Ləpəxeyranlı, Ləpəheyranlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Ləpəxeyranlı | |
---|---|
39°23′42″ şm. e. 46°32′40″ ş. u.HGYO | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir.[2]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.[3]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |