MÜRVƏT

ə. 1) mərdlik, 2) insana yaraşan sifət; insaniyyət; 3) mərhəmət, şəfqət.

MÜRÜVVƏTPƏRVƏR
MÜRVƏTPƏRVƏR
OBASTAN VİKİ
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Şərifov
Hüsniyyə Mürvətova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan. Qadın Çingiz Aytmatov,, Ana tarla,, Tolqonay Elcin Əfəndiyev,, Şekspir,, Sara Bernar == Filmoqrafiya == Ünvansız qız (teleserial, 1992) Mənim ağ şəhərim (film, 1993) Anamın kitabı (film, 1994) Muğam (film, 1995) Mənim taleyim (teleserial, 1996) Qırmızı qar (film, 1998) Yanmış körpülər (film, 2007) Qızlar (teleserial, 2007) Daş atan (film, 2009) Susmuş vicdan (film, 2010) Aramızda qalsın (teleserial, 2011) Salamat qal ağca yol (film, 2012) Boyunbağı (teleserial, 2014) İkinci güllə (film, 2017) Qaragōz (film, 2018) Qorxaq (film, 2018) Qara yazı (teleserial, 2019) Məhəbbətə məğlub (teleserial, 2019) Məhkumlar (film, 2007) — Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Zəhər Tuluqu 2022 Flora 2020 Qütb ulduzu.2023 ƏRİK ACISI. Serial(Məleykə) Rusiya istehsalı.
Nəcməddin Mürvətov
Nəcməddin Mürvətov (azərb. Nəcməddin Taci oğlu Mürvətov‎; d. 5 dekabr 1953-cü il, Dəvəçi rayonu, Yuxarı Ələz kəndi) — şair, müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilini Siyəzən şəhər 1 saylı orta məktəbində səkkizillik, 1970-ci ildə isə C.Cabbarlı adına orta məktəbi bitirmişdir. Nəcməddin Mürvətov ADPU-nun (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Nəcməddin Mürvətov ali məktəbdə oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvi kimi ictimai vəzifələr daşımışdır. Nəcməddin Mürvətov universiteti riyaziyyat müəllimi ixtisası üzrə bitirdikdən sonra 1974-1977–ci illərdə Dəvəçi rayonun Böyük Həmyə səkkizillik məktəbində müəllim, 1977-1978-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. O, 1978-2008-ci illərdə Böyük Həmyə kənd orta məktəbinə direktor vəzifəsini icra etmişdir. 2008-ci ildən etibarən Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində direktor vəzifəsində çalışır.

Значение слова в других словарях