sif. [
ər. ]
1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta.
// Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
2. Sağlam, davamlı, dözümlü, qüvvətli.
…Qaraş möhkəm və sağlam idi. M.İbrahimov.
// Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək.
– Batalyon komissarı … döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev.
[Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli.
3. Səbatlı, mətin, dönməz, yenilməz.
[Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil.
// Mətanətli, iradəli. Möhkəm adam.
– …Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev.
Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov.
□ Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq.
[Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. C.Cabbarlı.
Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə.
// Sədaqətli, etibarlı, sadiq.
İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.İbrahimov.
4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur.
// Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam.
// Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək.
// Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil.
Lap möhkəm yedim, – deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn.
Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov.
6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi.
[Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl).
Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal.