Ləpəheyranlı

Ləpəxeyranlı, LəpəheyranlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Ləpəxeyranlı
39°23′42″ şm. e. 46°32′40″ ş. u.HGYO
Xəritəni göstər/gizlə
Ləpəxeyranlı xəritədə
Ləpəxeyranlı
Ləpəxeyranlı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir.[2]

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]