Əmiri Firəngiz Qurbanova-Zeynəb Nəcibə Məlikova-Səlimə Ağasadıq Gəraybəyli-İbn Xalid Adil İsgəndərov-Tacir Məmmədrza Şeyxzamanov-Dərviş Lütfi Məmmədbəyli-Qul Müxlis Cənizadə-Qul Cabbar Əliyev-Döyüşçü Məlik Dadaşov-Döyüşçü Ələkbər Hüseynzadə R. Məmmədov R. Rəcəbov Q. Kələntərli O. Qasımova A. Mustafayeva Arif Mədətov-Silahsatan İ. Müxtəliyev - Abdel Əli Xəlilov Əbdül Mahmudov Törəxanım Zeynalova - Qoca qarı == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Leyli və Məcnun (Cami)
"Leyli və Məcnun" — Əbdürrəhman Caminin "Həft övrəng" toplusuna daxil olan üçüncü əsəridir. == Məzmunu == Qeys doğulub böyüdükdən sonra bir şair kimi tanınır, dəvə ilə seyrə çıxarkən Leyli ilə qarşılaşır. O, hər gün Leylinin qəbiləsinə gəlir, Leyli onu imtahan edir, sədaqətinə inandıqdan sonra əhd-peyman edib and içirlər. Leyli deyir: Amirilər Qeysin əhvalının dəyişdiyini görüb, onun Leyliyə vurulduğunu başa düşürlər. Atası bundan xəbərdar olub oğluna nəsihət verir. Leylinin nəsəbcə aşağı olduğunu söyləyib onu bu eşqdən əl çəkməyə çağırır: Qəbilə böyükləri qəbilə qızlarından bir gözəli onunla evləndirməyi məsləhət görürlər. Atası isə əmisi qızını seçir. Qeys buna etiraz edir. Bu söhbəti Leyliyə xəbər aparırlar, o, Qeysi müzəmmət edir. Qeys sevgilisini inandırmağa çalışır.
Leyli və Məcnun (Dəhləvi)
"Leyli və Məcnun" — Əmir Xosrov Dəhləvinin "Xəmsə" toplusuna daxil olan üçüncü əsəridir. == Məzmunu == Dəhləvinin “Leyli və Məcnun”unu Nizaminin eyni adlı əsərinin təsiri ilə yazsa da, onun məzmunu bir qədər fərqlidir. Burada Qeys həqiqi bir dəli kimi təqim edilir. Əsərin başlanğıcında Nizaminin istifadə etdiyi xalq ədəbiyyatından gələn stil də yoxdur. O, hadisəni deyə başlayır. Qeysin gələcəkdə aşiq olacağını falçılar təyin edirlər. Məktəbdə Leyliyə aşiq olması, Leylinin anasının xəbərdar olub ona nəsihət verməsi, atasının Leylini ev dustağı etməsi təsvir edilir. Məcnun dağa-səhraya düşür, atası onu tapır. Anası elçi getsə də, Məcnunun atası qızı vermir. Bundan sonra hadisələr başqa cür inkişaf edir.
Leyli və Məcnun (Füzuli)
Leyli və Məcnun (az.-əski. لیلی و مجنون‎) — XVI əsr şairi Məhəmməd Füzuli tərəfindən yazılmış və "Məcnun" ("Dəli") ləqəbi ilə tanınan Qeys adlı gənc oğlanın Leyli adlı gözələ sevgisindən bəhs edən liro-epik poemadır. Poema 1537-ci ildə Azərbaycan dilində yazılmışdır. Bu poema Füzulinin şah əsəri hesab edilir. 3096 beytdən ibarət olan poema Bağdadın osmanlı hakimi Üveys Paşaya həsr olunmuşdur. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Füzulinin "Leyli və Məcnun" poemasının motvləri əsasında ilk Azərbaycan operası olan "Leyli və Məcnun" operasını yazmışdır. == Məzmunu == Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Onlar bir-birini yalnız mədrəsədə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər.
Leyli və Məcnun (Hatifi)
"Leyli və Məcnun" — Hatifinin "Xəmsə" toplusuna daxil olan üçüncü əsəridir. == Məzmunu == Əsərin başlanğıcında oğulsuz atanın iztirabları və Məcnunun doğulması göstərilir. Burada Məcnun doğulduğu gündən aşiqdir. Məcnun böyüyür, məktəbə gedir və Leyli ilə sevişir. Leylinin anası işdən xəbər tutub qıza nəsihət verir: Leyli inkar edir və onu daha məktəbə buraxmırlar. Məcnun ayrılıqdan fəryad edib məktəbi tərk edir. O, hiylə ilə sevgilisinin görüşünə gəəlir, bir gün libasını dəyişib gözlərini bağlayır, Leylinin qapısında yıxılıb əlindən tutmaq üçün yalvarır, Leyli onu tutub qaldırır, bir gün dilənçi libasında gedib ondan pay alır. Artıq eşqi məlum olub Məcnun adı ilə çağırılır. Atası, Leyli evdədir deyə onu gətirir, anası ilə görüşür, nəsihət edirlər. Məcnun bu işdə ürəyi müqəssir olduğunu söyləyir və yenə evdən qaçır.
Leyli və Məcnun (Həqiri)
Leyli və Məcnun - Həqiri Təbrizi tərəfindən məsnəvi janrında yazılmış poemadır. Həqiri “Leyli və Məcnun” mövzüsuna Füzulidən on il əvvəl müraciət etmişdir. Həqirinin “Leyli və Məcnun”u bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Əsər orijinallığı və mündəricəsi, dolğun və canlı xarakterləri, obrazları, sadə və aydın dili ilə diqqəti cəlb edir. == Məzmunu == == Tədqiqi == Həqirinin əsərlərindən ibarət divanın tərtib olunması haqqında məlumat yoxdur. Lakin, bir çox təzkirə müəlliflərinin Həqiri şerini təqdir etməsi, habelə qəzəllərindən nümunələr gətirilməsi şairin divanının mövcud olması fikrini təsdiq edir. Həqiridən bəhs edən təzkirə müəllifləri onun yalnız fars dilində yazılmış qəzəllərindən nümunələr gətirsələr də, dövrümüzə qədər şairin yalnız Azərbaycan dilində yazdığı “Leyli və Məcnun” əsəri gəlib çatmışdır. Əsər elm aləminə ilk dəfə Şarl Rio tərəfindən təqdim edilmişdir. Şarl Rio əlyazması halında olan bu əsəri yaxşı oxuya bilmədiyindən onu “Azərbaycan dilində yazılmış naməlum müəllifli əsər” kimi təqdim edir. Həqiri “Leyli və Məcnun” poemasının başlanğıcında Nizami, Dəhləvi və Hatifinin adını hörmətlə yad edir, onların əsərlərində mövzu və sənətkarlığı yüksək qiymətləndirərək göstərir ki, bu maraqlı mövzunu mən isə türk dilində qələmə aldım.
Leyli və Məcnun (Məktəbi)
"Leyli və Məcnun" — Məktəbi Şirazi tərəfindən Nizaminin eyni adlı məsnəvisinin təsiri ilə yazılmış lirik poemadır. == Məzmunu == Qeysin doğulmasından sonra münəccimlər onun taleyində eşq olduğunu xəbər verirlər. O, böyüyür, məktəbə gedir və Leyli ilə sevişir. Müəllim qorxuya düşür, onlara çubuq ilə əzab vermək istəyir. Leylinin anası xəbərdar olub qızı məktəbə buraxmır. Leyli eşqini anasından gizlətmir. Məcnun məktəbi tərk edir. Hər gün Leyli qəbiləsinə gedib ahü-zar edir, gecələrini dağ-daşda keçirir. Ana-ata iztiraba düşür. Atası Leylini almaq vədəsi ilə Məcnunu evə gətirir.
Leyli və Məcnun (Nizami)
Leyli və Məcnun (fars. لیلی و مجنون‎) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir. Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin "eyni adlı" poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Leyli və Məcnun (Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır. == Məzmunu == Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir: Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki "Leyli və Məcnun"larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır. == Tədqiqi == H. Səmədzadə Əndəlibin poemasını Füzulinin "Leyli və Məcnun"unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan "Məşşateyn-feyz sünbari" Füzuli "Leyli və Məcnun"unun başlanğıcındakı "Meşşateyn növərus-aləm" misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin "Leyli və Məcnun"u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir. Həcm etibarilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir.
Leyli və Məcnun (balet)
"Leyli və Məcnun" baleti — Qara Qarayevin 1969-cu ildə yazdığı simfonik əsər əsasında birpərdəli xoreoqrafik poema.
Leyli və Məcnun (dəqiqləşdirmə)
== Ədəbiyyat == Leyli və Məcnun — Şərq xalqlarının folklorunda yayılmış rəvayət. Leyli və Məcnun — Nizami Gəncəvinin poeması Leyli və Məcnun — Əmir Xosrov Dəhləvinin poeması Leyli və Məcnun — Əbdürrəhman Caminin poeması Leyli və Məcnun — Əlişir Nəvainin poeması Leyli və Məcnun — Həqirinin poeması Leyli və Məcnun — Məhəmməd Füzulinin poeması Leyli və Məcnun — Zəmirinin poeması Leyli və Məcnun (roman) — Vahid Məmmədlinin romanı == Teatr == Leili-Məcnun — 1923-ci ildə Tatar Dövlət Akademik Teatrında Soltan Qabaşinin musiqisinə qoyulmuş Kərim Әmiri pyesası. == Musiqi == Leyli və Məcnun — Üzeyir bəy Hacıbəyovun ilk operası. Leyli və Məcnun — Qara Qarayevin 1969-cu ildə yazdığı birpərdəli xoreoqrafik poema. Leyli və Məcnun — Qara Qarayevin 1947-ci ildə yazdığı simfonik poema. == Kino və televiziya == Leyli və Məcnun — 1936-cı ildə çəkilmiş İran filmi. Leyli və Məcnun — 1959-cu ildə çəkilmiş Tacikistan film-baleti. Leyli və Məcnun — 1961-ci ildə çəkilmiş Azərbaycan kinofilmi. Leyli və Məcnun — 1976-cı ildə çəkilmiş Hindistan filmi. Leyli və Məcnun — 1996-cı ildə çəkilmiş 2 seriyalı Azərbaycan televiziya filmi.
Leyli və Məcnun (opera)
Leyli və Məcnun (az.-əski. لیلی و مجنون‎) — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.1 "Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır. Operanın ilk səhnələşdirilməsi 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir. 2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir. == Süjet == === Birinci pərdə === ==== Birinci şəkil ==== Məktəb həyəti.
Leyli və Məcnun xalçaları
Leyli və Məcnun xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Leyli və Məcnun (film, 1961)
"Leyli və Məcnun" və ya "Məhəbbət əfsanəsi" (rus. Сказание о любви) — Lətif Səfərovun filmi. == Məzmun == Film-dastan iki sevən gəncin ülvi məhəbbəti, onların faciəli taleyi haqqında, bütün Şərq poeziyasında yüz illərlə yaşayan, qədim rəvayət barədə zəmanəmizin poetik hekayətidir. == Film haqqında == Film Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında çəkilmişdir. Burada Nizami Gəncəvinin eyniadlı poemasından Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Məhəmməd Füzuli, Nizami Gəncəvi Ssenari müəllifi : Ənvər Məmmədxanlı Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Geyim rəssamı : Bədurə Əfqanlı, Cəbrayıl Əzimov Bəstəkar : Qara Qarayev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Rəşid Atamalıbəyov, Məmməd Əlili Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev, Leonid Koretski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Qrim rəssamı : İ. Antimonov Montaj edən : Y. Bajenova Rejissor assistenti : A. Vəkilov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : B. Vlasov, Fəraməz Məmmədov, V. Şaptalo, İ. Qafarov, Eldar Abbasbəyli Montaj üzrə assistent : Y. Fomina Rəssam assistenti : Q. Abdullazadə Çalır : Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor : Q. Hamburq Filmin direktoru : Bəşir Quliyev === Rollarda === Nodar Şaşıqoğlu-Qeys Kima Məmmədova-Leyli Gündüz Abbasov-Zeyd Rafiq Tağıyev-Nofəl Qriqori Tonuns-İbn Səlam Əli Zeynalov-Şeyx Haşimi Ələsgər Ələkbərov-Şeyx Əmiri Firəngiz Qurbanova-Zeynəb Nəcibə Məlikova-Səlimə Ağasadıq Gəraybəyli-İbn Xalid Adil İsgəndərov-Tacir Məmmədrza Şeyxzamanov-Dərviş Lütfi Məmmədbəyli-Qul Müxlis Cənizadə-Qul Cabbar Əliyev-Döyüşçü Məlik Dadaşov-Döyüşçü Ələkbər Hüseynzadə R. Məmmədov R. Rəcəbov Q. Kələntərli O. Qasımova A. Mustafayeva Arif Mədətov-Silahsatan İ. Müxtəliyev - Abdel Əli Xəlilov Əbdül Mahmudov Törəxanım Zeynalova - Qoca qarı == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Leyli Ağazadə
Leyli Ağazadə (26 avqust 2006) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == Leyli Ağazadə 2006-cı il avqustun 26-da anadan olub. == Karyerası == Leyli Ağazadə 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin il Leyli Ağazadə həm də Macarıstanda beynəlxalq turnirin bürünc medalına sahib oldu Leyli Ağazadə 2022-2023-cü illərdə Almaniya, Cənubi Koreya, Latviya və Bosniya və Herseqovinada baş tutan beynəlxalq turnirlərdə altı qızıl, üç gümüş və altı bürünc medala sahib oldu.
Məşədi Xanım Leyli
Məşədi Xanım Leyli (1892-1912) — şairə. Məşədi xanım Leyli XIX əsrin ikinci yarısında Bakıda yaranmış “Məcməüş-şüəra” adlı ədəbi məclisin gənc üzvlərindən olan şair Mir Əbdülvahab Seyid Zərgərin bəyat yoldaşıdır. Uşaq üstündə xəstələnərək, iki cərrahiyyə əməliyyatı keçirən bu istedadlı şairə çox cavan yaşlarında vəfat etmişdir. “Ölürəm” rədifli şeirini ölüm yatağında əri Seyid Zərgərə diktə etmişdir.
Leyli və Məcnun (roman)
Leyli və Məcnun — Azərbaycanlı yazıçı Vahid Məmmədlinin Leyli və Məcnun mövzusunda yazdığı roman. == Məzmun == Vahid Məmmədli XXI əsrdə şərq və dünya ədəbiyyatı tarixində böyük hadisə hesab edilən "Leyli və Məcnun" əsərində özünü modern yeniliklərə tabe edən dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır və deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir. Nizamidən, Füzulidən fərqli olaraq kortəbii, ahu-zarla, əlacsızlıq və qul psixologiyası aşılayan bir eşq yox, daha dolğun, hər kəsin çatmaq istədiyi , dünyanı, həyatı, əsl gözəlliyi dərk edərək, bütün dinlərin, təlimlərin, fəlsəfi fikirlərin fövqündə dayanan, İlahiyə ən yaxın, onu tamamən dərk edən, bəşəriyyətin, insanlığın xilas yolunu göstərən, dünya ədəbiyyatı tarixində ən mükəmməl Eşq fəlsəfəsinin təməlini qoyur. Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu "irfan düymələrindən" istifadə edir: sevgililərin dərd ortağı olan Ana ceyran, Qeysin ud çalması, sufilərin Ata bəbir adlandırdığı meşənin şahı, meşə dərvişləri, su dərvişləri, su pəriləri, ağ atlı mələk, ağ işıq zolağı, təzə doğulan bəbir balası, qoşa çinar, erkək qu quşu, qumun altında olan saray və s. Yazıçı təsəvvüf aləminə məxsus olan bu obraz və arxetipləri bir məxrəcə cəm edir.
Leyli və Məcnun (film, 1996)
== Məzmun == Film-opera ülvi məhəbbətdən bəhs edir. == Festivallar və mükafatlar == 2002-ci ildə Sankt-Peterburqda (Rusiya) "Pak xəyallar" kinofestivalı Film "Ən yaxşı vizual-plastik həllə görə" mükafatı almışdır.
Leyli və Məcnun (Əndəlib Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır. == Məzmunu == Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir: Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki "Leyli və Məcnun"larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır. == Tədqiqi == H. Səmədzadə Əndəlibin poemasını Füzulinin "Leyli və Məcnun"unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan "Məşşateyn-feyz sünbari" Füzuli "Leyli və Məcnun"unun başlanğıcındakı "Meşşateyn növərus-aləm" misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin "Leyli və Məcnun"u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir. Həcm etibarilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir.
Leylidağı (Məlikan)
Leylidağı (fars. ليلي داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).

Значение слова в других словарях