Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonora
Leonora Kolmor Yepsen (dan. Leonora Colmor Jepsen; 3 oktyabr 1998, Hellerup[d]) və ya sadəcə Leonora — Danimarkalı müğənni, bəstəkar və fiqurlu konkisürən. O, "Love is Forever" mahnısı ilə Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə müsabiqənin finalında 12-ci yerdə qərarlaşmışdır. Leonoranın Avroviziya mahnısı 2013-cü ildə Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarlarından biri olan Liza Kabbl tərəfindən bəstələnmişdir. == Həyatı == Leonora 3 oktyabr 1998-ci ildə Danimarkanın Hellerup şəhərində anadan olmuşdur. O təhsilini Qammel Hellerup gimnaziyasında almışdır. Leonora bir çox mahnılar bəstələmiş və həmin mahnılar ilə müxtəlif kafe və məktəb konsertlərində çıxış etmişdir. Fiqurlu konkisürən olaraq Leonora 2016-cı ildə ISU World Junior Championships və ISU JGP Riga Cup 2015-də iştirak etmişdir. O, qardaşı Linus ilə birlikdə Danimarkanın fiqurlu konkisürmə çempionatında qızıl medala layiq görülmüşdür. O, artıq yarışlarda iştirak etmir və fiqurlu konkisürmə müəlliməsi kimi fəaliyyət göstərir.
Pianola
Pianola , Mexaniki piano və ya Avtomat piano pianonun bir növü olub,avtomatik simli-klavişli musiqi alətidir. Pianola həm də : 1.pianonu və ya royalı mexaniki pianoya çevirən alətin içərisinə yerləşdirilən əlavə qurğu; 2.Pianola istehsal edən firmalardan birinin brend adıdır. İlk Pianola 1887-ci ildə konstruksiya edilmişdi. XX əsrin əvvəllərində Pianola hədsiz dərəcədə populyar idi. Qramofonun icad edilməsindən sonra pianola tədricən geniş istifadədən çıxdı.
Avstriyalı Elyanora
Carex diandra
Carex diandra (lat. Carex diandra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Eleanora Ruzvelt
Lyayora burnu
Lyayora burnu (çuk. Лялёран) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İlpinski rayonu ərazisində yerləşir. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Çukot dilindən tərcümədə "Saqqalı insanların yaşayış yeri" mənasını verir.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Vizeyli Elyanora
Elyanora Giorgi
Myobroma lignosa
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Datura lanosa
Datura wrightii (lat. Datura wrightii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Datura innoxia subsp. quinquecuspidata (Torr.) A.S.Barclay Datura lanosa Barclay ex Bye Datura metel var. quinquecuspidata Torr.
Manora qalası
Manora qalası — Debal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədilə tikilən qala. == Haqqında == Kəraçi limanının mühafizəsi məqsədilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir. Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədilə tikilib. Bu liman vasitəsilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədilə istifadə edilib.
Manora yarımadası
Manora və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir. == Tarixi == Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir.
Avstriyalı Elyanora (hersoqina)
Düsseldorflu Elyanora Maqdalena
Elyanora (Akvitaniya hersoqinası)
Akvitaniyalı Elyanora (fr. Éléonore d'Aquitaine; oks. Alienòr d'Aquitània; 1122, Bordo, Akvitaniya hersoqluğu – 1 aprel 1204[…], Puatye) — Akvitaniya hersoqinası. Fransa kralı VII Lüdovik və İngiltərə kralı II Henriylə baş tutan evlilikləri səbəbilə, bir müddət hər iki dövlətin kraliçası olmuşdur. Uzun illər cənub-qərbi Fransanı idarə edən Puatye sülaləsinin varisi olaraq Orta əsrlər dövründə Avropanın ən güclü və zəngin qadınlarından biri idi. Atası X Uilyamın vəfatının ardından 1137-ci ildə hələ 15 yaşında ikən hersoqina oldu. Elə həmin il Fransa kralı VI Lüdovikin oğlu ilə evləndirildi və çox keçmədən qaynatasının vəfatıyla əri VII Lüdovik taxta çıxdı. Beləcə, Fransa kraliçası olan Elyanoranın bu nigahdan 2 qızı dünyaya gəldi. 1147-ci ildə baş tutan İkinci Səlib yürüşündə əriylə birlikdə müqəddəs torpaqlara səyahət etdi. Ancaq oğul varisi verə bilmədiyi üçün əri tərəfindən boşanmağa məcbur edildi.
Liana Hayd
Liana Hayd (tam adı: Liana Hayd, alm. Liane Haid‎; 16 avqust 1895[…], Vyana – 28 noyabr 2000[…]) — Avstriya aktrisası, Avstriyanın ilk kino ulduzu. == Həyatı == Vyanada dünyaya göz açmış Liana Hayd rəqqasə və müğənni kimi fəaliyyətə başlamışdır. Tezliklə Süßes Wiener Mädelin ("Şirin Vyanalı qız") rəmzinə çevrilir və 1920-1930-cu illərdə məşhur pin-ap modeli kimi fəaliyyət göstərir. Kinoda ilk işi Birinci Dünya müharibəsi zamanı çəkilmiş təbliğat xarakterli Mit Herz und Hand fürs Vaterland (1915) filmi olmuşdur. Hayd UFA kino şirkəti üçün çalışmış və ixtisaslı müğənni kimi Villi Forst, Bruno Kastner, Georq Aleksandr, Teo Lingen və Haynz Rüman və digər alman ulduzları ilə bir yerdə çəkildiyi komediya filmlərində asanlıqla səsini nümayiş etdirə bilmişdir. Hollivuddan gələn bir çox təklifləri rədd edən Liana Hayd "rejim, hər yerin bombardman edilməsi və bütün yaxşı rejissorların ölkəni tərk etməsi səbəbi ilə" 1942-ci ildə Almaniyanı tərk edərək İsveçrəyə köçür. O, burada Karl Şpixer ilə ailə həyatı quraraq kino karyerasına da son qoyur. Ən məşhur filmləri sırasına Xanım Hamilton (1921), Lukretsia Borciya (1922), Çardaş şahzadəsi (1927, Emmerix Kalmanın operettası əsasında), eləcə də səsli filmlərinə Mahnı bitdi (1930) və Öpüşmədən yatmaq lazım deyil (1936) daxildir. Sonuncu dəfə 1953-cü ildə filmə çəkilmişdir.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Liana Moriarti
Liana Moriarti (ing. Liane Moriarty; 15 noyabr 1966, Sidney) — avstraliya yazıçısı, yazıçı Jaklin Moriartinin böyük bacısı. == Bioqrafiyası == Liana Moriarti 15 noyabr 1966-cı ildə Avstraliyanın Yeni Cənubi Uels, Sidney şəhərində anadan olmuşdur. Orta məktəbdən sonra Moriarti bir nəşriyyat şirkəti üçün reklam və marketinq sahəsində çalışdı. Daha sonra müstəqil kopirayter kimi işə başlamazdan əvvəl bir müddət öz şirkətini işlətdi. 2004-cü ildə Sidneydə yerləşən Makkuori Universitetində magistr dərəcəsini bitirdikdən sonra akademik işi çərçivəsində ilk romanı "Üç dilək" nəşr olundu. 2017-ci ildə Moriartinin eyni adlı kitabına əsaslanaraq "Böyük Kiçik Yalanlar" adlı dram mini-seriyası yayımlandı. Moriarti, Sidneydə əri Adam, kənd təsərrüfatı marketinqində işləyən təqaüdçü Tasmaniyalı fermer və iki uşağı olan Corc və Anna ilə birlikdə yaşayır. == Biblioqrafiya == === Romanlar === 2004 — «Üç istək» (ing. Three Wishes) 2006 — «Axırıncı şans» (ing.
Liana Xristidou
Liana Xristidou (d. 5 yanvar 1987; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Liana Xristidou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Liana Xristidou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Yeleni Xronopoulou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Linor Abarqil
Linor Abarqil (ivr. ‏לינור אברג'יל‏‎; 17 fevral 1980, Netanya, Mərkəz dairəsi) — İsrailli hüquqşünas, aktyor, model, gözəllik kraliçası. Cinsi zorakılığa məruz qaldıqdan sonra 1988-ci ildə Miss Dünya ünvanını qazanmışdır,. Hal-hazırda dünya miqyasında cinsi zorakılıqla mübarizə aparan vəkil olaraq fəaliyyət göstərir. == Bioqrafiya == Aliza və Ceki Abarqilin ən böyük övladı Linoq Abarqil 17 fevral 1980-ci ildə İsrailin Netanya şəhərində anadan olmuşdur. Ailəsi Mərakeş-Yəhudi nəslindəndir. Miss Dünya mükafatını almağına 7 həftə qalan 18 yaşlı Abarqil Milanda olarkən səyahət agenti Uri Şlomo Nur tərəfindən bıçaq təhdidi altında cinsi təcavüzə məruz qaldı. O, ilk olaraq Şlomo Nuru İtaliyada məhkəməyə versə də, Nur burada dəlil azlığından sərbəst buraxılır. Linor daha sonra onu İsrail hökumətinə bildirir və İsrailli səlahiyyətlilər onun ekstradisiyasına və həbsinə qərar verirlər. Maşından tapılan dəlillərin DNT testinə verilməsindən sonra cinayət sübut olunur və Uri Şlomo Nur 16 il azadlıqdan məhrum edildi.
Liana Zimbler
Liana Zimbler (alm. Liane Zimbler‎; 31 may 1892[…] – 11 noyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Avropada memarlıq diplomu alan ilk qadın avstriyalı memar. 1938-ci ildə ABŞ-yə mühacirət edənə qədər Vyanada bizneslə məşğul olan Liana orada interyer dizayneri olub. == Həyatı == Vyana İncəsənət Məktəbində oxuyan Liana, burada əvvəlcə qrafika, sonra isə memarlıq üzrə təhsil alıb. Hələ təhsil alarkən Emili Flögenin salonunda illüstrator və dizayner kimi işləməyə başlayıb. 1916-cı ildə vəkil Otto Zimbler ilə evlənən Liananın bu evlilikdən Eva adlı bir qızı dünyaya gəlib. Elə həmin il Liana Vyanada Bamberger mebel fabrikində çalışmağa başlayıb. Birinci Dünya müharibəsi bitməzdən əvvəl Rosenberq dizayn studiyasında memar olan Zimbler 1920-ci illərin əvvəllərində emal, yenidənqurma və daxili bəzək işlərində ixtisaslaşan öz firmasını qurub. 1928-ci ilə qədər, biznesi nəticəsində Zimbler Praqada ortağı Anni Herrnheyser tərəfindən idarə olunan ikinci studiyasını aça bilib. Həmçinin Vyanada mühazirələr deyən Liana işləyən qadınlara dəstək üçün müxtəlif təşkilatlara da üzv olub.
LiAnna Uornerin itməsi
LiAnna Uorner (ing. LeeAnna Susan Marie Warner; d. 21 yanvar 1998 - itkin düşüb 14 iyun 2013, Minnesota, Çizolm) — qaçırılan və qətl hadisəsi ilə 14 iyun 2003-cü ildə Minnesota Çizolm şəhərindən itkin düşən bir qız. İtkin düşdüyü gün LiAnna axırıncı dəfə bir dostunun evindən evə 5:00 - 5:15 arası gedərkən görüldü. Sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində görüldü. O, itkin düşəndə 5 yaşında idi. LiAnnanın qaçırıldığına dair hər hansı bir sübut olmasa da, polis bunun daha real bir variant olduğunu iddia edərək sadəcə gəzdiyi təqdirdə onu tapacaqlarına inanırdılar. Bu illər ərzində polis 1700-dən çox nişanə tapdı. Ancaq çox az dəlil ilə onlar heç vaxt konkret şübhəlini tapa bilmədilər. LiAnna bu vaxta qədər tapılmadı və onun işi həll olunmamış qalır.
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (1630-1686)